~ 133 ~
İlişikli qrupların miqdarının xromosomların haploid sayı ilə bir-
birinə uyğun gəlməsi, bir daha sübut edir ki, irsi informasiyanın maddi
daşıyıcısı xromosomlardır. Genin bu və ya digər ilişikli qrupa mənsub
olma prinsipi, həmin genin məlum ilişikli qrupda yerləşən digər genin
irsilik xarakterinin müəyyənləşdirilməsinə gətirib çıxarır.
Belə təsəvvür edək ki, noxud bitkisində 7 ilişikli qrupun hər birində
bir resessiv gen (
b, c, d və s.) məlumdur və resessiv
a genin hansı qrupa
aid olduğunu müəyyən etmək lazım gəlir. Belə ki,
a geni ilişikli
qruplardan yalnız birinə aid olduğu halda qalan
b qrupdan olan genlərdən
asılı olmayaraq nəslə ötürülməlidir. İki genotipə malik fərdlərin
çarpazlaşması nəticəsində
D
D
a
a
d
d
A
A
ikinci nəsildə (
F
2
) aşağıdakı
parçalanma alınacaqdır:
9AADD:
3Aadd: 3aaDD: 1aadd. Lakin bir qayda
olaraq 7 ilişikli qrupun bir geni, məsələn,
c geni,
a geni ilə natamam
ilişiklik müşahidə olunacaqdır. Belə halda
aC
aC
Ac
Ac
arasında çarpazlaşma
F
2
-də gözlənilən dörd siniflərin hamısını –
AACC, Aacc, aaCC və
aacc
verəcəkdir, lakin parçalanmanın nisbəti
9:3:3:1 olmayacaqdır. Burada
valideyn formaları üstünlük təşkil edəcək:
Aacc və
aaCC. Deməli, eyni
xromosomda yerləşən genlər ilişikli qruplar təşkil etməsinə baxmayaraq,
daima baş verən krossinqover hadisəsi ilişikliyin tamlığını pozur və yeni
kombinasiya dəyişikliklərin əmələ gəlməsinə səbəb olur.
Cədvəl 8
Bəzi bitki və heyvanlarda xromosomların
haploid
və ilişikli qruplarının sayı
Növlər
Xromosomların haploid
sayı
Müəyyən edilmiş ilişikli
qrupların sayı
İnsan (Homo sapiens)
23
23
Siçan (Mus musculus)
20
20
Barama qurdu (Bombyx mori)
28
28
Drozofil (D.melanogaster)
4
4
---------- (D.virilis)
6
6
---------- (D.pseudoobscura)
5
5
---------- (D.willistoni)
3
3
Pomidor (Lucopersicon esculenyum)
12
12
Qarğıdalı (Zea mays)
10
10
Noxud (Pisum sativum)
7
7
Neyrospor (Neurospora crassa)
7
7
Genlərin xromosomlarda yerləşməsi
Genlərin xromosomda yeri əsasən iki prinsip ilə: birincisi, genlər
xromosomda bir-birindən nə qədər uzaqda yerləşirsə, onların arasında
~ 134 ~
krossinqover ehtimalı bir o qədər də çox olur, ikincisi, interferensiyanın
nisbəti ilə və yaxud koinsidensiyanın miqdarı ilə müəyyən edilir.
Genin hansı ilişikli qrupda yerləşdiyini müəyyən edəndən sonra,
analizin növbəti mərhələsinə, yəni genin ilişikli qrupda yerinin təyininə
keçilir. Genin xromosomda yerini, krossinqoverin nəticələrinin
hesablanması ilə həyata keçirirlər. Xromosomda genin yerləşdiyi lokusu
müəyyən etmək üçün, çarpazlaşmanı elə aparmaq lazımdır ki, ikiqat
krossinqoverdə olduğu kimi krossinqover zamanı təyin olunan genin
lokusu üçüncü nöqtədə olsun. Xromosomda üç lokusun markerləşməsi,
genlərin sıra ilə yerləşməsini və onların arasında məsafəni müəyyən etmək
üçün zəruridir. Drozofil milçəyi üzərində əvvəllər təhlil etdiyimiz misalda,
krossinqoverin faizi
y və
w 1,2%
w və
bi genləri arasında isə -3,5%
olmuşdur. Bu göstəricilərlə
y genin yerini
w geninin sağında və ya solunda
yerləşdiyini mübahisə etmək olmaz; bundan əlavə
w genin
bi geninə görə
yeri də sual altındadıt. Yalnız üçüncü cüt genlər arasında
y və
bi
krossinqoverin faizini müəyyən edəndən sonra (bizim misalda 4,7%) belə
bir nəticəyə gəlmək olar ki,
w geni mütləq
y və
bi genləri arasında
yerləşməlidir (şəkil 41).
Şəkil 41. Xromosomda genlərin lokallaşma sxemi. Rəqəmlər
genlər
arasında krossinqover faizini göstərir
Bir halda ki, bu və digər gen ilişikli qrupda müəyyən lokusda
yerləşir, bu hal genlərin hər bir xromosomda yerləşmə ardıcıllığına və
xromosom xəritələrinin qurulmasına imkan verir.
Genetik xəritə.
Genetik xəritə haqqinda anlayiş
Məlum ilişikli qrupda olan genlərin nisbi yerləşmə sxemi
xromosomun genetik xəritəsi adlanır. Bu xəritələr, genetik nöqteyi
nəzərdən hələlik yaxşı öyrənilmiş obyektlərdə: drozofil, qarğıdalı,
pomidor, siçan, neyrospor, bağırsaq çöpü və s. tərtib edilmişdir. Son
illərdə insanın da genetik xəritəsi müəyyən olunub.
Genetik xəritələr hər bir cüt homoloji xromosomlar üçün tərtib