Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   82

 
~ 133 ~ 
İlişikli  qrupların  miqdarının  xromosomların  haploid  sayı  ilə  bir-
birinə  uyğun  gəlməsi,  bir  daha  sübut  edir  ki,  irsi  informasiyanın  maddi 
daşıyıcısı  xromosomlardır.  Genin  bu  və  ya  digər  ilişikli  qrupa  mənsub 
olma  prinsipi,  həmin  genin  məlum  ilişikli  qrupda  yerləşən  digər  genin 
irsilik xarakterinin müəyyənləşdirilməsinə gətirib çıxarır. 
Belə təsəvvür edək ki, noxud bitkisində 7 ilişikli qrupun hər birində 
bir  resessiv  gen  (b,  c,  d  və  s.)  məlumdur  və  resessiv  a  genin  hansı  qrupa 
aid  olduğunu  müəyyən  etmək  lazım  gəlir.  Belə  ki,  a  geni  ilişikli 
qruplardan yalnız birinə aid olduğu halda qalan b qrupdan olan genlərdən 
asılı  olmayaraq  nəslə  ötürülməlidir.  İki  genotipə  malik  fərdlərin 
çarpazlaşması  nəticəsində 
D
D
a
a
d
d
A
A

  ikinci  nəsildə  (F
2
)  aşağıdakı 
parçalanma alınacaqdır: 9AADD3Aadd: 3aaDD: 1aadd. Lakin bir qayda 
olaraq  7  ilişikli  qrupun  bir  geni,  məsələn,  c  geni,  a  geni  ilə  natamam 
ilişiklik  müşahidə  olunacaqdır.  Belə  halda 
aC
aC
Ac
Ac

  arasında  çarpazlaşma 
F
2
-də  gözlənilən  dörd  siniflərin  hamısını  –  AACC,  Aacc,  aaCC  və  aacc 
verəcəkdir,  lakin  parçalanmanın  nisbəti  9:3:3:1  olmayacaqdır.  Burada 
valideyn  formaları  üstünlük  təşkil  edəcək:  Aacc  və  aaCC.  Deməli,  eyni 
xromosomda  yerləşən  genlər  ilişikli  qruplar  təşkil  etməsinə  baxmayaraq, 
daima  baş  verən  krossinqover  hadisəsi  ilişikliyin  tamlığını  pozur  və  yeni 
kombinasiya dəyişikliklərin əmələ gəlməsinə səbəb olur. 
Cədvəl 8 
Bəzi bitki və heyvanlarda xromosomların haploid  
və ilişikli qruplarının sayı 
Növlər 
Xromosomların haploid 
sayı 
Müəyyən edilmiş ilişikli 
qrupların sayı 
İnsan (Homo sapiens) 
23 
23 
Siçan (Mus musculus) 
20 
20 
Barama qurdu (Bombyx mori) 
28 
28 
Drozofil (D.melanogaster) 


---------- (D.virilis) 


---------- (D.pseudoobscura) 


---------- (D.willistoni) 


Pomidor (Lucopersicon esculenyum) 
12 
12 
Qarğıdalı (Zea mays) 
10 
10 
Noxud (Pisum sativum) 


Neyrospor (Neurospora crassa) 


 
Genlərin  xromosomlarda  yerləşməsi 
 
Genlərin  xromosomda  yeri  əsasən  iki  prinsip  ilə:  birincisi,  genlər 
xromosomda  bir-birindən  nə  qədər  uzaqda  yerləşirsə,  onların  arasında 


 
~ 134 ~ 
krossinqover  ehtimalı  bir  o  qədər  də  çox  olur,  ikincisi,  interferensiyanın 
nisbəti ilə və yaxud koinsidensiyanın miqdarı ilə müəyyən edilir. 
Genin  hansı  ilişikli  qrupda  yerləşdiyini  müəyyən  edəndən  sonra, 
analizin  növbəti  mərhələsinə,  yəni  genin  ilişikli  qrupda  yerinin  təyininə 
keçilir.  Genin  xromosomda  yerini,  krossinqoverin  nəticələrinin 
hesablanması  ilə  həyata  keçirirlər.  Xromosomda  genin  yerləşdiyi  lokusu 
müəyyən  etmək  üçün,  çarpazlaşmanı  elə  aparmaq  lazımdır  ki,  ikiqat 
krossinqoverdə  olduğu  kimi  krossinqover  zamanı  təyin  olunan  genin 
lokusu  üçüncü  nöqtədə  olsun.  Xromosomda  üç  lokusun  markerləşməsi, 
genlərin sıra ilə yerləşməsini və onların arasında məsafəni müəyyən etmək 
üçün zəruridir. Drozofil milçəyi üzərində əvvəllər təhlil etdiyimiz misalda, 
krossinqoverin  faizi  y  və  w  1,2%  w  və  bi  genləri  arasında  isə  -3,5% 
olmuşdur. Bu göstəricilərlə y genin yerini w geninin sağında və ya solunda 
yerləşdiyini mübahisə etmək olmaz; bundan əlavə w genin bi geninə görə 
yeri  də  sual  altındadıt.  Yalnız  üçüncü  cüt  genlər  arasında  y  və  bi 
krossinqoverin faizini müəyyən edəndən sonra (bizim misalda 4,7%) belə 
bir  nəticəyə  gəlmək  olar  ki,  w  geni  mütləq  y  və  bi  genləri  arasında 
yerləşməlidir (şəkil 41). 
 
 
 
 
 
 
 
Şəkil 41. Xromosomda genlərin lokallaşma sxemi. Rəqəmlər genlər  
arasında krossinqover faizini göstərir 
 
Bir  halda  ki,  bu  və  digər  gen  ilişikli  qrupda  müəyyən  lokusda 
yerləşir,  bu  hal  genlərin  hər  bir  xromosomda  yerləşmə  ardıcıllığına  və 
xromosom xəritələrinin qurulmasına imkan verir. 
 
Genetik  xəritə. 
Genetik  xəritə  haqqinda  anlayiş 
 
Məlum  ilişikli  qrupda  olan  genlərin  nisbi  yerləşmə  sxemi 
xromosomun  genetik  xəritəsi  adlanır.  Bu  xəritələr,  genetik  nöqteyi 
nəzərdən  hələlik  yaxşı  öyrənilmiş  obyektlərdə:  drozofil,  qarğıdalı, 
pomidor,  siçan,  neyrospor,  bağırsaq  çöpü  və  s.  tərtib  edilmişdir.  Son 
illərdə insanın da genetik xəritəsi müəyyən olunub. 
Genetik  xəritələr  hər  bir  cüt  homoloji  xromosomlar  üçün  tərtib 


 
~ 135 ~ 
edilir. İlişikli qruplar hər biri ayrılıqda nömrələnir. Məsələn, drozofildə X-
xromosomunda  genlərin  ilişikli  qrupu  I  rəqəmi  ilə  işarə  olunub,  iki  uzun 
metasentrik  (ikiçiyinli)  xromosomlar  müvafiq  olaraq  II  və  III  və  nəhayət 
ən kiçik xromosom IV ilişikli qrupa daxil edilir. 
Genetik  xəritələri  tərtib  etməkdən  ötrü,  çoxlu  sayda  genlərin 
irsiliyinin  qanunauyğunluğunu  öyrənmək  lazım  gəlir.  Məsələn,  drozofil 
milçəyində 4 ilişikli qrupda lokalizə olunmuş 500-ə yaxın genlər öyrənilib, 
qarğıdalıda -10 qrupda 400-ə yaxın gen və s. Şəkil 42 və 43-də drozofil və 
qarğıdalının genetik xəritələri öz əksini tapıb. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 42. Drozofilin genetik xromosom xəritəsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə