~ 140 ~
Krossinqoverin mexanizmi
Meyotik krossinqover. Yuxarıda qeyd olunmuşdur ki, meyozun
profaza mərhələsində xromosomlarda, krossinqoverin mexanizmi homoloji
xromosomların hərəkət tərzindən asılıdır. Krossinqover hadisəsi dörd
xromatid mərhələsində baş verir və xiazmların əmələ gəlməsinə səbəb
olur.
Məlumdur ki, rekombinasiyanın faizini meyozların sayının çox
olmasının əsasında təyin edirlər. Homoloji xromosomların eyni sahələri
arasında mübadilə getməsi tədqiq olunan genlərin arasındakı məsafədən
asılıdır. Genlər bir-birindən nə qədər uzaq yerləşirsə, bir o qədər də
mübadilə üçün imkan artır. Lakin krossinqoverin faizi 50-dən artıq olmur.
Fərz edək ki, birqat krossinqover baş verib, yeni bivalentdə cəmi 4 xiazm
əmələ gəlib və dörd xromatidlərdən yalnız iki qeyri-bacı xromatidlər
arasında mübadilə gedib. Deməli, hər bir bivalentdə 50% xromatid, yəni
gələcək xromosomlar, rekombinant 50% isə qeyri-rekombinant olacaqlar.
İki meyotik bölünmənin nəticəsində, iki qamet valideyn tipinə
malik, ikisi isə rekombinant olacaqlar (şəkil 44). Buna görə də, meyoza
məruz qalmış bütün hüceyrələrdə (yəni 100%) xromosomların hansısa bir
sahəsində birqat krossinqover baş verərsə, belə halda da yalnız qametlərin
50%-i krossinqoverli xromosomlar daşıyacaq. Ancaq krossinqover
hesabda olan hər bir cüt xromosomun eyni sahəsində bütün hüceyrələrdə
baş vermir və belə hüceyrələrin sayı, genlərarası məsafə nə qədər az
olarsa, bir o qədər azalır. Buna görə tədqiqat edilən genlərə görə
krossinqoverli xromosomların sayı həmişə az olur.
Əgər bir bivalentdə, bir yox iki və artıq mübadilələr baş verirsə,
onda xiazmların sayı bir neçə olacaq. Bir halda ki, bivalentlərdə dörd
xromatid olur, şübhəsiz ki, sahələrarası mübadilələrin ehtimallığı artır və
mübadilədə iki, üç və yaxud dörd xromatid iştirak edə bilər.
48-ci şəkildə belə mübadilələrin sxemi öz əksini tapmışdır. Şəklin
birinci hissəsində yalnız iki xromatid arasında rekombinasiya baş verir,
qalan ikisində isə heç bir mübadilə getmir, ikinci və üçüncü hissələrdə üç
xromatidlər rekombinasiyaya uğrayır, hərəsində bir xromatid mübadilədə
iştirak etmir, şəklin dördüncü hissəsində bütün dörd xromatidlər arasında
rekombinasiya baş vermiş olur.
Xromosomların uzunluğu və xiazmlar arasında müəyyən asılılıq var.
Çox qısa xromosomların bivalentlərində cəmi bir xiazm olur, xromosomlar
uzandıqca xiazmların sayı 10-a qədər artır.
~ 141 ~
Şəkil 47. Birqat krossinqoverdən sonra qametlərin əmələ gəlməsi sxemi:
1 – valideyn qametlərdə
yerləşməsi;
2 – rekombinant qametlər.
Şəkil 48. İkiqat xiazmların sxemi və xromatidlərarası ikiqat mübadilə:
1 – qeyri-bacı xromatidlərarası resiprok ikiqat mübadilə (iki tel mübadilə olunub);
4 – bütün xromatidlərarası komplementar mübadilə (dövr
tel mübadilə
olunub); 2, 3 – üç xromatidlərarası diaqonal mübadilə (üç tel mübadilə olunub).
Krossinqover hadisəsini izah etdikdə, biz bir qayda olaraq, yalnız