Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   82

 
~ 149 ~ 
geniş yayılmışdır. Qidalanma şəraitindən asılı olaraq heyvanların südündə 
yağın  miqdarının  və  onların  çəkisinin  dəyişilməsi,  havada  oksigenin 
parsial təzyiqindən asılı olaraq qanda eritrositlərin  miqdarının dəyişilməsi 
modifikasiyadır.  Gentik  eyni  olan  bir  yumurta  (monoziqot)  əkizləri  və 
vegetativ  üsulla  çoxaldılan  eyni  bir  bitkinin  nəsilləri  müxtəlif  mühüt 
şəraitinə düşdükdə fərqli fenotiplər verir. 
   Genotipin  tam  nəzarətində  olan  hər  hansı  bir  əlamətin  mühüt  şəraitinə 
uyğun  fasiləsiz  modifikasiya  əmələ  gətirmə  xüsusiyyəti  vardır.  Nəticədə 
belə  modifikasiyaların  hər  biri  ayrıca  variant  olmaqla  variasiya  sırasını 
əmələ  gətirir.  Hər  bir  variantın  variasiya  sırasında  rastgəlmə  tezliyi 
müxtəlifdir.  Eyni  genotipə  malik  orqanizmlərə  həyatın  ilk  anından 
ömrünün  sonuna  qədər  mühütün  müxtəlif  amilləri  eyni  dərəcədə  təsir 
etmir.  Bir  ağacdan  götürülmüş  yarpaqların  ölçüləri  çox  geniş  miqyasda 
dəyişiy. Yarpaqların genotipinin eyni olmasına baxmayaraq onlar müxtəlif 
inkişaf  şəraitində  fərqli  fenotiplər  əmələ  gətirir.  Əgər  bu  yarpaqları 
əlamətin artma və ya azalma ardıcıllığına uyğun düzsək, alınan variasiya 
üzrə  əlamətin  dəyişməsi  reaksiya  normasından  kənara  çıxmır.  Variasiya 
sırasını əmələ gətirən variant əlamətin tək ifadəsidirsə, variantlar çoxluğu 
hesabına  formalaşan  variasiya  sırası  reaksiya  norması  daxilində  əlamətin 
dəyişmə dərəcəsini göstərir. 
   Variasiya  sırasını  yalnız  kəmiyyət  əlamətlərinə  görə  qurmaq  olar. 
Variasiya  sırasına  daxil  olan  hər  bir  variantın  rastgəlmə  tezliyi  mühüt 
amillərinin kompleks təsirinin intensivliyindən asılıdır. Variasiya sırasında 
variantların  yerləşmə  ardıcıllığının  təhlili  göstərir  ki,  bu  sırada  kəmiyyət 
əlamətinin  ən  çox  orta  variantlarına  rast  gəlinir.  Variasiya  sırasının 
başlanğıcında  və  sonunda  və  ya  kəmiyyət  əlamətlərinin  reaksiya  norması 
hüdudlarında  yerləşən  variantların  rastgəlmə  tezliyi  (minimum  və 
maksimum)  çox  aşağı  olur.  Çox  geniş  spektrdə  dəyişilən  əlamətlər,  bir 
qayda  olaraq,  poligen  irsiyyətlə  idarə  olunan  kəmiyyət  əlamətləridir 
(boyun  uzunluğu,  dərinin  piqmentləşmə  dərəcəsi,  bədən  kütləsi). 
Orqanizmlərin  digər  əlamətləri,  məsələn,  gözün  rəngi,  qan  qrupu  kimi 
əlamətlər  olduqca  dar  reaksiya  normasına  malikdir.  Beləliklə,  əlamət 
reaksiya  norması  hüdudlarında  onun  orta  göstəricisindən  nə  qədər  çox 
uzaqlaşırsa, bu variantların rastgəlmə tezliyi bir o qədər azdır. 
   Çoxsinifli  variasiya  sırası  qurmaq  daha  vacibdir.  Bunu  üçün  bütün  sıra 
sərbəst olaraq siniflərə bölünür. Bizim misalda variasiya sırasının (71 .. 97 
mm)  27  variantı  vardır.  Həmin  variantları  9  sinfə  bölmək  olar.  Sinfin 
qiyməti  aşağıdakı  kimi  tapılır:  son  (kənar)  variantların  fərqini  siniflərin 
sayına  bölürlər,  alınan  qiymət  siniflər  arasındakı  fərq  göstəricisi  olur. 


 
~ 150 ~ 
Beləliklə,  97-71/9=29  yəni,  sinfin  qiyməti  3-ə  bərabərdir.  Buna  görə  də 
çoxsinifli variasiya sırasının aşağıdakı hüdudları olacaqdır: 
 
Siniflər 

II 
III 
IV 

VI 
VII 
VIII 
IX 
71-73 
74-76 
77-79 
80-82 
83-85 
85-88 
89-91 
92-94 
95-97 
 
Bundan  sonra  siniflərin  orta  qiyməti  tapılır:  birinci  sinif  üçün 
71+73/2=72; ikinci sinif üçün 74+76/2=75 və s. 
Siniflərin orta qiymətini onların artım qaydasında yazaraq çoxsinifli 
variasiya  sırası  alırıq:  72,  75,  78,  81,  84,  87,  90,  93  və  96  mm.  Burada 
siniflərin orta qiymətləri ayrı-ayrı variantların rolunu oynayır. 
 
Siniflərin orta 
qiyməti (X) 
mm 
72 
75 
78 
81 
84 
87 
90 
93 
96 
Siniflərin rastgəlmə 
tezliyi (f) 
 

 

 

 

 
11 
 

 

 

 

 
Bundan sonra hər bir sinfin rastgəlmə tezliyi təyin edilir, yəni həmin 
sinifdə fərdlərin sayı hesablanır. Həmin məqsədlə yuxarıdakı cədvəl tərtib 
edilir: 
Cədvəldən  göründüyü  kimi,  daha  tez-tez  təsadüf  edilən  kəmiyyyət 
beşinci  sinfin  orta  qiymətidir  (84).  O,  modal  sinif  yaxud  moda  adlanır.  
Variasiya  sırası  tədqiq  olunarkən  hələ  keçən  əsrin  əvvəllərində  Qallton 
tərəfindən qoyulmuş biometriya  metodlarından istifadə olunur. Bu zaman 
variantlar  qruplaşdırılaraq  ayrı-ayrı  siniflərə  ayrılır,  hər  bir  sinfin  orta 
qiyməti  və  variantların  qruplaşdırıldığı  siniflərin  rastgəlmə  tezliyi 
müəyyən edilir. Çoxsinifli variasiya sırası qurmaq daha əlverişlidir. Bunun 
hesabına  ayrı-ayrı  variantların  və  onların  siniflərinin  rastgəlmə  tezliyini 
daha  dəqiq  müəyyən  etmək  olur.  Variasiya  sırasında  variantların  ən  çox 
toplandığı  sinif  tədqiq  olunan  kəmiyyət  əlamətinin  daha  tez-tez  təsadüf 
edildiyi  qrupdur.  Bu,  variasiya  sırasının  modal  sinfi  və  ya  kəmiyyət 
əlaməti üçün moda adlanır (MO). Biz yuxarıda bu barədə məlumat verdik. 
Hər bir sinif üzrə əlamətin orta qiyməti belə hesablanır: 
 x = 

x
i
 
      2 
Burada  x  -  əlamətin  hər  bir  sinif  üzrə    orta  qiyməti; 

x
i
  –  hər  bir 
sinfə  daxil  olan  variantların  göstəricilərin  minimum  və  maksimum 


 
~ 151 ~ 
qiymətlərin  cəmidir.Variasiya  sırasının  əsas  göstəricilərinə  orta  ədədi 
kəmiyyət, orta kvadratik meyl və orta ədədi kəmiyyətin xətası və ya ondan 
kənaraçıxma aid dir. 
Orta  ədədi  kəmiyyət  öyrənilən  bütün  fərdlərdə  əlamətin 
modifikasiya  dəyişkənliyinin  əsas  göstəricisi  olub  M  və  ya  X  ilə  işarə 
edilir. Orta ədədi kəmiyyət (M) aşağıdakı düsturla hesablanır: 
 
M =   

 (x

f) 
     N 
burada, 

  (x

f)  –  hər  bir  sinfin  orta  qiymətinin  onun  variantlarının 
rastgəlmə  tezliyinə  hasilinin  cəbri  cəmi,  n  –  variasiya  sırasına  daxil  olan 
variantların ümumi sayıdır. 
   Orta  ədədi  kəmiyyətin  qiyməti  bir  qayda  olaraq  variasiya  sırasındakı 
modal  sinfin  qiymətinə  çox  yaxın  olur.  Orta  kvadratik  meyl  əlamətin 
dəyişilmə  dərəcəsini  müəyyənləşdirmək  üçün  istifadə  olunur.  Orta 
kvadratik  meylin  hesablanması  üçün  hər  bir  sinif  üzrə  orta  ədədi 
kəmiyyətdən (M) kənaraçıxma ayrıca hesablanır: 
a = x – M 
burada  a  –  M-dən  hər  sinif  üzrə  kənaraçıxma,  x  -  əlamətin  hər  bir  sinif 
üzrə  orta  qiyməti,  M  –  orta  ədədi  kəmiyyətdir.  Orta  kvadratik  meyl  (G) 
aşağıdakı düsturla hesablanır: 






1
2
n
M
x
G
 
burada  ∑  (x  -  M)  –  hər  bir  sinfin  əlamətin  orta  qiymətinin  orta  ədədi 
kəmiyyətdən meylinin cəbri cəmi,  n – variantların ümumi sayıdır. 
Variasiya sırasının qrafiki ifadəsi variasiya əyrisi adlanır. Variasiya 
sırasını,  eləcə  də  əyrisini  təhlil  edərkən  əlamətlərin  dəyişkənliyinin 
müqayisəsi üçün variasiya əmsalından (V) istifadə olunur. Variasiya və ya 
dəyişkənlik  əmsalı  orta  kvadratik  meylin  (G)  orta  ədədi  kəmiyyətə  (M) 
faizlə nisbətini ifadı edir: 
%
100


M
G
V
 
Variasiya  sırasında  öz  əksini  tapmış  hər  hansı  bir  əlamətin 
dəyişkənlik əmsalının üç variasiya hüdudu ayırd edilir. Birinci, aşağı hədd 
0-10  %,  ikinci  orta  hədd  11-20  %  qiymətə  malikdir.  Variasiya  əmsalının 
üçüncü,  yüksək  həddi  əlamətin  dəyişilmə  dərəcəsi  20  %-dən  çox  hallar 
üçün qeyd edilir. 
   Variasiya sırası qrafiki qayda da təsvir edilə bilər. Bunu üçün yuxarıdakı 
cədvəldə  verilmiş  rəqəmlərdən  istifadə  edərək  absis  oxu  (a),  üzərində 
siniflərin  orta  qiymətlərini  (X),  ordinat  oxu  (o)  üzərində  isə  onların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə