Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   54   55   56   57   58   59   60   61   ...   82

 
~ 169 ~ 
birinin genomu A, digəri B ilə işarə edilsə, alınan hibrid AB hər iki növün 
genomuna  malik  olur.  Bu  cür  kombinasiya  amfihaploid  və  allodiploid 
adlandırıla  bilər.  AB  amfihaploidlərində  xromosom  kompleksləri  iki  dəfə 
artdıqda  AABB  amfidiploid  və  ya  allotetradiploid  meydana  gəlir.  Bu 
dediklərimizi  çovdarla  buğda  arasında  gedən  hibridləşmədə  izah  edək. 
Çovdarla (14 xromosom) buğdanın (14 xromosom) çarpazlaşdırılmasından 
alınan  çovdar-buğda  hibridində  hər  iki  növün  genomu  iştirak  edir.  Qeyd 
etməliyik  ki,  hər  iki  növün  genomunda  xromosomların  sayı  eyni  isə  də 
lakin  onlar  bir-birindən  fərqlənirlər,  yəni  xromosomlar  homologiya  təşkil 
edə bilmirlər. Əgər ikinci nəsil hibridinin (AABB) somatik hüceyrələrində 
28  xromosom  (14-ü  çovdardan,  14-ü  isə  buğdadan)  olarsa,  belə  hibrid 
meyoz prosesində hər növün, məs., çovdarın AA özünəməxsus bivalentləri 
(7+), buğdanın özünəməxsus bivalentləri (7+7) meydana gəlir. Bu diploid 
kompleksli qametlər arasında mayalanma getsə, 28 xromosoma malik yeni 
bir növün AABB əmələ gəlməsinin başlanğıcı qoyulur.  
Əgər  gələcəkdə  AABB  hibrid  14  xromosoma  malik  başqa  bir  növlə 
də (CC) çarpazlaşarsa, onda AABBCC genotipli bir yeni forma da meydana 
gələ  bilər  və  onun  genotipində  biz  42  xromosom  müşahidə  edərik. 
Təbiətdə  bu  qayda  üzrə  də  yeni  növlər  meydana  gəlmiş  olur.  Qeyd 
etməliyik  ki,  hibridlərdə  xromosom  dəstinin  artması  yeni  növə  başlanğıc 
versə  də,  lakin  o,  təbii  növ  olmaq  üçün  təbii  seçmənin  sınaqlarından 
keçməlidir. Buğda-çovdar hibridləri həm buğdanın, həm də  çovdarın  tam 
xromosom  kompleksinə  malik  olur  və  hər  iki  valideynin  xassələrini 
daşıyır. 
Deməli,  allopoliploidiya  yolu  ilə  yeni  bitki  növü  əldə  etmək 
mümkündür.  
Q.D.Karpeçenkovun 
turp 
ilə 
kələm 
arasında 
apardığı 
hibridləşdirmədən  aldığı  poliploidlər  də  çox  maraqlıdır.  Karpeçenko  iki 
müxtəlif  cinsə  mənsub  olan  turp  (Raphanus)  ilə  kələmi  (Brassica
çarpazlaşdırmışdır.  Hər  iki  növün  somatik  hüceyrələrində  diploid 
xromosom sayı (2n) 18-dir. Lakin bu xromosomlar morfoloji cəhətdən bir-
birindən  fərqlənir.  Buna  görə  də  turpun  genomunu  R,  kələminkini  B  ilə 
göstərdikdə,  onlarda  əmələ  fələn  birinci  nəsil  bibrid  xromosom 
kompleksini  RB  kimi  yaza  bilərik.  Amfidiploidi  isə  RRBB  şəklində 
yazmaq  olar.  Uzaq  növlərin  xromosomları  bir-birilə  konyuqasiya 
etmədiyindən  birinci  nəsil  (9R+9B)  bivalentlər  yarada  bilmədiyindən 
normal qametlər yaranmır və dölsüzlük meydana çıxır. Lakin meyozda 18 
xromosomu  olan  qametlərin  yaranma  ehtimalı  olduğundan  həmin 
qametlərin mayalanmasından 36 xromosomu olan bitkilər əmələ gələ bilir. 


 
~ 170 ~ 
Artıq  36  xromosomu  olan  RRBB  hibriddə  turpun  xromosomları  öz 
aralarında  9  bivalent  RR  kələmin  də  xromosomları  9  bivalent  BB  əmələ 
gətirə  bilər.  Bu  cür  bivalentlərdən  əmələ  gələn  qametlər  mayalandıqda 
tetraploid orqanizmlər RRBB meydana gəlir. 
Rafano-brassica  hibridinin  qınları  valideyn  formalarına  görə  aralıq 
xarakter  daşıyır.  Ilk  hibridin  qınları  kiçik  olur.  təbiətdə  bu  qayda  üzrə 
allopoliploidlər  meydana  gəlir.  Əsasən  bütün  hibridlər  diploid  vəziyyətdə 
dölsüz-steril  olur.  lakin  bunların  genomlarını  iki  dəfə  artırdıqda  
A+Bx2=AABB  hibrid fertil olur.  
İkinci  növün  çarpazlaşmasından  alınan  amfidiploid  hibridi  yenidən 
başqa  bir  növ  C  ilə  çarpazlaşdırdıqda  mürəkkəb  alloheksapoliploid 
(A+B+C)  meydana  gəlir.  Mürəkkəb  allopoliploidlərdə  meyoz  prosesi 
gedərkən  avtosintez  və  allosintez  hadisəsini  nəzərə  almaq  lazımdır. 
Avtosintezdə  AABB  kariotipində  A  genomu  ilə  A  genomu  arasında,  B 
genomu  ilə  B  genomu  arasında  konyuqasiya  gedir.  Allosintezdə  isə 
müxtəlif növlərin genomları arasında, məs., genomu xromosomları ilə B 
genomun  xromosomları  arasında  konyuqasiya  baş  verir.  Allosintez 
hadisəsi  göstərir  ki,  həmin    növlər  vahid  başlanğıcdan  əmələ  gəlmişlər. 
Allopoliploidiyanın  təbiətdə  və  kənd  təsərrüfatında  müəyyən  əhəmiyyəti 
vardır. 
 
Aneuplodiya və ya heteroploidiya 
 
Yuxarıda  öyrəndik  ki,  normal  avtopoliploidiya  və  allopoliploidiya 
əsas  xromosom  komplekslərinin  –  genomlarının  dəfələrlə  artması 
sayəsində  meydana  gəlir.  Lakin  belə  poliploidiya  formaları  da  vardır  ki, 
onlarda həmişə nüvədə xromosomlar dəfələrlə artır. Bəzən əsas genomlara 
bir  və  ya  bir  neçə  xromosom  əlavə  olunur,  yaxud  da  bir  və  ya  bir  neçə 
xromosom  azalır.  Buna  səbəb  ayrı-ayrı  xromosom  cütlərinin  mitoz 
prosesində  düzgün  aparılmaması  və  qütblərə  normal  çəkilməməsidir.  Bu 
hal  meyoz  prosesində  də  baş  verir.  Meyozda  homoloji  xromosomlar 
bivalentlər  əmələ  gətirdikdə  cütlərin  bəziləri  bir-birindən  ayrılmayaraq 
əmələ  gələn  hüceyrələrdən  birində  qalır,  o    birinə  isə  bu  qədər  əskik 
xromosom  düşmüş  olur.  beləliklə  meydana  gələn  poliploidiyaya 
aneuplodiya və ya heteroploidiya deyilir.  
Əgər  əmələ  gələn  qametlərdən  birinə  bir  xromosom  artıq  düşərsə 
(n+1)  həmin  qametlə  normal  qamet  arasında  mayalanma  getdikdə  əmələ 
gələn  ziqot  2n+1  xromosom  kompleksinə  malik  olur.  belə  orqanizm 
trisomik  adlanır.  Əksinə  bir  xromosomu  çatımayan  qamet  (n-1)  normal 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə