Nuklein turşularinin kimyəvi quruluşU


Sitoplazmatik mutasiyalar



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   82

 
~ 174 ~ 
Sitoplazmatik mutasiyalar 
 
Sitoplazmatik  mutasiya  haqqında  anlayış.  Orqanizmlərin  əlamət 
və xüsusiyyətlərinin dəyişkənliyinə səbəb olan plazmogenlərin dəyişilməsi 
sitoplazmatik  mutasiyalar  adlanır.  Hal-hazırda  plazmogenlər  yalnız 
plastidlərdə və mitoxondrilərdə lokallaşıb. Başqa orqanoidlərdə isə onların 
olması sübut edilməyib. 
Sitoplazmatik mutasiyalar gen mutasiyalarına oxşayır: onlar stabildir 
və  nəsildən  nəslə  ötürülür.  Resessiv  mutasiyaların  fenotipdə  üzə  çıxması 
üçün  müvafiq  sitoplazmatik  strukturların  hüceyrədə  mutant  olması 
vacibdir.  Mitozda  mutant  və  qeyri-mutant  strukturların  bölünmə  sürəti 
hüceyrədə bu strukturların ümumi sayından asılıdır.  
Sitoplazmatik  mutasiyaların  təbiəti.  Sitoplazmatik  mutasiyaların 
təbiəti  müxtəlif  ola  bilər.  İki  tip  dəyişiklik  məlumdur.  Nümunə  kimi 
qaranlıqda uzun müddət saxlanıldıqda plastidin itməsi ilə müşahidə olunan 
evqlenanın  (Euglena  mesnili)  mutant  ştamlarını  göstərmək  olar  (plastid 
mutasiyası).  Plastidlərin  itməsi  geri  dönməyən  prosesdir  və  bu 
qamçılılarının bir sıra xüsusiyyətlərinin dəyişilməsinə səbəb olur. 
İkinci tipə  aid olan  mutantlarda  sitoplazmatik strukturlar funksional 
və  morfoloji  dəyişilmiş  olur.  Buna  misal  maya  göbələyində  və 
neyrosporlarda  “tənəffüs”  mutasiyalarını  göstərmək  olar.  Mutant  və 
normal  hüceyrələrin  elektron  mikrofotosunda  görünür  ki,  onların 
mitoxondriləri morfoloji cəhətdən bir-birindən fərqlənmirlər. 
Xüsusi  tədqiqatlarla  göstərilmişdir  ki,  mutant  maya  ştammlarının 
mitoxondriləri 
sitoxromoksidazadan 
məhrumdurlar. 
Yəqin 
ki, 
plazmogenlərin  dəyişilməsi,  mitoxondrilərin  DNT-nin  strukturunun 
dəyişilməsi  ilə  əlaqədardır,  lakin  onlar  haqqında  hələ  ki,  heç  nə  məlum 
deyil. 
Mutant  plazmogenlər  resessiv  və  ya  dominant  ola  bilər.  Resessiv 
plazmogenlər hüceyrədə saxlanılır və əmələ gəlir, baxmayaraq ki, onların 
üzə çıxması dominant genlərlə yatırılır. 
Plastidlərin  fenotipini  müəyyən  edən  gen  sitoplazmatik  mutasiyalar 
bütün yaşıl bitkilərdə spontan olaraq yaranır. Onların əmələ gəlmə tezliyi 
yüksək  deyil.  Məsələn,  enoterada  mutant  sarı  və  ya  ağ  plastidi,  yəni 
normal  yaşıl  rəngdən  məhrum  olan  bitkinin  ≈0,02%  təşkil  edən  müxtəlif 
hüceyrələr və ya toxuma sahələri mövcuddur. Doğrudur, elə bitkilər vardır 
ki, (çuğundur, kələm və s.) bu kimi mutasiyaların yüksək tezliyi, yəni 0,1-
0,5%  ilə  müşayət  olunur.  Əksinə  dönən  sitoplazmatik  mutasiyaların  üzə 
çıxma tezliyi dəqiqliklə öyrənilməmişdir. Lakin əksinə olan mutasiya faktı 


 
~ 175 ~ 
demək olar ki, məlumdur (məs., anormal plastidlərdən normal plastidlərin 
əmələ gəlməsi). 
Bitkilərdə  plazmogen  mutasiyalarının  tezliyi  toxumların  rentgen 
şüalarının  və  ya  radioaktiv  izotopların  (məs.,  S
35
  və  ya  P
32
)  təsirindən 
kəskin  artır.  Plazmogen  mutasiyaları  ultrabənövşəyi  şüalar,  yüksək  və 
aşağı temperatur və digər təsirlərlə induksiya etmək olar. 
 


 
~ 176 ~ 
VII. POPULYASİYA GENETİKASI 
 
Populyasiya  genetikası  genetikanın  bir  sahəsi  olub  populyasiyanın 
genetik  sturukturunu,  ona  təsir  edən  faktorları,  populyasiyada  irsiyyət 
qanunauyğunluqlarını öyrənir.  
Geniş  mənada  bioloji  növün  bir  qrup  fərdlərinin  müəyyən  arealda 
məskunlaşan yığımına populyasiya deyilir. 
Genetik  aspektdə  eyni  növə  mənsub  olan,  eyni  ərazidə  yerləşən 
müəyyən  ekoloji  şəraitdə  uyğunlaşmış  və  bir-biri  ilə  sərbəst  çarpazlaşan 
bitki və ya heyvan qrupuna populyasiya deyilir.  
Populyasiyanın  genetik  xüsusiyyətləri  mühit  faktorlarının  və  eyni 
zamanda irsiyyət, dəyişkənlik və seçmənin təsiri əsasında formalaşır.  
İki  cür  populyasiyalar  olur:  biri  təbii  şəraitdə  təbii  allellərin  təsiri 
nəticəsində  formalaşan,  digəri  isə  insan  tərəfindən  spesifik  mühit  şəraiti 
yaradaraq süni seçmənin nəticəsində formalaşan süni populyasiyalar.  
Populyasiya  genetikasının  elmi  əsasını  Ç.Darvin  və  Q.Mendel 
qoymuşdur.  Bunlardan  sonra  Danimarka  fizioloqu  V.İohansenin  böyük 
rolu vardır. 1903-cü ildə “Populyasiyalarda və təmiz xətlərdə irsilik” adlı 
əsərini dərc etdirmişdir. V.İohansen lobya bitkisində toxumların kütləsinin 
və  ölçüsünün  irsən  keçməsinin  nəticələrini  öyrənmək  üçün  riyazi  analiz 
aparmış  və  valideynlərlə  bir  neçə  nəslin  arasında  əlamətlərin  irsən 
keçməsini müqayisəli şəkildə genetik üsul əsasında təhlil etmişdir. 
1908-ci  ildə  bir-birindən  asılı  olmayaraq  ingilis  riyaziyyatçısı 
Q.Hardi  və  alman  həkimi  V.Vaynberq  riyazi  analiz  əsasında  insanlarda 
allellərin  və  qan  qrupunun  tiplərinin  genotipdə  tezliyi  haqqında  məlumatı 
dərc etmişlər.  
Populyasiya  genetikasının  sonrakı  inkişafında  Çetverikovun  (1926), 
Fişerin (1930), C.Xoldenin (1932), S.Raytın (1932), N.P.Dubininin (1934) 
və digərlərinin işləri böyük rol oynamışdır. 
 
Populyasiyanın öyrənilmə üsulları 
 
Populyasiyanı öyrənən əsas üsullar: 
1.
 
Genetik  analiz  üsulu,  bu  üsulla  əsasən  valideynlərin  fenotipik 
keyfiyyətlərini öyrənərək nəsildə ayrı-ayrı qruplarda müəyyən əlamətlərin 
irsən keçmə xassələrini müəyyən etmək üçün istifadə olunur. 
2.
 
Kariotipin  sitogenetik  analizi,  bu  üsulla  populyasiyanın 
fərdlərində tərəqqiyə təsir edən xromosom anomaliyalarını öyrənir. 
3.
 
Ekoloji  –  fizioloji  üsul,  bu  üsul  mühitin  faktorlarının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə