~ 177 ~
populyasiyanın vəziyyətinə təsirini və genetik potensialın əlamətlərlə,
fenotipik səviyyədə özünü büruzə verməsi dərəcəsini və fenotiplərin
yaşadığı şəraitdə uyğunlaşmasını müəyyən etməyə imkan verir.
4.
Riyazi üsul: populyasiyanın genetik sturuktur dinamikasının
vəziyyətini əks etdirməyə və genetik faktorların əlamətlərinin nə dərəcədə
fenotipik özünü büruzə verməsini müəyyən edir.
Populyasiyanın genetik strukturunu təyin edən metodlar
Hər bir genetik populyasiya müəyyən genetik sturuktura və
genofonda malikdir. Populyasiyanın genlərinin cəminə genofond deyilir.
Populyasiyada hər bir genin və yaxud onun allellərinin yığımı, yayılması
və tezliyi onun genetik sturukturunu müəyyən edir. Xromosomların
haploid yığımı genlərin tam bir yığımını və ya bir genomunu özündə
cəmləşdirir. Orqanizmlərin normada iki belə yığımı, yəni diploid yığımı
olur. Əgər populyasiyada fərdlərin sayını A götürsək, onda populyasiyanın
genomunda xromosomların sayı normal diploid halda 2N olacaqdır.
Populyasiyada genotiplərin və allellərin nisbəti hər bir konkret vaxt
ərzində və orqanizmin hər bir nəslində müəyyən qanunauyğunluğu əks
etdirir.
Populyasiyanın genetik sturukturunu hər bir lokusun allellərini,
homoziqot və heteroziqot genotiplərin tezlikləri ilə ifadə etmək olar.
Müxtəlifcinsli orqanizmlərdə sərbəst çarpazlaşmanın nəticəsində
müxtəlif irsiyyətə malik olan erkək və dişi qametlərin birləşməsi
kombinativ dəyişkənliyə gətirib çıxarır.
Öz-özünə tozlanan bitkilərdə (məsələn, taxıl, noxud, pomidor) belə
tozlanma müntəzəm olaraq digər bitkinin tozcuğu ilə tozlanaraq
növbələşir.
Populyasiyada baş verən vacib proseslərdən biri də genetik
dəyişkənlikdir ki, bu prosesin də əsas mənbəyi çoxalmadır. Irsi
dəyişkənliyi isə gücləndirən mənbə mutasiya prosesidir, bunun nəticəsində
yeni allellər əmələ gəlir, bu da öz növbəsində əvvəllər populyasiyalarda
olmayan yeni fenotiplərin və genotiplərin formalaşmasına səbəb olur.
Müxtəlif lokusların genlərinin bir-biri ilə qarşılıqlı mübadiləsi də
populyasiyaların genetik dəyişkənliyinə təsir edir. Bu genlərin
koadaptasiyası adlanır.
Təbii seçmənin təsiri nəticəsində populyasiyanı təşkil edən fərdlərdə
ətraf mühitə uyğunlaşma kimi vacib xüsusiyyət formalaşır.
Uyğunlaşmanın səviyyəsi populyasiyada fərdlərin sayının artması,
~ 178 ~
çoxalmanın intensivliyi və bir sözlə populyasiyanın tərəqqisinin ölçüsünü
göstərir.
İlkin genetik sturukturun bir neçə nəsillər ərzində dəyişməmiş
qalması, yəni allellərin və genotiplərin sabit qalması genetik tarazlıq
adlanır.
Populyasiyanın genetik sturukturunun tarazlığı pozulduqda, allellərin
və genotiplərin tezlik səviyyəsi dəyişir ki, bunun nəticəsində homoziqot və
heteroziqot genotiplərin nisbəti yenidən qurulur.
Genetik populyasiya fasiləsiz olaraq müəyyən faktorların təsirinə
məruz qalır. Məsələn, müxtəlif tip çarpazlaşma və çoxalma, təbii və süni
seçmənin təsiri, mutasiya prosesi, mühitin dəyişkən faktorları, fərdlərin
miqrasiyası.
Populyasiya və təmiz xətlərin genetik sturukturunda əsas
qanunauyğunluqlar
XX əsrin əvvəllərində orqanizmlərdə çəki, boy və digər kəmiyyət
əlamətlərinin irsi əsasının olması və onların Mendel qanunlarına tabe
olması müəyyən edildi.
1903-cü ildə V.İohansen müəyyən etmişdir ki, orqanizmlərdə kəmiy-
yət əlamətlərinin dəyişkənliyi xarici mühitin və müxtəlif irsi faktorların
təsiri nəticəsində baş verir.
İohansen öz tədqiqatlarını lobya bitkisi üzərində aparmışdır. O,
əsasən iki kəmiyyət əlamətlərinin öyrənilməsinə fikir vermişdir:
toxumların ölçüsünə və kütləsinə. O, bir neçə nəsil üzərində həmin
toxumların qarışığından alınmış, yəni süni populyasiya yaradaraq, həm də
ayrıca hər bir toxumdan alınmış nəslin hesabatını ayrılıqda hər bir bitki
üzərində aparmışdır.
İohansen toxumların kütləsini ölçərək bu əlamətlərin kəskin
dəyişildiyini müəyyən etmişdir: belə ki, ayrılıqda hər bir toxumda çəkisi
bir bitkidə 100 mq-dan 900 mq arasında tərəddüd etmişdir.
İlkin əkin materialı və onlardan alınan bitkiləri İohansen populyasiya
adlandırmışdır. Lobya öz-özünə tozlanan bitkidir, buna görə də müxtəlif
nəsillərdə hər toxumdan alınan bitkilər eyni irsiyyətə malikdirlər.
Bir toxumdan alınan nəsli İohansen təmiz xətt adlandırmışdır.hər bir
təmiz xətti çoxaldaraq, toxumların kütləsinin fərdi dəyişkənliyini, 200-dən
700 mq arasında müəyyən etmişdir. Müxtəlif xətlərin bitkilərində
toxumların orta çəkisi 350-dən 642 mq arasında tərəddüd edirdi.
Alınan nəticələr belə fərz etməyə imkan vermişdir ki, müxtəlif təmiz
~ 179 ~
xətlərdən alınan bitkilərin irsiyyəti müxtəlifdir, lakin xətt daxilində
toxumların çəkisinin müxtəlif olması irsən keçmir və xarici mühitin təsiri
ilə müəyyən olunur. İohansen öz-özünə tozlanan bitkilərin kəmiyyət
dəyişkənliyini öyrənərək ilk dəfə olaraq iki tip genetik və qeyri-irsi
dəyişkənliyin mövcudluğunu göstərmişdir. O, belə nəticəyə gəlmişdir ki,
iki tip – fenotipik və genotipik dəyişkənliyi bir-birindən fərqləndirmək
lazımdır və bunun nəticəsində “fenotip” və “genotip” terminləri genetika
elminə ilk dəfə olaraq daxil edilmişdir.
Müəyyən olunmuşdur ki, təmiz xətlərin daxilində toxumların kütləsi
bir neçə nəsil ərzində eyni səviyyədə dəyişilməmiş qalır, deməli, seçmənin
təmiz xətlərdə effekti olmur. Çünki bu təmiz xəttin bitkiləri irsən
eynidirlər, lakin toxumların kütləsinə və ölçüsünə görə alınan fərqlər mühit
faktorlarının təsiri ilə müəyyənləşir və nəsildən-nəsilə irsən keçir.
Populyasiyalarda seçmənin müxtəlif qanunauyğunluğunu müəyyən
etmək, yəni təmiz xətlərdə seçmənin effektsiz və irsən müxtəlif olan
populyasiyalarda effektli olması seleksiya işində böyük əhəmiyyət kəsb
etmişdir. Müəyyən olunmuşdur ki, öz-özünə tozlanan bitkilərin
populyasiyalarından seçilmiş bir başlanğıc bitkidən təmiz xətt, ondan isə
yeni sort yaratmaq olar. Bu sortun daxilində baş verən dəyişkənlik,
modifikasiya dəyişkənliyi olacaq, yəni irsən keçməyən, lakin başlanğıc
irsiyyət isə bir neçə nəsil ərzində qalacaqdır. İohansen tərəfindən irəli
sürülən müddəa bu günədək öz əhəmiyyətini itirməmişdir.
Hardi–Vaynberq qanunu,
gen tarazlığı və onu müəyyən edən üsullar
İngilis riyaziyyatçısı Q. Hardi və alman həkimi V.Vaynberq 1908-ci
ildə bir-birindən asılı olmayaraq insanın qan qrupları sistemində
genotiplərin və allellərin əmələ gəlmə tezliyini öyrənmişlər. Hazırda bu
qanun Hardi-Vaynberq qanunu adlanır. Bu qanuna görə, əgər
populyasiyada yeni mutasiyalar baş verməzsə və seçmə təsir göstərməzsə,
onda populyasiyada bir neçə nəsil mövcud olan allellərin nisbəti eyni
saxlanılır. A və a allellərininn ümumi sıxlığı vahidə bərabər olmalıdır.
A+a=1. Bu qanunda dominant allel ( A) p ilə, resessiv allel ( a) q ilə işarə
edilir. Onda düstur belə yazılır: p+q=1. Əgər populyasiyada A və a
allellərinin sıxlığı bərabər olarsa, onda erkək və dişi orqanizmlərin hər biri
bərabər miqdarda iki tip qamet hazırlamalıdır: 50% A, 50% a. Bu erkək və
dişi qametlərin ehtimal kombinasiyaları:
Dostları ilə paylaş: |