Nuklein turşularinin kimyəvi quruluşU



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/82
tarix26.09.2017
ölçüsü5,01 Kb.
#2228
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   82

 
~ 167 ~ 
xromosomlar  normal  qayda  üzrə  konyuqasiya  edərək  bivalentlər  əmələ 
gətirir.  Poliplodlərdə  isə  homoloji  xromosomlar  arasında  çox  müxtəlif 
kombinasiyalarda konyuqasiya gedir. 
Poliploidlərdə çox zaman bivalentlər əvəzinə polivalentlər müşahidə 
olunur. Bunun üçün xromosomda ən azı iki xiazm getməlidir. Bu isə uzun 
xromosomlarda  baş  verir.  Poliploidlərdə  qametogenezi  misallarla  izah 
edək. Adətən bir cüt homoloji xromosoma görə heteroziqot orqanizm – Aa, 
qametogenezdə 
bərabər 
miqdarda 
qamet 
hazırlayır 
AA:aa
Avtoytetraploiddə  bu  genlərə  görə  heteroziqot  AAaa  orqanizm  normal 
şəraitdə 2Aa:2Aa tipində qamet hazırlayır. Lakin reduksiya prosesində bu 
xromosomların  qütblərə  çəkilmələri  aşağıdakı  qaydada  baş  verir:  ya  hər 
qütbə bərabər sayda hər homoloji xromosomdan biri çəkilir və ya bir qütbə 
üç xromosom, o birinə bir xromosom çəkilir. Yaxud da bir qütbə dörd, o 
birinə heç xromosom düşmür. Ümumiyyətlə həmin allellərə (A və a) görə 
qametlərə  aşağıdakı  qaydada  xromosomlar  düşür:  2:2,  3:1,  1:3,  4:0,  0:4
Dəlibəng bitkisinin tikanlı (A) və tikansız (a) qozaları olan tetraploidlərini 
(AAaa)  çarpazlaşdırmışlar.  Belə  tetraploidlər  üç  tip  qamet  hazırlayır:        
1. AA : 4 Aa: 1 aa. İkinci nəsildə monohibrid çarpazlaşmada olduğu kimi 
3:1 deyil, 35:1 nisbətində tikanlı (35) və tikansız (1) qozaları olan bitkilər 
meydana gəlmişdir. Bu nəticələri tərtib olunmuş aşağıdakı cədvəldə aydın 
görmək olar 
  Cədvəl 10 
 
 
 
Avtotetraploidlərdə F
2
-də əlamətlərin parçalanması 
                          ♂ 
 
1 AA 
4 Aa 
1 aa 
1 AA 
1 AAAA 
4 AAAa 
4 AAaa 
4 Aa 
4 AAAa 
16 AAaa 
4 Aaaa 
1 aa 
1 AAaa 
4 Aaaa 
1 aaaa 
 
Cədvəldə  göstərilən  kombinasiyalarda  A  alleli  olan  orqanizmlərin 
qozaları  (35)  tikanlı,  yalnız  bir  kombinasiya  (aaaa)  tikansız  olmuşdur. 
Başqa  sözlə  desək  A  alleli  olan  kombinasiyalar  (1  AAAA+8  AAAa+18 
AAaa+8  Aaaa)  və  bir  hissə  aaaa,  yəni  A  alleli  olmayan  kombinasiya 
alınmışdır  ki,  bu  da  35A:1a  nisbətini  vermişdir.  Bu  nəzəri  hesablamanı 
alınan  faktiki  rəqəmlərdə  təsdiq  edir.  AAaaxAAaa  çarpazlaşmasından 
alınmış  3501  bitkidən  3383-ü  tikanlı  və  118-i  tikansız  qozalara  malikdir. 
Deməli tetraploidlərin çarpazlaşmasında fenotipcə 2, genotipcə 5 tip bitki 
əldə edilmişdir. 
Yuxarıdakı  izahatlardan  məlum  oldu  ki  tetraploidlərin  birinci  və 
ikinci  nəsillərində  parçalanma  Mendelin  təcrübələrinə  uyğun  gəlmir. 


 
~ 168 ~ 
Başqa  sözlə  desək,  Mendelin  qametlərin  saflığı  hipotezi  tetraplodlərə 
tətbiq edilə bilmir. Homoziqotlarda  qametlərə homoloji xromosomlar bir-
bir deyil iki-iki (AA və ya aa) və heteroziqotlarda isə Aa düşə bilir.  
Ümumiyyətlə,  poliploidiyada  dölsüz  kombinasiyaların  meydana 
gəlməsi  də  meyozda  baş  verən  dəyişilmələrlə  izah  edilə  bilər.  14 
xromosomlu  diploid  AA  meyozda  7  cüt  (bivalent)  əmələ  gətirir.  Bu 
xromosomları  a
1
—a
1
,  a
2
—a
2
,  a
3
—a
3
...  a
7
—a
7
  kimi  göstərmək  olar. 
Tetraploid  AAAA  meyoz  prosesində  4  xromosomdan  ibarət  7  qrup 
kvadrivalent  əmələ  gətirir.  Bu  kvadrivalentlərin  hər  biri  müxtəlif  şəkildə 
xromosomun konyuqasiyası ilə meydana gəlir.  
28  xromosomlu  tetraploid  normal  halda  14  xromosomlu  qametlər 
hazırlamalıdır.  Lakin  bəzən  13,  15  xromosomlu  qametlər  meydana  gəlir. 
Bu cür əsas normadan kənarlanan qametlər ya məhv olur, və ya funksiyaca 
zəif  olur.  Avtotetraploidlərin  dölsüzlüyünün  əsas  səbəbi  də  bundan 
ibarətdir. Qeyd etməliyik ki, erkək qametlərdə dişilərə nisbətən daha artıq 
sterillik  müşahidə  olunur.  27  və  ya  29  xromosomlu  bitkilər  28 
xromosomlu  bitkilərə  nisbətən  daha  zəif  inkişaf  edir  və  az  döllü  olur.  Bu 
onu    göstərir  xromosomlar  balanslaşmayanda  meyoz  normal  getmir.  Elə 
ona  görə  də  14  xromosomlu  çovdar  bitkisi  ilə  28  xromosomlu  tetraploid 
çovdarı  yaxın  əkdikdə  məhsul  azalır.  Çünki  14  xromosomlu  çovdarın  7 
xromosomlu  qametləri  ilə  28  xromosomlu  çovdarın  14  xromosomlu 
qametləri  mayalandıqda  əmələ  gələn  21  xromosomlu  (balanslaşmamış) 
fərdlər inkişafın müəyyən mərhələsində məhv olur.  
Avtotriploidlər. Avtotriploidlər də avtotetraploidlər kimi diploidlərə 
nisbətən güclü inkişaf edir. Məs., triploid ağcaqovaq bitkisi (19x3=57) adi 
diploid  qovağa  nisbətən  güclü  inkişaf  edir.  Lakin  süni  surətdə  alınan 
tetraploidlər  öz  güclü  inkişafı  ilə  triploidlərdən  fərqlənirlər.  Alma 
bitkisində (17x3=51) meyvələr adi diploid xromosomlu almaya (17x2=34
nisbətən  yaxşı  saxlanılır  və  meyvələrində  C  vitamini  çox  olur.  Diploid 
meyvə  tuta  (14x2=28)  görə  triploid  (14x3=42)  tut  sortlarının  çoxu  daha 
məhsuldar və meyvələrində saxaroza, fruktoza, vitamin C daha çox olur. 
Lakin  avtotriploidlərdə  meyozun  pozulması  ilə  əlaqədar  dölsüzlük 
meydana gəldiyindən praktikada dənli bitkilərdə geniş istifadə edilə bilmir. 
Onların vegetativ yolla artılan bitkilərdə böyük əhəmiyyəti vardır. 
Allopoliploidiya.  Müxtəlif  dəstələrin,  cinslərin  və  ya  növlərin 
fərdlərinin  çarpazlaşması  sayəsində  alınmış  hibriddə  xromosom  dəstinin 
dəfələrlə artmasına allopoliploidiya və ya sadəcə olaraq alloplond deyilir. 
M.S.Navaşin çarpazlaşdırılan növlərin hər ikisinin xromosom kompleksinə 
-  genomuna  malik  hibridləri  amfidiploid  adlandırmışdır.  Məs.,  növlərdən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə