~ 165 ~
cüt (6) xromosom varsa, əsas kompleksdə hər cütdən biri olur: 1, 11, 111
yəni cəmi 3 xromosom olur. Triploiddə (3n) xromosom sayı belə şəkil alır:
1, 1, 1; 11, 11, 11; 111, 111, 111. Əsas xromosom kompleksini (genom)
hərflərlə ifadə etsək,
ABC kimi yaza bilərik. O halda diploid –
AABBCC;
triploid
AAA, BBB, CCC və i. a. kimi şəkil almış olur.
Poliploidiya 3 yol ilə baş verə bilər: 1.
Mitoz prosesində,
yəni mitotik
yol ilə; 2. Meyoz
prosesində, yəni meyotik yol ilə; 3. Ziqotun ilk
bölünərək inkişaf etməsi prosesində, yəni ziqotik yol ilə.
1.
Əgər ana hüceyrədə diploid kompleksi 2n=6 isə,
xromosomların ikiləşməsi sayəsində ana hüceyrənin nüvəsində 12
xromosom meydana gəlir. Ana hüceyrə bölünüb, iki qız hüceyrə əmələ
gətirdikdə, hər qız hüceyrəyə 6 xromosom düşür, yəni ikiləşmiş
xromosomun hərəsindən biri qız hüceyrəsinə keçmiş olur. Bəzən ana
hüceyrədə 12 xromosom olduğu zaman hər hansı bir səbəbdən iki qız
hüceyrə arasında arakəsmə əmələ gəlincə 12 xromosom iki hissəyə ayrıla
bilməyərək bir qız hüceyrədə qalmış olur. Nəticədə, alınmış qız
hüceyrədən birində 6 əvəzinə 12 xromosom düşür, digər qız hüceyrə
xromosomsuz olur. Sonra mitoz normal getdikdə artan hər hüceyrədə 6
deyil 12 xromosom olur. Bu qayda üzrə 4p, 3x4=12 xromosomlu tetraploid
orqanizm meydana gəlmiş olur.
2.
Meyoz prosesində normal halda birinci dərəcəli spermatit və ya
ovositdən ikinci dərəcəlilər əmələ gələndə xromosom sayı reduksiyaya
uğrayır, yəni iki dəfə azalır. Qametlərə haploid saylı xromosom düşür.
Əgər reduksiyadan əvvəl hüceyrədə 6 xromosom varsa, qametdə 3
xromosom olmalıdır. Bəzən hüceyrədə xromosomların reduksiyası getmir
və diploid saylı xromosoma malik qametlər əmələ gəlir. Bu hadisə həm
spermatogenezdə, həm də ovogenezdə baş verərsə, onda normal hallarda
olduğu kimi mayalanmadan sonra 3+3=6 deyil, 6+6=12 xromosomlu, yəni
tetraploid orqanizmlər alınmış olur.
3.
Normal mayalanma (3+3=6) sayəsində diploid xromosomlu
ziqot əmələ gəlir. Bu 6 xromosoma malik ziqot əvvəlcə blastomerə
(hüceyrəyə) sonra 4, 8 və i. a. hüceyrə bölünür. Bu qayda üzrə inkişaf
prosesində orqanizmin bütün hüceyrələri diploid sayda – 3 cüt xromosoma
malik olur. Lakin bəzən ilk ziqot mitoz yolu ilə iki blastomerə bölünərək
hüceyrələrdən birində 12 xromosomun hamısı qalır, o biri hüceyrə isə
xromsomsuz olur. Bu qayda ilə 12 xromosoma malik hüceyrə normal
hallarda olduğu kimi 6 xromosomlu deyil, 12 (4p) xromosoma malik
tetraploid orqanizmlər meydana gəlmiş olur.
Poliploid sıralar. Poliploidlik müşahidə olunan cinslərdə xromosom