Odlar yurdu kolleci


İqtisadi mühit əhalinin alıcılıq qabiliyyətinə və istehlakçıların xərclərinin strukturuna təsir göstərən amillərin məcmusu kimi xarakterizə olunur. Bu mühit aşağıdakı amillər üzrə öyrənilir



Yüklə 0,56 Mb.
səhifə3/3
tarix12.06.2023
ölçüsü0,56 Mb.
#116718
1   2   3
Məmmədzadə Xanım Hesabat slayd

İqtisadi mühit əhalinin alıcılıq qabiliyyətinə və istehlakçıların xərclərinin strukturuna təsir göstərən amillərin məcmusu kimi xarakterizə olunur. Bu mühit aşağıdakı amillər üzrə öyrənilir:

  • Gəlirlərin bölüşdürülməsi və əhalinin alıcılıq qabiliyyətinin dəyişməsi;
  • İstehlakçı xərclərinin strukturunda baş verən dəyişikliklər.

Təbii mühit

Təbii mühitin öyrənilməsi zamanı əmtəə və xidmətlərin istehsalı üçün lazım gələn resursların mövcud vəziyyəti təhlil olunur. Bu mühit aşağıdakı amillər və yaxud komponentlər üzrə öyrənilir:

  • Xammal çatışmazlığı;
  • Enerjinin bahalaşması;
  • Ətraf mühitin çirklənməsinin artımı;
  • Təbiətdən istifadənin dövlət tənzimlənməsi.

Elmi – texniki mühit

Elmi – texniki mühiti əmtəənin və bazarın inkişafı üçün yeni imkanlar açan, həmçinin müəssisənin fəaliyyətinin genişləndirilməsi baxımından yeni texnologiyalar yaradan amillərin təsiri nəticəsində formalaşır.

Bu mühit aşağıdakı əsas komponentlər üzrə öyrənilir:

  • Elmi – texniki tərəqqinin templərinin yüksəlişi;
  • ETTKİ – yə xərclərin artımı;
  • Kiçik təkmilləşdirmələrə diqqətin artırılması;
  • Nəzarətin gücləndirilməsi.

Siyasi mühit

Müəssisəyə və insanlara təsir edən və onların fəaliyyətlərini məhdudlaşdıran qanunlar, dövlət müəssisələri və təsir qrupları siyasi mühiti formalaşdırır. Siyasi mühit aşağıdakı komponentlər üzrə öyrənilir:

  • Biznes sferasında qanunvericilik;
  • İctimai maraqları müdafiə edən təşkilatların miqdarının artması;
  • Sosial məsuliyyətin güclənməsi.

Mədəni mühit

Mədəni mühit dedikdə cəmiyyətin fəaliyyətiniə, həmin cəmiyyətdə yaşayan insanların üstünlükvermələrinə, riayət etdikləri dəyərlər sisteminə və inamlarına təsir göstərən ictimai institutlar və başqa qüvvələr başqa düşülür. Mədəni mühit aşağıdakı elementlər üzrə öyrənilir:

  • Mədəni dəyərlərin dayanıqlığı;
  • İkinci dərəcəli mədəni dəyərlərdə baş verən dəyişikliklər;
  • İnsanların özləri haqqında təsəvvürləri;
  • İnsanların başqaları haqqında təsəvvürləri;
  • İnsanların təşkilatlar haqqında təsəvvürləri;
  • İnsanların cəmiyyətə baxışları;
  • İnsanların təbiət haqqında təsəvvürlləri;
  • İnsanların dünyanın yaranması haqqında təsəvvürləri.

«Diqqətinizə görə təşəkkürlər!»
Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə