Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə398/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   394   395   396   397   398   399   400   401   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Yuxarıda deyilənləri nəzərə alaraq, investorlar üçün hər tərəfdən cəlbedici olan Qarabağ 
bölgəsinin tezliklə xarici kapitalın cəmləşdiyi məkana və nəticədə Azərbaycanın ən mühüm 
investisiya mərkəzinə çevriləcəyi gözlənilir. 
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi 
rayonlarının inkişafı üçün əsas kapitala yönəldilmiş ümumi investisiyanın həcmi 1 milyard 920 
milyon 697,3 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,1 dəfə 
çoxdur. 
Hesabat dövründə Qarabağ iqtisadi rayonuna 805 milyon 146,8 min manat (39,4 faiz artım) 
investisiya qoyulmuş, onun 784 milyon 852,9 min manatı (40% artım) tikinti-quraşdırma işlərinə 
yönəldilmişdir. Eyni zamanda, ən çox kapital qoyuluşu - 298 milyon 908,5 min manat Füzuli 
rayonuna yatırılıb (Qarabağa qoyulmuş bütün investisiyaların 37,1 faizi). Şuşa rayonuna 168 
milyon 428,6 min manat, Xocavənd rayonuna isə 131 milyon 411,9 min manat investisiya 
qoyulmuşdur. 
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş kapital qoyuluşları 
10 milyard 154 milyon 448,5 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə 
müqayisədə 4,6% çoxdur. 
Hazırda Qarabağ iqtisadi rayonu ərazisində aparılan yenidənqurma işləri və xeyli az miqdarda 
statistik məlumatlarla əlaqədar mövcud vəziyyətin tam təhlilini aparmaq kifayət qədər çətindir
lakin yuxarıda qeyd olunan təcrübəyə əsaslanaraq infrastrukturun son 15 ildə Azərbaycan 
iqtisadiyyatına təsirindən azad edilmiş torpaqlardakı vəziyyəti aşağıdakı kimi təhlil etmək olar 
(cədvəl 1). 
 
Cədvəl 1. 
Qarabağ iqtisadi rayonunun SWOT təhlili. 
 
Güclü tərəflər (Strengths) 
Zəif tərəflər (Weaknesses) 
Zəngin təbii ehtiyatlar 
Yaxşı iqlim şəraiti 
Böyük tarixi irs 
Faydalı qazıntı yataqlarının bərbad vəziyyəti 
Dağılmış yollar və dəmir yolları 
Uzun sürən rəsmiləşdirmə prosesi 
Yanmış meşə örtüyü 
İmkanlar (Opportunities) 
Təhdidlər (Threats) 
“Ağıllı şəhər” və “Yaşıl enerji” layihələri üçün 
əsasların mövcudluğu 
800-dən çox sahibkarın marağı 
Türkiyə, Böyük Britaniya ilə müxtəlif müqavilələrin 
imzalanması və s. 
Qeyri-sabit siyasi vəziyyət 
Sərhəddə hərbi əməliyyatlar 
Xarici ölkələrdən investisiyaların olmaması riski 
Pandemiyanın iqtisadiyyata təsiri 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə