118
PAHTEI
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS
VOLUME 27 ISSUE 04 2023
E-ISSN: 2674-5224
sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını
təmin etmək üçün bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəuyğunluğu
işğaldan azad edilmiş rayonların iqtisadi rayonlara bölünməsinə yenidən baxılmasını tələb edir.
Qida sənayesi iqtisadiyyatın bir sahəsi kimi ölkə əhalisini əsas ərzaq məhsulları
ilə təmin edən
qida istehsalı sahələrinin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin inkişaf
xüsusiyyətlərini xarakterizə edir. Qida sənayesi iqtisadiyyatın bütün sahələri ilə sıx bağlıdır.
Azərbaycan ərazisindən müxtəlif nəqliyyat növləri ilə daşınan malların
əhəmiyyətli bir hissəsi
ərzaq məhsullarının payına düşür. Ənənəvi olaraq qida sənayesinin kənd təsərrüfatı ilə əlaqəsi
möhkəmdir. Qida sənayesi Azərbaycan iqtisadiyyatının strateji əhəmiyyətli sahəsidir.
Bunun
əhəmiyyəti onunla müəyyən edilir ki, bu sənayenin məhsullarının istehlakçıları ölkə sakinləridir,
yeyinti sənayesi onları idxaldan asılı olmayaraq həyati əhəmiyyətli məhsullarla təmin edir. Buna
görə də sənayenin hazırkı inkişaf səviyyəsi, tendensiyaları, problemləri və perspektivləri elmi və
praktiki baxımdan maraq doğurur.
Məqalə işğaldan azad olunmuş ərazilərin qida sənaye potensialının müəyyən edilməsinə həsr
edilmişdir. Tədqiqatda işğaldan azad olmuş ərazilərdə qida sənaye xammal bazasının bərpasının
əhəmiyyəti və imkanları
təhlil edilmiş, qida sənayesini ərzaqla təmin edən kənd təssərüfatının
potensialı müəyyən edilmiş, yeyinti sənayenin dövlət tənzimlənməsi məsələsinə aydınlıq
gətirilmişdir.
Dostları ilə paylaş: