Of azerbaijan high technical educational institutions


İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRDƏ QİDA SƏNAYESİNİN



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə130/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   126   127   128   129   130   131   132   133   ...   540
PAHTEI-27.04.2023

İŞĞALDAN AZAD OLMUŞ ƏRAZİLƏRDƏ QİDA SƏNAYESİNİN 
XAMMAL MƏNBƏLƏRİNİN BƏRPASI MƏSƏLƏSİNİN MÜƏYYƏN 
EDİLMƏSİ 
Sahib Məmmədov
1
, Elxan Abdullazadə
2
1,2
İqtisadi və texnoloji elmlər kafedrası, 
1,2
Azərbaycan Dövlət İqtisad Universiteti 

İqtisad üzrə fəlsəfə doktoru, dosent 

Magistr tələbəsi, dasqinmahmudov12@gmail.com 
XÜLASƏ
 
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək, lazımi 
infrastrukturun yaradılması, əhalinin öz doğma yurd-yuvalarına qaytarılması istiqamətində 
genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu ərazilərin zəngin iqtisadi potensialından, təbii 


118 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafını 
təmin etmək üçün bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədəuyğunluğu 
işğaldan azad edilmiş rayonların iqtisadi rayonlara bölünməsinə yenidən baxılmasını tələb edir. 
Qida sənayesi iqtisadiyyatın bir sahəsi kimi ölkə əhalisini əsas ərzaq məhsulları ilə təmin edən 
qida istehsalı sahələrinin məhsuldar qüvvələrinin və istehsal münasibətlərinin inkişaf 
xüsusiyyətlərini xarakterizə edir. Qida sənayesi iqtisadiyyatın bütün sahələri ilə sıx bağlıdır. 
Azərbaycan ərazisindən müxtəlif nəqliyyat növləri ilə daşınan malların əhəmiyyətli bir hissəsi 
ərzaq məhsullarının payına düşür. Ənənəvi olaraq qida sənayesinin kənd təsərrüfatı ilə əlaqəsi 
möhkəmdir. Qida sənayesi Azərbaycan iqtisadiyyatının strateji əhəmiyyətli sahəsidir. Bunun 
əhəmiyyəti onunla müəyyən edilir ki, bu sənayenin məhsullarının istehlakçıları ölkə sakinləridir, 
yeyinti sənayesi onları idxaldan asılı olmayaraq həyati əhəmiyyətli məhsullarla təmin edir. Buna 
görə də sənayenin hazırkı inkişaf səviyyəsi, tendensiyaları, problemləri və perspektivləri elmi və 
praktiki baxımdan maraq doğurur. 
Məqalə işğaldan azad olunmuş ərazilərin qida sənaye potensialının müəyyən edilməsinə həsr 
edilmişdir. Tədqiqatda işğaldan azad olmuş ərazilərdə qida sənaye xammal bazasının bərpasının 
əhəmiyyəti və imkanları təhlil edilmiş, qida sənayesini ərzaqla təmin edən kənd təssərüfatının 
potensialı müəyyən edilmiş, yeyinti sənayenin dövlət tənzimlənməsi məsələsinə aydınlıq 
gətirilmişdir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   126   127   128   129   130   131   132   133   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə