Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə132/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   128   129   130   131   132   133   134   135   ...   540
PAHTEI-27.04.2023

 
Məqsəd 


119 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
İşğaldan azad edilmiş rayonlarda bərpaetmə işlərinin digər istiqamətini qida və emal sənayesi 
sahəsində aparılan tədbirlər təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə qida sənaye xammal 
bazasının bərpasının əhəmiyyəti və imkanlarını araşdırmaq məqalənin əsas məqsədini təşkil edir.
Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
İşğaldan azad olmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması müasir dövrün 
aktuallıq tələb edən məsələsidir. Qida sənayesinin bu ərazilərdə inkişaf etdirilməsi dövlət 
tərəfindən tənzimlənir. Eyni zamanda bu ərazilərin əlverişli şəraiti kənd təsərrüfatı və yeyinti 
sənayesinin inkişafına öz müsbət təsirini də göstərəcəkdir. 
Metodlar 
Tədqiqat zamanı bir neçə metodlardan istifadə olunmuşdur. İlk növbədə məntiqi, analiz və sintez 
metodlarından istifadə etməklə məlumatlar toplanmış, daha sonra isə tədqiqatın məqsədləri üçün 
tələb olunan qaydada birləşdirilmişdir. Empirik məlumatların tədqiqi vasitəsilə işğaldan azad 
olunmuş ərazilərdə qida sənayesinin mövcud vəziyyətini öyrənmək və problemlərin təhlilini 
aparmaq, həmçinin regionun qida sənayesinin potensialını müəyyən etmək
 
mümkün olmuşdur. 
Qida sənayesi emal sənayesinin mühüm sahələrindən biri olmaqla, ərzaq təhlükəsizliyinin təmin 
edilməsində əsas resursdur. Müxtəlif texniki-texnoloji proseslərə və infrastruktura malik olan 
yeyinti sənayesi kənd təsərrüfatı ilə birlikdə xalq təsərrüfatının formalaşmasında, iqtisadi və siyasi 
müstəqilliyinin təmin edilməsində böyük əhəmiyyət kəsb edir. Əhalinin həyat səviyyəsi və onların 
fiziki həyatı əsasən kənd təsərrüfatının və yeyinti sənayesinin inkişaf səviyyəsindən asılıdır. Qida 
sənayesi tərəvəz, meyvə, şəkər, ət, süd, tütün, çörək, pivə, alkoqollu və alkoqolsuz içkilər
qənnadı məmulatları istehsalı və s. kimi xammalın ilkin və təkrar emalını əhatə edir. Bu, müxtəlif, 
ekoloji cəhətdən təmiz qida fondunun yaradılması üçün strateji əhəmiyyətli sahədir. Sənayenin 
əhəmiyyəti nəzərə alınaraq, kənd təsərrüfatı məhsulları istehsalı müəssisələrinin və yeyinti 
sənayesi müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, müstəqilliyin ilk illərindən yeni 
mülkiyyət münasibətlərinin formalaşdırılması istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər 
həyata keçirilmişdir (Guliyev E.A., 2020:52 s). 
01.01.2021-ci il tarixində statistik məlumatlara əsasən, ərzaq məhsulları istehsalı üzrə 393, içki 
istehsalı üzrə 120, tütün məmulatları istehsalı üzrə 10 müəssisə fəaliyyət göstərmişdir. Bu 
müəssisələrin 44,5 faizini yeyinti məhsulları istehsalı üzrə orta və iri müəssisələr, 45,8 faizini içki 
istehsalı müəssisələri, 60 faizini isə tütün məmulatlarının istehsalı üzrə müəssisələrin orta və iri 
müəssisələri təşkil edib. Əgər 2014-cü ildə ərzaq məhsullarının istehsalı ilə məşğul olan 
müəssisələrin 95,3 faizini qeyri-dövlət müəssisələri təşkil edirdisə, 2021-ci ildə onların xüsusi 
çəkisi 98,2 faiz təşkil edib. 2014-cü ildə yeyinti sənayesinə əsas kapitala yönəldilmiş 
investisiyalar 2018-ci ildəki 92,6 milyon manatdan 196,6 milyon manata çatıb. İnvestisiyaların 
91,6%-ni (180,1 mln. manat) daxili investisiyalar təşkil edib (Abbasov İ.M., Aliyev T.N., 2018: 
60 s.). 
Bildiyimiz kimi qida sənayesinin əsas xammal təminedicisi kənd təsərrüfatıdır. İşğaldan azad 
olunan ərazilər Azərbaycan iqtisadiyyatında önəmli yer tutan iri kənd təsərrüfatı regionudur. 
Regionda əlverişli torpaq-iqlim şəraitinin olması ərazidə kənd təsərrüfatının bitkiçilik və 
heyvandarlıq sahələrinin inkişafına geniş imkanlar yaradır. 
Hazırda yerli taxılçılığın və üzümçülüyün faktiki inkişaf dinamikasını nəzərə alsaq, rayonun 
taxılçılıq və üzümçülükdə payının təxminən eyni olacağı gözlənilir. Bundan əlavə, Qubadlı, 
Zəngilan rayonlarında ənənəvi becərilən tütün, Ağdam və Füzuli rayonlarında pambıq, Cəbrayıl, 


120 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə