Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə133/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   129   130   131   132   133   134   135   136   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Ağdam, Zəngilan, Ağdərə və Füzuli rayonlarında üzümçülüyün bərpası nəzərdə tutulur 
(İbrahimov İ.H., 2021:52 s.). 
Sovet dövründə üzümçülük, meyvəçilik, tərəvəzçilik, taxılçılıq, pambıqçılıq və kənd təsərrüfatının 
digər sahələri uğurla inkişaf etdirilirdi. Qeyd edək ki, əgər emal sənayesinin digər sahələrində 
xammal bazası olarsa, üzümçülük, meyvə-tərəvəz konservlərini inkişaf etdirmək, istehsala 
başlamaq asan olacaq. Bölgələrdə yaradılan xüsusi parklarda kənd təsərrüfatı və yeyinti 
sənayesinin inkişafı ilə yanaşı, məhsulların saxlanması və qablaşdırılması üçün sahələr də 
yaradılacaq. Beləliklə, bitkilərin becərilməsi, onların emalı və hazır məhsulun əldə edilməsi daxil 
olmaqla, “tarladan piştaxtaya” prinsipi üzrə tam istehsal dövrü təmin ediləcək. Bu, nəqliyyat 
xərclərini 
azaldacaq 
və 
nəticədə 
məhsulun 
rentabelliyini 
artıracaqdır 
(https://oxu.az./economy/519675). 
Rayonda ənənəvi əkin sahələrinin bərpası ilə yanaşı, tərəvəz, kartof, yem və bostan bitkilərinin 
əkinini genişləndirmək üçün böyük imkanlar var. Yüksək əlavə dəyər yaratmaq, emal sənayesini 
xammalla təmin etmək və ixrac imkanları baxımından bu rayonlarda yetişdirilən meyvələrin 
məhsuldarlığının artırılmasına xüsusi diqqət yetiriləcəyi gözlənilir. 
Belə ki, Azərbaycanda işğaldan azad edilmiş rayonlarda bərpa işləri davam etməkdədir. Bu bərpa 
işləri həmçinin rayonların sosial-iqtisadi göstəricilərini artırmaq yönündə xüsusilə davam etdirilir. 
Təəssüflər olsun ki, Ermənistanın təcavüzü nəticəsində ərazidə fəaliyyət göstərən bir çox kənd 
təsərrüfatı müəssisələri, o cümlədən kolxoz, sovxoz, təsərrüfat birlikləri və aqrofirmalar öz 
fəaliyyətini dayandırıb (https://cyberleninka.ru/article/n/formation-of-the-food-industry-in-the-
liberated-territories-of-azerbaijan). 
Həmçinin işğaldan azad olunmuş ərazilərdə qida sənayesinin bərpası istiqamətində də mühüm 
addımlar atılmaqdadır. Müasir şəraitdə yeyinti sənayesinin iqtisadiyyatının dövlət tənzimlənməsi 
sistemi ardıcıl xarakter daşımalı, bu sahədə mövcud olan bərpa və yenidənqurma prosesindəki 
geriliyi aradan qaldırmaq üçün kifayət edən kompleks tədbirləri əks etdirməli və onun sürətli 
inkişafına zəmin yaratmalıdır. Hesab edirik ki, yeyinti sənayesinin dövlət tənzimlənməsinin daha 
da intensivləşməsi üçün aşağıdakı tədbirlər həyata keçirilməlidir (Rzayev V.R., 2015: 72 s.): 
1) qida sənayesində yeni texnologiyaların tətbiqinin stimullaşdırılması; 
2) işğaldan azad edilmiş ərazilərdə qida sənayesinin mütərəqqi strukturunun yaradılması və 
investisiyaların stimullaşdırılması; 
3) ərzaq istehsalının maliyyə resurslarına olan tələbatının ödənilməsi üçün şəraitin yaradılması; 
4) qida sənayesinin rəqabət qabiliyyətinin təmin edilməsi; 
5) ərazidə qida sənayesi infrastrukturlarının formalaşmasına köməklik göstərmək
6) qida sahəsində çalışan işçilərin ixtisasının artırılması və s.
İşğaldan azad edilmiş ərazilərdə yeyinti sənayesinin davamlı inkişafını təmin etmək üçün dövlətin 
iqtisadi tənzimləyicilərinin səmərəli fəaliyyəti baxımından bir sıra ərazilərə aid xüsusi hüquqi-
normativ aktların qəbul edilməsi məqsədəuyğun hesab edilə bilər. Belə ki, bu sahədə aşağıdakı 
tədbirlərin görülməsi mütləq hesab olunmalıdır (https://audit-journal.az/files/articles/107.pdf): 
1) qida sənayesinin dövlət tənzimlənməsi;

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə