Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə131/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   127   128   129   130   131   132   133   134   ...   540
PAHTEI-27.04.2023

Açar sözlər: 
kənd təsərrrüfatı, yeyinti sənayesi, dövlət proqramı, işğaldan azad olunmuş ərazilər, 
yenidənqurma 
Giriş 
İşğaldan azad edilmiş ərazilərimizə “Böyük Qayıdış”ın təmin edilməsi məqsədilə Azərbaycan 
dövləti tərəfindən kompleks tədbirlər planlarının hazırlanması ilə yanaşı, bu istiqamətdə artıq çox 
mühüm əməli tədbirlərə başlanılıb. Belə ki, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi, 
humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, habelə bu sahədə fəaliyyətin 
əlaqələndirilməsi üçün səlahiyyətli dövlət orqanlarının rəhbərlərindən ibarət Əlaqələndirmə 
Qərargahı yaradılmışdır (Azerbaycan Respublikasının ishgaldan azad edilmish erazilərinde 
meselelerin merkezleshdirilmish qaydada helli ile baglı Elaqelendirme Qerargahının yaradılması 
haqqında Azerbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Serencamı). 
Həmçinin işğaldan azad edilmiş ərazilərdə davamlı məskunlaşma üçün müasir və ləyaqətli 
yaşayışın təmin edilməsi, bütün sahələrdə tikinti, bərpa və abadlıq işlərinin aparılması, o 
cümlədən insanların təhlükəsiz yaşayışını, səmərəli fəaliyyətini və rifah halının daim 
yüksəldilməsini təmin etmək məqsədilə “Qarabağın Dirçəlişi Fondu” publik hüquqi şəxs yaradıldı 
(“Qarabag Dirchəlish Fondu” publik huquqi shexsin yaradılması haqqında Azerbaycan 
Respublikası Prezidentinin 2021-ci il 04 yanvar tarixli Fermanı). 
Bir sözlə, artıq işğaldan azad edilmiş ərazilərdə inzibati orqanların bərpası, nəqliyyat-energetika 
və kommunikasiya infrastrukturunun yaradılması istiqamətində zəruri işlər görülür. Bütün bu 
tədbirlər işğaldan azad edilmiş ərazilərdə məskunlaşma, bərpa və abadlıq işlərinin tam sürətlə 
aparılmasına imkan verəcək. İşğaldan azad edilmiş rayonlarda bərpaetmə işlərinin digər 
istiqamətini qida və emal sənayesi sahəsində aparılan tədbirlər təşkil edir. Belə ki, insanların 
işğaldan azad edilmiş ərazilərə qayıtması ilə kənd təsərrüfatı məhsullarının emalı üçün imkanlar 
yaranacağı gözlənilir.

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə