Of azerbaijan high technical educational institutions


) qida sənayesinin inkişafına dövlət dəstəyi



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə134/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   130   131   132   133   134   135   136   137   ...   540
PAHTEI-27.04.2023

 
2) qida sənayesinin inkişafına dövlət dəstəyi;
 
3) sənayedə maliyyə-kredit münasibətlərinin tənzimlənməsi;
 
4) ərzaq məhsulları istehsalçılarının maliyyə baxımından sağlamlaşdırılması; 
5) ərzaq məhsullarının və xammalın idxalının tənzimlənməsi; 
6) yeyinti sənayesi ilə iqtisadiyyatın digər sahələri arasında qiymət nisbətinin təmin edilməsi. 


121 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Dövlətlə müqavilə şərtlərini yerinə yetirən müəssisələrə ünvanlı dövlət yardımının göstərilməsi 
(məhsul istehsalının həcminin və çeşidinin artırılması, məhsul vahidinə düşən xərclərin 
azaldılması və s.) büdcə yardımının göstərilməsi əsasında həyata keçirilir. İlk növbədə onların 
maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlmiş aşağıdakı istiqamətlər nəzərdə tutulmuşdur: 
1) istehsalçılara öz gəlirlərini artırmaqda köməklik göstərmək; 
2) kənd təsərrüfatı və sənaye məhsulları arasında qiymət fərqinin aradan qaldırılması üçün zəruri 
tədbirlərin həyata keçirilməsi; 
3) işğaldan azad edilmiş ərazilərdə yeyinti sənayesi müəssisələrinin yaradılması, 
stimullaşdırılması, struktur dəyişiklikləri və prioritet sahələrdə dövlət yardımının göstərilməsi
4) maliyyə sağlamlaşdırılması üzrə zəruri tədbirlərin həyata keçirilməsi; 
5) qida sənayesi müəssisələrində sığorta sisteminin təkmilləşdirilməsi; 
6) bazar konyukturasında baş verən dəyişikliklərə uyğun olaraq sahənin səmərəli kreditləşmə 
mexanizminin formalaşdırılması; 
7) daxili ərzaq bazarının formalaşdırılması, infrastrukturun inkişafının
stimullaşdırılması; 
8) kredit mənbəyi kimi sahibkarların tədricən aktivləşdirilməsi. 
Bu çərçivədə həyata keçirilən layihələr qısa müddət ərzində ərazilər üçün sabit və inkişaf 
perspektivinə çevrilmiş, iqtisadi baxımdan mühüm rol oynamışdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci maddəsini rəhbər tutaraq 
işğaldan azad edilmiş ərazilərdə iqtisadiyyatın bərpasının sürətləndirilməsi və investisiya 
cəlbediciliyinin inkişafı, müasir və səmərəli istehsal, ticarət və xidmət infrastrukturunun 
yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal 
inkişaf və stimullaşdırma mexanizmləri biznes mühitini yaratmaq və yaxşılaşdırmaq üçün 
qərarları təmir edir (İbrahimov İ. H., 2021:52). 
Bu günə qədər KOBİA azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə məşğul olmaq istəyən 
sahibkarlardan çoxlu müraciətlər alıb. Bu təşviqlər əsasən qida sənayesində istehsal, turizm, 
tekstil, tikinti, tibb fəaliyyəti, eləcə də ictimai iaşə və kənd təsərrüfatı sahələrini əhatə edir. Məlum 
olub ki, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq istəyən şəxslər əsasən qida 
və 
ictimai 
iaşə 
müəssisələrinin 
yaradılmasına 
daha 
çox 
maraq 
göstərirlər 
(http://www.anl.az/down/meqale/525/2021/yanvar/732496.htm).
İşğaldan azad edilmiş ərazilərimiz təmiz və zəngin təbii sərvətlərə malik olması iqtisadi 
baxımdan yüksək potensialın əsas göstəricilərindən hesab edilir. Zəngəzur dağ silsiləsi ilə əhatə 
olunmuş və böyük bir ərazini əhatə edən Laçın və Kəlbəcər ərazisindən Naxçıvana qədər uzanan, 
Zəngəzur yaylasının şərq hissəsində yer alan region xüsusilə qida sənaye sektoru baxımından 
geniş potensiyala malikdir. Həmin regionda Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər 
rayonlarının bərpasını və sürətli inkişafını təmin etmək məqsədi ilə zəngin tarixi-mədəni irsə 
malik Qarabağ regionun, o cümlədən Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və 
Xankəndi şəhəri, həmçinin Qarabağ bölgəsinin Ağcabədi və Bərdə rayonları kimi iqtisadi 
rayonların yaradılması zəruri hala çevrilmişdir.
Məhz regionun zəngin potensiala malik olması səbəbindən regionla bağlı dövlət tərəfindən uyğun 
yerli sortları qorumaq, yüksək texnologiyalı laboratoriyanın yaradılması torpaq, su və bitki 
analizlərinin aparaılması kimi məqsədləri özündə əks etdirən regionla bağlı tədbirlər planı 
hazırlamışdır. Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə 
2019-cu ildə İqtisadi İslahatların Təhlili Mərkəzi tərəfindən qida sektoruna nəzarət edilməsi, 
qiymətləndirilməsi və təmin edilməsi üzrə Dövlət Proqramı qəbul edilmişdir. Bundan əlavə 


122 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   130   131   132   133   134   135   136   137   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə