Of azerbaijan high technical educational institutions


İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN SƏNAYE POTENSİALINA



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə142/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   138   139   140   141   142   143   144   145   ...   540
PAHTEI-27.04.2023

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRİN SƏNAYE POTENSİALINA 
DƏYMİŞ ZƏRƏRİN TƏHLİLİ VƏ SWOT ANALİZİ 
 
Asiman Quliyev
1
, Gülay Cəfərova
2
1,2“
İqtisadiyyat və texnoloji elmlər” kafedrası, 
1,2
Azərbaycan Dövlət İqtisad Universiteti 
1
Dosent, İqtisadiyyat üzrə fəlsəfə doktoru,
2
Magistr tələbəsi, gulayjafarova13@gmail.com 
XÜLASƏ 
Ermənistanın sərhəddə sabitliyi pozmaq üçün bütün uğursuz cəhdlərinə baxmayaraq, işğaldan 
azad edilmiş ərazilərin bərpası və onların iqtisadi potensialından istifadə etmək üçün 
Azərbaycanın başlatdığı işlər tam sürətlə davam edir. İki iqtisadi rayonda - Qarabağ və Şərqi 
Zəngəzurda minalar təmizləndikcə əsas infrastruktur yaradılır - enerji, qaz və su xətləri çəkilir
yollar çəkilir. İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşdırılması və dirçəldilməsi çox 
yaxın gələcəkdə Azərbaycanda iqtisadi artımın və sosial-iqtisadi inkişafın mühüm “təkan nöqtəsi” 
olacaqdır. Müxtəlif təbiət abidələrinə, heyranedici relyef quruluşuna və iqlim şərtlərinə, nadir 
bitki və heyvan növlərinə, geniş münbit torpaqlara və meşə sahələrinə, zəngin təbii ehtiyatlara və 


129 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
kifayət qədər su ehtiyatlarına (o cümlədən mineral sulara) malik bu ərazidə iqtisadiyyata ən 
müxtəlif sahələrinin inkişafı üçün potensial imkanlar mövcuddur. Hazırda işğaldan azad edilmiş 
ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri infrastrukturun yaradılması və 
əhalinin öz doğma yurd-yuvalarına qaytarılması istiqamətində genişmiqyaslı işlər həyata keçirilir. 
Bu regionlarda iqtisadiyyat dövlət-özəl sektor tərəfdaşlığı əsasında aşağıdakı altı əsas istiqamət 
üzrə inkişaf edəcək: 
- Mədən sənayesi; 
- Yüngül və qida sənayesi
- Kənd təsərrüfatı biznesi; 
- "Yaşıl Enerji"; 
- Nəqliyyat və anbar logistikası; 
- Turizm. 
Məqalə işğaldan azad edilmiş ərazilərin sənaye potensiyalının təhlili və qiymətləndirilməsinə həsr 
edilmişdir. Araşdırmada işğal nəticəsində regionun sənaye potensialına dəymiş zərər təhlil 
edilmiş, işğaldan azad edilmiş ərazilərin sənaye potensialının güclü və zəif tərəflərinin, mövcud 
imkan və təhlükələrin SWOT analizi aparılmışdır. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə