Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə150/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   146   147   148   149   150   151   152   153   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Sənaye Parkının yaradılmasına başlanılmışdır. Bu istiqamətdə siyasətin genişləndirilməsi və 
bölgənin digər ərazilərində də sənaye parklarının, sənaye məhəllələrinin və xüsusi sənaye 
zonalarının yaradılması işinin təşkili məqsədəuyğundur. Bu işlərin sürətləndirilməsi və dövlət-
biznes əməkdaşlığı şəraitində daha səmərəli təşkili üçün ərazidə olan şəhər və rayonların baş 
planlarının hazırlandığı indiki mərhələdə bütün şəhər və qəsəbələrin ərazilərində sənaye təyinatlı 
torpaqların müəyyən edilməsi zəruridir. Müəyyən edilmiş sənaye təyinatlı torpaqların ərazisində 
istehsal müəssisələrinin yaradılması üçün zəruri olan bütün xarici infrastrukturun qurulması da 
dövlət tərəfindən həyata keçirilir. Bu halda iş adamları və investorlar sənaye müəssisələrinin 
tikintisi üçün torpaq sahəsi tapmaq, onun xarici infrastrukturunu qurmaq, ekoloji və digər 
təhlükəsizlik işləri görmək kimi əlavə xərclərdən azad olur, vəsaitlərini bilavasitə istehsal 
müəssisələrinin qurulmasına yönəldə bilərlər. (http://www.anl.az/down/meqale/xalqqazeti 
/2020/dekabr/729567(meqale)) 
Qarabağda sənayenin inkişaf perspektivlərindən danışarkən texnoloji inkişaf (modern və 
perspektiv texnologiyaların cəlb edilməsi baxımından) və insan resurslarının keyfiyyəti (biznes-
sistemlərin qurulması və menecerlik bacarıqları, spesifik bilik və bacarıqlara malik 
mütəxəssislərin mövcudluğu baxımından) kimi amilləri diqqətdə saxlamaq xüsusilə vacibdir. 
Qiymətləndirməmiz sənayenin inkişafı perspektivləri baxımından bölgənin nisbətən zəif 
tərəflərinin hazırda məhz bu amillərlə bağlı olduğunu göstərir. Çünki bölgənin hazırda malik 
olduğu sənaye inkişaf amilləri ərazidə əsasən aşağı texnoloji istehsalların yaradılmasına imkan 
verir. Qarabağ ərazisində sənayenin inkişaf perspektivlərini isə daha çox orta və yüksək texnoloji 
istehsalların qurulmasına yönəldilməsi məqsədəuyğundur. Bu ərazidə sənayenin inkişafı müasir 
elmi-texniki nailiyyətlərə və yüksək texnologiyalara əsaslanmalı, IV Sənaye inqilabının çağırışları 
nəzərə alınmaqla həyata keçirilməlidir. Bunun üçün texnologiya şəhərlərinin - texnopolislərin 
yaradılması təcrübəsindən faydalanmaqla, bölgədə universitet-elm-sənaye əməkdaşlığı əsasında 
Qarabağ Texnologiya Vadisinin yaradılması çox əhəmiyyətli bir layihə ola bilər. Burada yüksək 
texnologiyaların tədrisinə əsaslanan universitet, kollec və peşə təhsilinin bilavasitə istehsal 
təcrübəsi ilə əlaqələndirilməsi, habelə yeniliklərin bilavasitə istehsala tətbiqi təmin edilə bilər. 
Əsasən ixracyönümlü məhsul və xidmətlərin istehsalım hədəfləyən belə bir texnologiya vadisi 
bütün dünyada ölkəmizin yeni tanıtım obrazı ola bilər. 
Belə bir layihənin reallaşdırılması prosesə texnologiya bölgələrinin layihələndirilməsi və 
qurulması üzrə təcrübəli mütəxəssislərin cəlb edilməsi, burada yaradılacaq təhsil müəssisələrinə 
dünyanın tanınmış universitetlərindən kadrların dəvət edilməsi, məhz sənaye istehsalı sahəsində 
təcrübəyə malik xarici iş adamlarının, investorların və mütəxəssislərin cəlb edilməsi, burada iş 
adamları və investorlar üçün xüsusi əlverişli şərtlərin yaradılması, habelə ərazinin idarə edilməsi 
üçün zəruri institutsional mühitin qurulması əsasında mümkün ola bilər. 
Nəticə 
Təhlildən göründüyü kimi, işğaldan azad edilmiş ərazilərin sənaye potensialının inkişafının güclü 
tərəfləri daha çoxdur. Beləliklə, əminliklə demək olar ki, regionda sənayenin canlanması və 
inkişafı üçün bütün imkanlar vardır. 
Cədvəl 3-də işğaldan azad edilmiş torpaqların sənaye potensialının SWOT təhlili verilmişdir. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə