Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə148/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   144   145   146   147   148   149   150   151   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Zəngəzurda minalar təmizləndikcə əsas infrastruktur yaradılır - enerji, qaz və su xətləri çəkilir, 
yollar çəkilir. 
İşğaldan azad edilmiş ərazilərin bərpası, məskunlaşdırılması və dirçəldilməsi çox yaxın gələcəkdə 
Azərbaycanda iqtisadi artımın və sosial-iqtisadi inkişafın mühüm “təkan nöqtəsi” olacaqdır. 
Müxtəlif təbiət abidələrinə, heyranedici relyef quruluşuna və iqlim şərtlərinə, nadir bitki və 
heyvan növlərinə, geniş münbit torpaqlara və meşə sahələrinə, zəngin təbii ehtiyatlara və kifayət 
qədər su ehtiyatlarına (o cümlədən mineral sulara) malik bu ərazidə iqtisadiyyata ən müxtəlif 
sahələrinin inkişafı üçün potensial imkanlar mövcuddur. 
Bu ərazilərin iqtisadi potensialının hərəkətə gətirilməsi ölkədə yüksək əlavə dəyər yaradan çox 
sayda yeni iş yerlərinin yaradılmasına, ölkə iqtisadiyyatının və ixracının şaxələndirilməsinə, 
qeyri-neft sektoru sahələrinin, xüsusilə qeyri-neft sənaye sahələrinin inkişafına mühüm töhfə verə 
bilər. Beynəlxalq təcrübədə adətən regionlarda sənaye inkişafı strategiyalarının iki tipi 
fərqləndirilir: 
• yerli resursların istifadəsinə əsaslanan sənaye inkişaf strategiyaları (industrial development 
strategy bu utilizing local resource (İSLR)) - bu strategiya yerli faydalı qazıntılar və digər təbii 
ehtiyatlar, kənd təsərrüfatı xammalı, meşə və su resursları, ənənəvi texnologiyalar və icma 
mədəniyyətləri, mövcud insan resursları və s. kimi yerli resurslar hesabına sənayenin inkişafını və 
əlavə dəyər yaradılmasını nəzərdə tutur; 
• xarici kapitalın cəlb edilməsinə əsaslanan sənaye inkişaf strategiyaları (industrial development 
strategy bu introdusing extemal Capital (ISEC) - bu strategiya torpaq, nəqliyyat-logistika sistemi, 
elektrik, qaz, su, rabitə və digər təməl (baza) infrastrukturunun qurulduğu və ekoloji tələblərə 
uyğunlaşdırılmış sənaye zonalarında istehsal müəssisələrinin yaradılmasım nəzərdə tutur. Bu 
strategiya zamanı ərazidə sənaye-istehsal klasterlərinin yaradılmasına xüsusilə üstünlük verilir 
(Mehdiyev A., 2022: s. 24). 
Əlbəttə ki, belə təsnifləşdirmə sənaye inkişafına yanaşmaları göstərmək üçündür. Əslində əksər 
ölkələrin təcrübəsində bu strategiyaların hər ikisi ya mərhələlərlə, ya da yanaşı tətbiq olunur. 
İşğaldan azad edilmiş ərazilərə yönəlik sənayeləşmə siyasətinin hədəfində yalnız mövcud yerli 
potensiala əsaslanan lokal əhəmiyyətli sənayenin qurulması deyil, müasir (hətta gələcək) dövrün 
çağırışları nəzərə alınmaqla davamlı və dayanıqlı inkişafı təmin edən innovasiya əsaslı və 
ixracyönümlü sənayeləşmə durmalıdır. Bunun üçün ərazidə müasir biliklərə və texnologiyalara 
əsaslanan yeni sənaye potensialının yaradılması hökumətin regiona yönəlik sənaye siyasətinin 
diqqət 
mərkəzində 
olmalıdır. 
(https://cyberleninka.ru/article/n/vosstanovlenie-ekonomiki-
karabaha-i-vostochnogo-zangezura-na-osnove-kotseptsiy-ustoychivogo-i-inklyuzivnogo-
razvitiya).
Məlum olduğu kimi, SSRİ dövründə bu rayonlarda yerli və gətirilmə xammal əsasında işləyən 
yerli və ölkə əhəmiyyətli bir sıra sənaye müəssisələri fəaliyyət göstərmişdir. Lakin ərazilərin 
işğalından sonra həmin sənaye müəssisələri tamamilə dağıdılmış, ərazilərin əksər "sənaye 
təcrübələri” artıq yox olmuşdur. İndi bu ərazilərdə sənayenin yaradılmasına, mövcud faydalı 
qazıntılar və təbii ehtiyatlar istisna olmaqla, demək olar sıfırdan başlanmalıdır. 
İlk növbədə bunu qeyd etməliyik ki, işğaldan azad edilmiş ərazilərin məskunlaşmaya hazırlığı 
istiqamətində istehsal və nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində həyata 
keçirilən işlər ərazidə sənayenin inkişafi üçün çox əhəmiyyətli zəmin formalaşdırmaqdadır. Belə 
ki, həm əhalinin, həm də müəssisə və təşkilatların, o cümlədən sənaye obyektlərinin gələcəkdə 
tələb olunan səviyyədə elektrik təchizatının təmin edilməsi üçün bütün ərazilərdə həm su elektrik 
stansiyalarının, həm elekrik yarımstansiyalarının, həm də alternativ yaxud bərpa edilən mənbələr 


135 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə