Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri



Yüklə 22,96 Kb.
səhifə1/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
  1   2   3   4   5   6   7   8   9   ...   18
neftli qazlı


Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri


Neft və qazın axtarış və kəşfiyyat işləri tematik tədqiqatlar (hər hansı mövzuya uyğun tədqiqatlar), istinad, parametrik, axtarış quyularının qazılması ilə həyata keçirilir. Hər bir axtarış mərhələ və yarımmərhələsinin məsələlərinin həlli müvafiq səmərəli üsullar kompleksi ilə yerinə yetirilir. Bütün növ faydalı qazıntılara axtarış-kəşfiyyat işlərinin aparılmasının əsasını geoloji xəritəalma təşkil edir. Geoloji xəritəalmaya struktur geoloji xəritəalma, struktur geomorfoloji tədqiqatlar və aerokosmik planalma işləri daxildir. Bu iş növləri axtarış işlərinin regional və axtarış etaplarında kiçik miqyaslı (1:1000000, 1:500000) xəritəalma işləri ilə başlayaraq, obyektlərin müəyyən edilib axtarış qazımasına hazırlanması mərhələlərində böyük Geotermik tədqiqatlar – karbohidrogenlərin miqrasiya şəraitini və onların faza halının sahə üzrə və şaquli zonallığını müəyyən etmək üçün aparılır. Bu tədqiqatlar axtarış-kəşfiyyat işlərinin bütün etap və mərhələlərində tətbiq oluna bilər. Regional geotermik tədqiqatlar tektonik rayonlaşdırmada tətbiq oluna bilər, çünki dərinlik istilik axınının sıxlığı bir çox hallarda ərazinin struktur planını əks etdirir. Geotermik məlumatlar artezian hövzələrinin, yeraltı suların, qidalanma və boşalma zonalarının rejimini və dinamikasını yaxşı səciyyələndirir. Axtarış mərhələsində yüksək geotermik anomaliyalar bir çox hallarda lokal qalxımlara yaxud qırılma zonalarına uyğun gəlir. Son zamanlar karbohidrogen yığımlarının dərinlik istilik axınının xüsusiyyətindən asılı olaraq birbaşa axtarış üsulunda işlənilir. Geotermik üsullar kəşfiyyat etap və mərhələsində və işlənmədə fərdi məsələlərin həllində tətbiq edilir.
miqyaslı (1:50000, 1:25000 və daha böyük) xəritəalma işləri ilə qurtarır. Lakin ayrı-ayrı litoloji-stratiqrafik komplekslər (LSK) və horizontlar üzrə struktur xəritəalma (struktur xəritə, qalınlıqlar xəitəsi, profil) axtarışın, kəşfiyyatın və işlənmənin bütün etap, mərhələ və yarımmərhələlərində davam edilir.

• Struktur geoloji xəritəalma – işləri ərazinin geoloji xəritəsinin qurulmasını, orada inkişaf etmiş süxurların stratiqrafiyasını, litologiyasını, tektonikasını öyrənmək və neft-qaz təzahürlərini müəyyən etmək üçün aparılır. Qarşıda qoyulan məsələlərdən asılı olaraq struktur geoloji xəritəalma müxtəlif miqyaslarda aparıla bilər. 1:1000000 və 1:500000 miqyasında aparılan və tanışlıq (rekoqnostirləmə) marşrut axtarışları ilə müşayiət edilən Dövlət geoloji planalması zəif öyrənilmiş ərazilərdə həyata keçirilir. Məqsəd ərazinin geoloji quruluşunun ümümi xüsusiyyətlərini öyrənmək və istənilən növ faydalı qazıntının axtarış-kəşfiyyatının növbəti yarımmərhələsini həyata keçirməkdir. Bu işlər geoloji planalmanı ələlxüsus çətin keçilən və mürəkkəb quruluşlu rayonlarda tezləşdirməyə imkan verir. Rayonların 1:50000 – 1:10000 miqyaslarında mükəmməl öyrənilməsi qey edilən iri və mükəmmləl miqyaslı xəritəalma işləri xüsusi axtarış ilə müşayiət edilərək aparılır. Gəlmə torpağın qalınlığı 5-20 m olduğu sahələrdə onun altından keçən geoloji sərhədləri izləmək üçün struktur xəritəalma qazması və çöl geofiziki işləri həyata keçirilir.

• Geomorfoloji tədqiqat üsullarının aparılması açıqlıq dərəcəsi zəif olan rayonlarda daha məqsədəuyğundur. Bu tədqiqatlar ona əsaslanır ki əksər hallarda hazırda inkişaf edən iri struktur elementlər və lokal strukturlar formalarına görə Yer səthi relyefdə əks olunurlar və bu xüsusiyyətlərinə görə də Yerin relyefini öyrənməklə həmin strukturlar haqda müəyyən geoloji məlumat əldə etmək olur.

• Geofiziki tədqiqat üsulları – neft və qaz axtarış və kəşfiyyatının bütün etap və mərhələlərində aparılır. Onların ümumi məqsədi ərazilərdə struktur tektonik elementlərin quruluşunun müəyyən edilməsi və dəqiqləşdirilməsidir. Qarşıda qoyulan məsələlərdən və regionun geoloji xüsusiyyətlərindən asılı olaraq geofiziki üsulların səmərəli kompleksi təyin edilir. Axtarış-kəşfiyyat işlərinin regional və axtarış etaplarında aeromaqnit və qravimetrik planalma, elektrik kəşfiyyatın tellurik cərəyan kəşfiyyatı üsullarından TC, TPÜ (tellurik profilləmə üsulu), TZÜ (tellurik zondlama üsulu), ŞEZÜ (şaquli elektrik zondlama üsulu) və seysmik kəşfiyyatda DSZÜ (dərinlik seysmik zondlama üsulu), SDKÜ (seysmik dalğaların korrelyasiyası üsulu) istifadə olunur. Bu zaman regional geofiziki profillər mütləq istinad və prametrik quyuların kəsilişinə bağlanır. Axtarış etapının obyektlərin müəyyən edilməsi və axrtarış qazımasına hazırlanması mərhələsində, eləcə də, ƏODÜ (əks olunan dalğa üsulu), ÜDNÜ (ümumi dərinlik nöqtəsi üsulu), TCQÜ (tənzimlənən cəhətlənmiş qəbul üsulu) üsullardan istifadə edilir. Obyektlərin müəyyən edilməsi və axtarış qazımasına hazırlanması zamanı TC, ŞEZ üsulları ilə yanaşı dəyişən elektromaqnit sahələrin dəyişməsinə əsaslanan eləcə də, 3D, 4D və s. üsullardan istifadə edilir.

Hazırkı dövrdə neft və qaz yatqlarının axtarışında birbaşa geofiziki axtarış üsullarından da istifadə edilir. Sonuncular seysmik kəşfiyyat, yüksək dəqiq elektrik kəşfiyyat fərdi yataqlarda geofiziki anomaliyaların müəyyən edilməsinə əsaslanır. Geofizikanın müasir inkişaf səviyyəsi imkan verir ki onun üsullarından kəşfiyyat mərhələsində, obyektlərin işlənilməyə hazırlanmasında, hətta neft və qaz yataqlarının işlənilməsi zamanı da istifadə edilsin. Sahədə və quyuda aparılan mükəmməl seysmik kəşfiyyat işləri yatağın struktur xüsusiyyətlərini dəqiqləşdirməyə, məhsuldar qatın həndəsəsini aydınlaşdırmağa, onun litoloji tərkibini və dəyişkənliyini proqnozlaşdırmağa, elektrik kəşfiyyatı ilə birgə artıq aşkar edilmiş fərdi yataqların su-neft və su-qaz kontaktlarını izləməyə imkan verir.

• Geokimyəvi tədqiqat üsulları – Yer qabığında miqrasiya edən karohidrogenlərin birbaşa müəyyən edilməsinə, eləcə də süxurların xüsusiyyətlərinin, yeraltı suların dəyişməsinə və karbohidrogenlərin təsiri altında yaranan mühitin öyrənilməsinə əsaslanır. Karbohidrogenlərin miqrasiyası hesabına neft və qaz yataqları üzərində Yer səthində geokimyəvi anomaliyalar yaradan lokal geokimyəvi sahələr əmələ gəlir. Ən etibarlı geokimyəvi əlamətlərə karbohidrogen qazları malikdir. Torpaqda, süxurda və yeraltı sularda neft və qazın yüngül fraksiyalarının fon qiymətlərindən yüksək qatılıqda olduğu hallarda o, geokimyəvi anomaliya hesab olunur. Hazırkı dövrdə geokimyəvi üsullar aşağıdakı qruplara bölünür:

1. Yerüstü sahə üsulları: qaz, bitum, qaz bakterioloji, qaz kern planalması;

2. Dərinlik üsulları: qaz və bitum karotajı və s. Bunlar istinad, parametrik, struktur, axtarış və kəşfiyyat quyularının qazılması zamanı həyata keçirilir.




Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə