Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri



Yüklə 22,96 Kb.
səhifə4/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   2   3   4   5   6   7   8   9   ...   18
neftli qazlı

Parametrik quyular – neft-qaz axtarışının regional və axtarış mərhələlərində obyektlərin müəyyən edilib axtarış qazımasına hazırlanması məqsədi ilə qazılır. Parametrik quyuların qazılmasında məqsəd kəsilişin əvvəllər (istinad quyusu ilə) öyrənilməmiş hissələrinin yaxud neft-qazlılıq cəhətdən perspektivli hissələrin, kollektorların, qeyri-keçiricilərin öyrənilməsidir. Parametrik qazıma vasitəsilə həmçinin, stratiqrafik komplekslərin qarşılıqlı münasibəti, kəsilişin geofiziki parametrləri, onun hidrogeoloji, hidrogeokimyəvi parametrləri və termobarik xüsusiyyətləri eləcə də, neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi kimi məsələlər öyrənilir. Parametrik quyular ərazinin struktur cəhətdən əlverişli şəraitdə dərinliyə kristallik bünövrəyə qədər və istinad qazıması zamanı kern çıxarıla bilən dərinlik intervallarından maksimum kern çıxarmaq şərtilə layihələndirilir. İstinad qazımasında olduğu kimi parametrik qazıma zamanı da mədən geofiziki tədqiqatlar, o cümlədən, seysmo-karotaj, geokimyəvi tədqiqat üsulları aparılır. Neft, qaz, su nümunələri götürülür. Qazıma zamanı perspektivli layların nümunə götürənlə yaxud lay sınayanla sınanması da nəzərdə tutulur.



  • Yüklə 22,96 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə