Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri


Kiçik amplitudlu antiklinal tələlərdə axtarış quyularının yerləşdirilməsi



Yüklə 22,96 Kb.
səhifə18/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   ...   10   11   12   13   14   15   16   17   18
neftli qazlı

Kiçik amplitudlu antiklinal tələlərdə axtarış quyularının yerləşdirilməsi – Bu qrupa quruluş elementləri aydın olmayan qalxımların neft və qaz tələləri aiddir

c) Kiçik amplitudlu (10-20 m) konturları aydın olmayan bu növ antliklinal qırışıqlar seysmik üsullarla aşkar olunur. Çox zaman bu qalxımlar çox günbəzli strukturlar olub böyük sahələri əhatə edir və bəzi köhnə neft-qaz yataqlarında əsas neft-qaz axtarışı obyekti kimi iştirak edir. Bu qrupa həmçinin mürəkkəb geoloji-geofiziki şəraitdə axtarış qazmasında istifadə olunur.

ç) Regional məhsuldar horizontların sübut olunan rayonlarda axtarış qazmasına tam hazırlanmış antiklinal strukturla tələlərin dolma əmsallarının yüksək qiymətində (təxminən 1-ə yaxın) strukturun tağına eyni zamanda 3 quyunun qazılması məqsədə uygundur. Ensiz, xətti uzanmış qırışıqlarda axtarış qazması ya uzununa profil xətti üzrə 2-3 ya da diaqonal profil üzrə 3 quyu vasitəsilə həyata keçirilə bilər.

d) Günbəzvari qırışıqlarda axtarış qazıması radial profil хятt üzrə 3 quyu vasitəsilə aparıla bilər. Bu halda I quyu qırışığın tağına, digərləri isə 3 şüa sistemi ilə 2 profil üzrə yerləşirlər. Fərdi yatağın eyni dərəcədə şüalanmasını təyin etmək və su-neft konturunu müəyyənləşdirmək məqsədilə bu quyular mümkün hipsometrik qiymətlərlə axtarış qazımasının addımı nəzərə almaqla yerləşdirilir.

e) Çox günbəzli strukturlarda axtarış işləri qabaqlayıcı quyular vasitəsilə elə sahələrdə qazılır ki, bu tələlərdə neftlə doyma dərəcəsi müəyyən olunur. Belə sahələr qalxımlarda olan günbəzlər arası zonalardır. Burada I quyu ən yüksək günbəzə, digərləri isə günbəz və tələlərin maksimal neftlə dolma zonasına qazılır.



f) Tektonik quyularla mürəkkəbləşmiş ərazilərdə axtarış quyularının qazılması
Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə