Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri


Strukturların uzun oxu boyu axtarış quyularının qazılması



Yüklə 22,96 Kb.
səhifə15/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   ...   10   11   12   13   14   15   16   17   18
neftli qazlı

Strukturların uzun oxu boyu axtarış quyularının qazılması – XX əsrin 60-cı illərində Şərqi Türkmənistanda uzun antiklnal qırışıqlarda axtarış quyularının qazılması zamanı strukturların uzanma xəttinə perpendikulyar profil xətti üzrə axtarış quyularının yerlışdirilməsinin qeyri-effektiv olduğu nəticəsinə gəlmişdilər. Belə ki, bu halda qırışığın uzununa oxu boyu layların uzanması tam əks olunmur. Yəni uzununa bu növ strukturlarda tağ hissədə layların laylanma dərəcəsi geofiziki üsullarla da kifayət qədər əks olunmur. Bu halda birinci 3 quyudan ibarət profil xətti qırışığın tağ hissəsinə, onun kiçik oxu boyu yerləşdirilir. Həqiqətdə isə bəzi qırışıqlarda bu xətt qırışığın periklinal hissəsinə düşür. Belə hal Qaqarin strukturunda rast gəlinmişdir. Bundan əlavə dar strukturlarda bu növ axtarış quyuları vasitəsilə qırışığın qanadlarına və fərdi yatağın konturlarını açmaq bəzən mümkün olmur. Bu halda bəzi tədqiqatçılar qırışığın uzanma xətti boyu profil xətti üzərində axtarış quyularının yerləşdirilməsini təklif etmişdilər. Qırışığın uzun oxu boyu profil xəttinin yerləşdirilməsi və axtarış quyularının salınması neftlə dolmuş layların və su neft kontaktlı fərdi yataqların, çoxlaylı yataqların və mürəkkəb quruluşlu, yəni, uzununa və eninə qırılmalarla mürəkkəbləşmiş yataqların axtarışında istifadə olunur.

10. 


Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə