Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri



Yüklə 22,96 Kb.
səhifə2/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   2   3   4   5   6   7   8   9   ...   18
neftli qazlı

Yerüstü geokimyəvi üsullar əsasən regional və axtarış etap və mərhələlərində həyata keçirilir, onların tətbiqi geoloji, geofiziki üsullarla birlikdə daha səmərəli olur. Dərinlik geokimyəvi üsullar axtarış-kəşfiyyat işlərinin bütün mərhələlərində tətbiq edilir. Qaz, bitum karotajı şlamın, kernin quyu qazıldığı zaman geokimyəvi tədqiqatları region üzrə neft-qazlılığın kəmiyyətcə proqnozlaşdırılması üçün istifadə edilir. Qaz karotajı nəinki istinad, parametrik, eləcə də, axtarış qazımasında məhsuldar lay və horizontları ayırmaq üçün istifadə edilir. Kəşfiyyat mərhələsində ehtiyatın hesablanması və fərdi yatağın işlənməsinin texnoloji sxeminin tərtibi üçün geokimyəvi üsullarla karbohidrogenlərin fiziki-kimyəvi xüsusiyyətlərini təyin edirlər.

• Hidrogeoloji və hidrokimyəvi tədqiqat üsulları – Yeraltı suların, onlarda həll olmuş qazların tərkibinin, regional və lokal hidrodinamiki sistemlərin öyrənilməsinə əsaslanır. Regional və qismən axtarış etap və mərhələlərində hidrogeoloji planalma, istinad, parametrik və axtarış quyularında isə hidrogeoloji tədqiqatlar aparılır. Bu tədqiqatlar quyuağzı və quyudibində təzyiqlərin statik və dinamik səviyyələrinin, temperaturun ölçülməsi və sonrakı laboratoriya analizi üçün dərinlik süxur nümunələrinin götürülməsi ilə aparılır.

• Geotermik tədqiqatlar – karbohidrogenlərin miqrasiya şəraitini və onların faza halının sahə üzrə və şaquli zonallığını müəyyən etmək üçün aparılır. Bu tədqiqatlar axtarış-kəşfiyyat işlərinin bütün etap və mərhələlərində tətbiq oluna bilər. Regional geotermik tədqiqatlar tektonik rayonlaşdırmada tətbiq oluna bilər, çünki dərinlik istilik axınının sıxlığı bir çox hallarda ərazinin struktur planını əks etdirir. Geotermik məlumatlar artezian hövzələrinin, yeraltı suların, qidalanma və boşalma zonalarının rejimini və dinamikasını yaxşı səciyyələndirir. Axtarış mərhələsində yüksək geotermik anomaliyalar bir çox hallarda lokal qalxımlara yaxud qırılma zonalarına uyğun gəlir. Son zamanlar karbohidrogen yığımlarının dərinlik istilik axınının xüsusiyyətindən asılı olaraq birbaşa axtarış üsulunda işlənilir. Geotermik üsullar kəşfiyyat etap və mərhələsində və işlənmədə fərdi məsələlərin həllində tətbiq edilir.


Yüklə 22,96 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə