Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri


Axtarış-kəşfiyyat işlərində tətbiq edilən qazıma quyularının növləri



Yüklə 22,96 Kb.
səhifə3/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   2   3   4   5   6   7   8   9   ...   18
neftli qazlı

Axtarış-kəşfiyyat işlərində tətbiq edilən qazıma quyularının növləri

Neft və qazın axtarış və kəşfiyyatının bütün mərhələlərini qazıma işləri müşayiət edir. Regional və axtarış mərhələlərində istinad, parametrik, struktur və axtarış quyuları; kəşfiyyat mərhələsində isə kəşfiyyat və qabaqlayıcı istismar quyuları qazılır. Quyuların hər bir kateqoriyası axtarış-kəşfiyyat işlərinin mərhələ və yarımmərhələsindən asılı olaraq müəyyən məsələləri həll edir.





  • İstinad quyuları – regional mərhələdə zəif yaxud heç tədqiq olunmamış ərazilərdə mümkün olan maksimum dərinliyə qədər qazılır. Kəsilişin litoloji-stratiqrafik xüsusiyyətlərinin öyrənilməsi, neft-qaz törədən layların, perspektiv neftli-qazlı komplekslərin, kollektorların, qeyri-keçiricilərin müəyyən edilməsi, geofiziki və termobarik parametrlərin öyrənilməsi, kəsilişin hidrogeoloji və geokimyəvi xüsusiyyətlərinin tədqiqi və neft-qazlılıq perspektivliyinin qiymətləndirilməsi kimi məsələlərin həlli üçün qazılır. İstinad quyular ərazidə kəsilişin (çökmə qatın kəsilişinin) daha tam olan sahələrində kristallik bünövrəyə yaxud texniki imkan olan dərinliyə qədər tam kəsiliş boyu kern çıxartma şərti ilə layihələndirilir.



  • Yüklə 22,96 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə