Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri



Yüklə 22,96 Kb.
səhifə7/18
tarix31.12.2021
ölçüsü22,96 Kb.
#81548
1   2   3   4   5   6   7   8   9   10   ...   18
neftli qazlı

Kəşfiyyat quyuları – kəşfiyyatın qazılır. Neft-qaz yığımının sərhəddini təyin etmək, kəşfiyyat obyektini və mərtəbəsini seçək, süzülmə parametrlərini, qaz, kondensat, neftçıxarma əmsalını, ehtiyatların hesablama parametrlərini təyin etmək, yatağın sənaye-sınaq istismarı və yataq yaxud fərdi yatağın işlənməyə hazırlanması üçün qazılır.


  • Qabaqlayıcı istismar quyuları – kəşfiyyat mərhələlərində qazılır. Bu quyuların qazılmasında məqsəd kəşf olunan fərdi yataqların sənaye-sınaq istismarı və işlənmədə olan obyektlərin kəşfiyyatının başa çatdırılmasıdır. Onlar eləcə də, böyük fərdi yataqların işlənməyə hazırlanması məqsədilə kəsilişin üst hissəsində nəzərdən qaçmış fərdi yataqların sənaye mahiyyətini müəyyən etmək, bazis horizontundan altda ona yaxın yerləşən çöküntülər kompleksini açmaq üçün də qazılır.


    Yeni neft ehtiyatlarının hazırlanmasında işlənməkdə olan yataqlarda kəşfiyyatın başa çatdırılması mühüm əhəmiyyət kəsb edir. Kəşfiyyatın başa çatdırılması dedikdə əsasən işlənmə zamanı nəzərdən qaçmış neft laylarının müəyyən edilməsi nəzərdə tutulur. Bu məsələnin həllində laysınama cihazının tətbiqi, süxur nümunələrinin tədqiqi, qazılmış quyu kəsilişlərinin radiometrik, akustik və b. üsullarla öyrənilməsi müsbət nəticələr verir. Platformalarda çökmə qatın qazıma ilə işıqlandırılmamış aşağı hissəsi, kristallik bünövrənin səthinə qədər ( o da daxil olmaq şərti ilə) yeni neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı üçün maraq təşkil edir.

    Yüklə 22,96 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   10   ...   18




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
    rəhbərliyinə müraciət

        Ana səhifə