Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə147/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   143   144   145   146   147   148   149   150   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Təxminən otuz il ərzində Ermənistanın işğalı altında olan Azərbaycan ərazilərindən qeyri-qanuni 
fəaliyyət üçün fəal şəkildə istifadə olunurdu. 
Burada boz biznesi həm dövlət qurumları ilə əlaqəli erməni şirkətləri, həm də çoxlu sayda iri 
beynəlxalq şirkətlər aparırdı.Onlar üçün əsas fəaliyyət mədənçilik, telekommunikasiya və maliyyə 
sektorları olmuşdur. (https://story.karabakh.center/ru/nezakonnaya-ekonomicheskaya-deyatelnost-
v-karabakhe).
 
2016-cı ildə Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatların iştirakı ilə Ermənistan 
tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına həsr olunmuş 
“Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər” adlı tam 
miqyaslı hesabat dərc edib. Hesabatda o dövrdə Qarabağda iqtisadi fəaliyyətlə məşğul olan 
beynəlxalq şirkətlərin tam siyahısı verilmişdir. 
Bu sənəddə təqdim olunan kosmik təsvirlər aydın şəkildə göstərir ki, Qarabağın dağlıq hissəsinin 
ərazisində deyil, ona bitişik, heç vaxt erməni əhalisinin yaşamadığı ərazilərdə də qanunsuz 
fəaliyyətlər həyata keçirilib. 
Bu kontekstdə Ermənistanın “Vallex Group” konqlomeratının törəmə şirkəti olan “Base Metals”in 
fəaliyyəti diqqət çəkir. Lixtenşteyndə qeydiyyatdan keçmiş “Base Metals” şirkəti 2002-ci ildən 
Kəlbəcərin Heyvəli kəndi yaxınlığındakı Qızılbulaq qızıl və mis yataqlarını qanunsuz istismar 
edirdi. 10 illik istismar müddətində mədən demək olar ki, tamamilə tükənib. 
Erməni işğal rejimi tərəfindən istismar edilən ən böyük qızıl yatağı sərhəd zonasında – əsasən 
Azərbaycanın əvvəllər işğal olunmuş Kəlbəcər rayonu ərazisində və qismən Ermənistanın 
Vardenis rayonu ərazisində yerləşən Soyudlu (adın erməni versiyası – Sotk) yatağı idi.Bu yataq 
2007-ci ildən Rusiyanın GPM Gold şirkəti tərəfindən Ermənistanın ən böyük özəl 
investorlarından biri olan GeoProMining
mədən şirkətinin tərkibində istismar edilirdi. 
Hazırda işğal illərində Ermənistanın vurduğu ziyan hesablanır və layihənin “Yol xəritəsi” artıq 
tərtib edilib.
 
Sovet dövründə Dağlıq Qarabağ Qarabağın düzənlik hissəsi və Azərbaycanın digər iqtisadi 
rayonları ilə sıx iqtisadi əlaqədə inkişaf edirdi. Bütün istiqamətlərə uzanan yollar iki ərazini 
iqtisadi baxımdan sıx birləşdirirdi. Dağlıq Qarabağın ermənilər tərəfindən işğalı və onun 
Azərbaycanın digər rayonlarından ayrılması regionun əhalisi və iqtisadiyyatı üçün çox ciddi 
problemlər yaratmışdır. Uzun illər Dağlıq Qarabağ ərazisində yerləşən müəssisələrin böyük 
əksəriyyəti Azərbaycanın rayonlarından gətirilən yanacaq, xammal və materiallar əsasında 
fəaliyyət göstərmiş, bir çoxları Bakıda iri müəssisələrin filialı kimi fəaliyyət göstərmişdir. 
1985-ci ildə Xankəndindəki İpək Kombinatına verilən barama xammalının yalnız 8 faizi Dağlıq 
Qarabağda, qalan 92 faizi isə Azərbaycanın digər rayonlarından gətirilirdi. 1986-cı ildə Dağlıq 
Qarabağ bölgəsinin iqtisadi əlaqələrinin cəmi 0,3%-i, idxalın isə 1,4%-i Ermənistan SSR-in 
payına düşdüyü halda, keçmiş rayonda istehsal olunmuş məhsulların 33,3%-i Azərbaycanın qalan 
hissəsinə satılırdı. 
İlkin araşdırma göstərir ki, su ehtiyatları, elektrik enerjisi, rekreasiya sənayesinin inkişaf 
imkanları və zəngin faydalı qazıntı yataqları işğaldan azad edilmiş ərazilərin sənaye potensialının 
əsasını təşkil edir. 
Ermənistanın sərhəddə sabitliyi pozmaq üçün bütün uğursuz cəhdlərinə baxmayaraq, işğaldan 
azad edilmiş ərazilərin bərpası və onların iqtisadi potensialından istifadə etmək üçün 
Azərbaycanın başlatdığı işlər tam sürətlə davam edir. İki iqtisadi rayonda - Qarabağ və Şərqi 


134 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə