Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə143/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   139   140   141   142   143   144   145   146   ...   540
PAHTEI-27.04.2023

Açar sözlər: 
sənaye potensialı, dəymiş ziyan, faydalı qazıntılar, sənayeləşmə siyasəti. 
Giriş 
Sənaye potensialı hər bir dövlətin inkişafının əsasını təşkil edir, ölkənin iqtisadi qüdrətinin əsas 
tərkib hissəsidir, onun çiçəklənməsinin rəhnidir. Sənayenin inkişafı ölkəmizdə həyata keçirilən 
sosial-iqtisadi siyasətin prioritet istiqamətidir. Ölkədə həyata keçirilən siyasətin əsas 
prioritetlərindən biri iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması və sənayenin inkişafı 
vasitəsilə strukturunun təkmilləşdirilməsidir. 
Qarabağın Azərbaycan Respublikasının ərazisi olmasına baxmayaraq, Dağlıq Qarabağ və ona 
bitişik 7 inzibati rayonun (Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Ağdam (rayon mərkəzi 
və ərazinin böyük hissəsi), Füzuli (rayon mərkəzi və ərazinin böyük hissəsi) 1989-1993-cü illərdə 
Ermənistan tərəfindən işğal edilmişdir. Nəticədə tarix və mədəniyyət abidələri, regionun 
infrastrukturu tamamilə dağıdılıb. 880-ə yaxın yaşayış məntəqəsi, 695 xəstəxana, 150 min bina və 
mənzil, 927 kitabxana, teatrlar, 67 məscid, saraylar, məbədlər, türbələr və s. dağıdılıb və ya 
yandırılıb. Regionun nəqliyyat infrastrukturu tamamilə dağılıb: yüzlərlə körpü (160), 2670 
kilometr yol, 693 məktəb və 855 uşaq bağçası yararsız vəziyyətə düşüb. Yüzlərlə kilometr 
uzunluğunda olan suvarma sistemi tamamilə dağılıb. Ermənistan Respublikasının hərbi təcavüzü 
nəticəsində minlərlə Azərbaycan vətəndaşı əsir və girov götürülüb, itkin düşüb. 
 
Məqsəd 
Məqalənin məqsədi işğaldan azad olmuş ərazilərdə sənaye potensialının vəziyyətini 
qiymətləndirmək, dəymiş zərərin səviyyəsini təhlil etmək və SWOT analizi aparmaqdır.
Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin edilməsi, zəruri 
infrastrukturun yaradılması və əhalinin öz doğma torpaqlarına qaytarılması istiqamətində 
genişmiqyaslı işlər həyata keçirilir. Bir tərəfdən yeni infrastruktur layihələrinin həyata keçirilməsi 
üçün etibarlı əsaslar qoyulur, digər tərəfdən isə beynəlxalq standartlar əsasında hazırlanmış 
müasir layihələr istifadəyə verilir. Mövzunun işlənməsini aktual edən səbəb bununla bağlıdır. 


130 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə