Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə149/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   145   146   147   148   149   150   151   152   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
üzrə elektrik stansiyalarının qurulması işləri sürətlə davam edir. Ərazilərdə bütün rayonları bir-
biri ilə və ölkənin digər əraziləri ilə bağlayan müasir beynəlxalq standartlara uyğun avtomobil və 
dəmir yolları çəkilməkdədir. İran ərazisindən keçməklə Azərbaycan Naxçıvan Muxtar 
Respublikası ilə birləşdirəcək avtomobil və dəmir yolunun çəkilməsi, habelə Zəngəzur dəhlizinin 
açılması ölkəmizin həm daxili, həm də beynəlxalq nəqliyyat-logistika imkanlarını 
genişləndirəcəkdir. Ərazidə üç beynəlxalq hava limanının tikilməsini də nəzərə alsaq, onda 
bölgənin necə bir şaxələnmiş beynəlxalq logistika şəbəkəsinə malik olacağım daha aydın təsəvvür 
etmək olar. 
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının malik olduqları təbii amillər - təbii ehtiyatları və 
təbii-iqlim şərtləri - burada müxtəlif sənaye istehsallarının yaradılmasına zəmin yaradır 
(Mehdiyev A., 2022: s. 24). 
Belə ki, rəsmi məlumatlara əsasən işğaldan azad edilmiş ərazilərdə müxtəlif təyinatlı 167 sayda 
faydalı qazıntı yataqları (o cümlədən, beş qızıl, üç mis və digər əlvan metallar, altı civə, tikinti 
materiallar s.) vardır. Ərazilərin bərpası, sosial infrastrukturun qurulması və əhalinin 
məskunlaşdırılması prosesində yerli ehtiyatların geniş və səmərəli istifadəsinə nail olmaq üçün 
regionda çox sayda kiçik və orta ölçülü tikinti materialları istehsalı müəssisələrinin yaradılması bu 
iqtisadi rayonlarda ciddi sənaye potensialının formalaşmasına imkan verə bilər. Əlverişli torpaq 
və təbii-iqlim şərtlərinə malik bu iqtisadi rayonlarda həm çox geniş çeşiddə bitkiçiliyin, həm də 
heyvandarlığın inkişafı imkanları vardır. Bu da ərazidə kənd təsərrüfatı xammalının (ərzaq 
təyinatlı bitki və meyvələrin, texniki bitkilərin, yemçilik bitkilərinin, heyvandarlıq məhsullarının 
və s.) emalına əsaslanan qida məhsulları və içki istehsalı, toxuculuq sənayesi, ayaqqabı istehsalı, 
ərazinin zəngin florasına əsaslanan əczaçılıq məhsulları istehsalı və digər sənaye sahələrinin 
inkişafı üçün mühüm zəmin kimi çıxış edir. Bu zaman dəyər yaradılması zənciri üzrə əlaqəli 
istehsallarla bağlı klasterlərin yaradılması sənayenin inkişaf strategiyasının əsas istiqamətlərindən 
biri ola bilər. 
Son illər ölkənin regionlarında sahibkarlığın və istehsal sahələrinin inkişaf etdirilməsinə yönəlik 
Azərbaycan hökumətinin ardıcıl olaraq həyata keçirdiyi iqtisadi siyasəti və dövlət dəstək 
tədbirlərini Qarabağda sənayenin inkişafının mühüm amillərindən biri kimi vurğulamaq olar. Bu 
baxımdan regionların investisiya reytinqinin aparılması, investisiya təşviqi sənədi əsasında 
investorlara vergi güzəştlərinin və digər preferensiyaların təqdim edilməsi, qeyri- neft ixracının 
stimullaşdınlması və s. kimi tədbirlərin əhəmiyyəti çox böyükdür. Bunlarla yanaşı, Azərbaycan 
Respublikası Prezidentinin “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi 
ilə bağlı bəzi tədbirlər haqqında” 10 dekabr 2021-ci il tarixli Sərəncamında hökumətə 
tapşırılmışdır ki, "işğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və 
investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət 
infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının 
reallaşdırılması, stimullaşdırıcı mexanizmlərin hazırlanması və sahibkarlıq mühitinin 
yaxşılaşdırılması” üçün əlverişli şərait yaradılması məqsədilə əlavə güzəşt və dəstək 
mexanizmlərini hazırlayıb təqdim edilsin (“İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın 
sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı, Bakı şəhəri, 10 dekabr 2021-ci il № 3037). 
1. Ölkədə sənayenin inkişafına yönəlik dövlət siyasətinin reallaşdınlmasında geniş tətbiq olunan 
mühüm mexanizmlərdən biri sənaye və texnologiya parklarının, habelə sənaye məhəllələrinin 
yaradılması təcrübəsidir. Artıq Ağdam şəhərinin yaxınlığında 190 ha ərazidə Ağdam Sənaye 
Parkının, Cəbrayıl rayonu ərazisində isə 200 hektarlıq sahədə “Araz Vadisi İqtisadi Zonası” 


136 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə