Of azerbaijan high technical educational institutions



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə157/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   153   154   155   156   157   158   159   160   ...   540
PAHTEI-27.04.2023

 
Məqsəd 
Məqalənin yazılmasında əsas məqsəd Avrоpa Yenidənqurmа İnkişаf Bаnkı, Asiya İnkişaf Bankı 
və İslam İnkişaf Bankının inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına təsiri məsələsini təhlil 
etməkdir. 


142 
PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Problemin aktuallığı və əlaqəli tədqiqatlar 
Bu gün Avrоpa Yenidənqurmа İnkişаf Bаnkı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı xarici 
mənbələrdən maliyyələşməyə ciddi ehtiyacı olan inkişaf etməkdə olan ölkələrin iqtisadi sferasına 
fəal şəkildə nüfuz edir. Bu tendensiya xüsusilə bank xidmətlərinin əvvəllər zəif inkişaf etdiyi 
ölkələr üçün xarakterikdir. Bu tendensiya həm də qeyri-müsəlman ölkələrində islam banklarının 
fəaliyyəti üçün xarakterikdir, lakin onların iqtisadi genişlənməsi yolunda obyektiv çətinliklər 
mövcuddur. 
 
Metodlar 
Təqiqat zamanı bir neçə metodlardan istifadə olunmuşdur. İlk növbədə məntiqi, analiz və sintez 
metodlarından istifadə etməklə məlumatlar toplanmış, daha sonra isə tədqiqatın məqsədləri üçün 
tələb olunan qaydada birləşdirilmişdir. Bundan əlavə, tədqiqat prosesində müqayisəli və statistik 
təhlil metodlarından da geniş istifadə olunmuşdur. Empirik məlumatların tədqiqi vasitəsilə 
mövcud vəziyyəti qiymətləndirmək və regional inkişaf banklarının inkişaf etməkdə olan ölkələrdə 
fəaliyyətinin müasir vəziyyəti təhlil olmuşdur. 
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) inkişaf etməkdə olan ölkələrdə azad 
sahibkarlığı və demokratik dəyərləri dəstəkləmək üçün nəzərdə tutulmuş investisiya vasitəsini 
təmin edən maliyyə institutudur. 1991-ci ildən fəaliyyət göstərən Bankın baş ofisi dünya maliyyə 
mərkəzi - Londonda yerləşir. Yenidənqurma Bankının əməkdaşlarına beynəlxalq təşkilatın üzvü 
kimi hüquqi toxunulmazlıq verilmişdir. Bankın yaranması Mərkəzi və Şərqi Avropa ölkələrinin 
siyasi rejiminin dəyişməsi şəraitində özəl sektorun dəstəklənməsi zərurəti ilə bağlı idi. AYİB 
Soyuq Müharibə başa çatdıqdan sonra yeni dövrə başlamaq üçün yaradılmışdır. Bank qısa 
müddət ərzində Avropa tarixinin dönüş nöqtəsində - qitənin şərqində kommunizmin dağılma 
anında yaranan problemləri həll etmək üçün yaradılıb. AYİB-in yaradılması haqqında Sazişin 1-
ci maddəsində deyilir: “AYİB-in məqsədi iqtisadi tərəqqiyə və yenidənqurmaya töhfə verməklə, 
açıq, bazar yönümlü iqtisadiyyata keçidi, habelə özəl və sahibkarlıq təşəbbüsünün inkişafını 
təşviq etməkdir. Mərkəzi və Şərqi Avropa ölkələri çoxpartiyalı demokratiya, plüralizm və bazar 
iqtisadiyyatının 7 prinsipinə sadiq qaldılar və onları həyata keçirdilər” (Mansurov T.A., 2012; 
191-202 s).
1990-cı illərin əvvəllərinin keşməkeşli dövründə Bank Mərkəzi və Şərqi Avropada 
dəyişikliklərin əsas hərəkətverici qüvvəsi kimi özəl sektora diqqət yetirməyin düzgün olduğunu 
dönə-dönə sübut etməli oldu. Məhz bu dövrdə AYİB açıq bazara keçid üzrə ekspert kimi şöhrət 
qazandı. AYİB,transformasiyaların bütün vacib komponentlərində, yənibank sistemlərinin 
islahatı, qiymətlərin liberallaşdırılması, özəlləşdirmə (qanunlaşdırma və siyasət dialoqu) və 
mülkiyyət hüquqları üçün müvafiq qanunvericilik bazalarının yaradılması kimi sahələrdə fəal 
iştirak edirdi.Bu cür islahatlar bacarıqlı konsaltinq, təlim və texniki bacarıqların ötürülməsi ilə 
dəstəklənir və özəl və dövlət sektorlarına böyük investisiyalar ilə tamamlanır. Daxili kapitalın 
transformasiya prosesini maliyyələşdirmək üçün kifayət etmədiyi bir şəraitdə bank həm özəl
həm də dövlət mənbələrindən xarici resursların cəlb edilməsinə yardım edir. Bu təcrübə Banka 
özünün ilkin əməliyyat regionunu Monqolustan (2006-cı ildə), Türkiyə (2009-cu ildə) və 
İordaniya, Tunis, Mərakeş, Misir və Kosovo (2012-ci ildə) kimi yeni ölkələrə genişləndirmək 
qərarına gəldikdə çox faydalı oldu. Hazırda bank Mərkəzi Avropadan Mərkəzi Asiyaya qədər
Cənubi və Şərqi Aralıq dənizi ölkələrində 308-dən çox ölkədə fəaliyyət göstərir 
(https://www.ebrd.com/who-we-are/history-of-the-ebrd.html).


143 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə