Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə135/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   131   132   133   134   135   136   137   138   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
“Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər 
üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 
Sərəncamı (bundan sonra – Dövlət Proqram) da nəzərdə tutulmuşdur. Məhz həmin proqramlar 
işğaldan azad olunan ərazilərə də tətbiq edilərək həmin ərazilərin qida sənaye potensiyalının 
müəyyən edilməsi üzrə monitorinqlərin həyata keçririləcəyini də nəzərdə tutmaqdadır. Bu 
hesabatda nəticələrə əsaslanan monitorinq və Dövlət Proqramının qeyd edilən illər üzrə 
qiymətləndirilməsinin yekunlarını da əhatə edir. 
Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi işğaldan azad olunmuş region üzrə strateji 
baxışa, əsas prioritetlərə, fəaliyyət istiqamətlərinə uyğun olaraq həyata keçirilir. Burada əsas və 
digər icraçı qurumlar tərəfindən verilən məlumatların işlənməsi ilə plan və nəticələr çərçivəsi ilkin 
nəticələrə, və təsir göstəricilərinə əsaslanır. Qiymətləndirmənin nəticələri 3 səviyyəyə bölünür: 
1.
Birinci səviyyə: Tam nailiyyət səviyyəsi olub həmin regionda gələcək dövrlərdə qida 
sektoru ilə bağlı fəaliyyətlərinin tam və planlaşdırlmış şəkildə həyata keçirildiyi halda 
mümkün olur. Yəni burada əldə edilən nəticələrin nailiyyət faizi ən azı 80 faiz və daha 
yüksək göstərici təşkil etməlidir. Həmin səviyyə göstəricisi yaşıl rəngdə qeyd edilir. 
2.
Qismən nailiyyət səviyyəsi: qida sektoru ilə bağlı fəaliyyətlər kifayət qədər icra 
edilməmiş, gözlənilən nəticələrə tam şəkildə nail olunmamışdır. Burada əldə edilən nəticə 
göstəricisi 30 və 80 faiz arasında dəyişiklik göstərir. İkinci səviyyə göstəricisi sarı rənglə 
qeyd edilir. 
3.
Hədəflərə nail olunmamış səviyyə: Bu səviyyədə heç bir nəticə əldə edilməmiş və ya çox 
az iş görülmüdür. Bu səviyyə qırmızı rənglə qeyd edilir. Burada əldə edilən nailiyyət faizi 
30 və bu səviyyədən aşağı olur. İşğaldan azad edilmiş ərazilərin qida sənaye potensiyalının 
monitorinqi əsasında müəyyən edilmişdir ki, qida potensialının dəyərləndirilməsi 
səviyyəsi çox aşağı olub üçüncü səviyyədədir. 
Dövlət Proqramının monitorinqi və qiymətləndirilməsi çərçivəsində region üzrə kəmiyyət 
göstəriciləri iki qrupa bölünərək - artan və kumulyativ göstəricilər olaraq göstərilmişdir. Bundan 
əlavə, ən yaxşı qlobal təcrübələr nəzərə alınmaqla, göstəricilər də qruplaşdırılaraq müsbət və 
mənfi göstəricilər kimi qeyd edilmişdir. Region üzrə müsbət və mənfi artım göstəricilərinin icra 
faizinin hesablanması aşağıdakı düsturlara əsaslanır
(https://ereforms.gov.az/files/monitoring/pdf/en/f7a000ba1703ecac7b05b1da791211b6.pdf): 
Ümumi məcmu göstəricilər isə aşağıdakı düsturlar əsasında hesablanır: 
Proqramda keyfiyyət göstəricisi kimi Bəli/Xeyr kimi cavablandırılan göstəricilər hesablanarkən 
belə qiymətləndirilir. "Bəli" üçün 100% və "Xeyr" üçün 0%. Hər bir göstərici üzrə 100%-dən 
yuxarı olan faizlər 100 faiz kimi hesablanmışdır. İşğaldan azad olunan ərazilərdə yuxarıdaki 
düsturlarla aparılan hesablamalar əsasında əldə edilən nəticə çox aşağı olmuşdur. Hesablamalar 
əsasında əldə edilən nəticənin zəif olmasının əsas səbəblərindən biri qida sənayesində sərmayə 


123 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə