Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə136/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   132   133   134   135   136   137   138   139   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
qoyuluşlarının aşağı səviyyədə olması, həmiçinin kapital artımı tendensiyası isə üzrə zəif 
göstəricilərin 
müşahidə 
olunmasıdır 
(https://ereforms.gov.az/files/monitoring/pdf/en/f7a000ba1703ecac7b05b1da791211b6.pdf).
Eyni zamanda, dəyərlərə uyğun olaraq əsas kapitala qoyulan investisiyaların həcmi (ÜDM-də %-
lə) 25%-dən aşağı olmamalıdır, əks halda təkrar istehsal prosesi pozulur. Burada qeyd edilən
standartlar xüsusilə işğaldan azad edilən regionılaırn qida sənayesi üçün də müəyyən edilməlidir. 
Region üzrə ərzaq təhlükəsizliyini təmin edən sənaye sahələri üzrə formalaşmaqda olan 
investisiya siyasətini təhlil edərək özəl sektor mənfəətini qoruyaraq istehsalın inkişafına, ikincisi
qiymət amilinə (Burada qiymət amili investisiya cəlbediciliyinə əhəmiyyətli təsir göstərir) xüsusi 
diqqət göstərmək lazımdır. Əksər məhsul növləri üzrə qiymət tənzimləmə prosesinin olmaması 
rentabellik və xərclərin ödənilməsi dövrlərində əhəmiyyətli fərqlərə səbəb olur bu da regionda 
qida 
sektoru 
sənayesinin 
inkişafının 
ləngiməsinə 
səbəb 
olur 
(https://ereforms.gov.az/az/media/xeberler/azerbaycanin-erzaq-tehlukesizliyi-isgaldan-azad 
olunan-erazilerin-hesabina-daha-da-guclenecek-443).
Bundan əlavə digər bir problem isə torpaq və su analizi laboratoriyalarının sayı həm region üzrə 
həm də ölkənin ümumi sahəsi üzrə məhdud sayda olmasıdır. Ölkə ərazisində yalnız Bakı 
şəhərində bir neçə laboratoriya fəaliyyət göstərir. Həmin laboratoriyalara nümunə olaraq 
Nazirliyin Fitosanitariya İdarəsinin Toksikologiya Laboratoriyası, Gömrük İdarəsinin 
laboratoriyası və İqtisadiyyat və Sənaye Nazirliyinin İxtisaslaşdırılmış Laboratoriyalarını göstərə 
bilərik. Qeyd edilən laboratoriyalar aflatoksin analizi edə bilir və həmin ərazidən gələcəkdə ixrac 
edilməsi gözlənilən heyvandarlıq məhsullarının, eləcə də meyvə və tərəvəzlərin keyfiyyətini 
yoxlamaq imkanına malikdir. Buna baxmayaraq Azərbaycan Respublikası ərazisində hələ də
GMO analizlərini həyata keçirən laboratoriyalar mövcud deyildir.
Xüsusilə Qarabağ iqtisadi rayonunda nar, fındıq və üzüm məhsullarının belə bir potensiala malik 
olması gələcək də regionda meyvəçilik sektoru inkişaf etdiriləcəyi təqdirdə işğaldan azad olunan 
ərazilərdə ixracat potensiyalının artırılmasına səbəb olacaqdır. Belə bir irəliləyiş davamlı şəkildə 
müşahidə olunarsa regional inkişafa öz töhfəsini verəcəyi gözlənilir.
İşğaldan azad edilən ərazilərdə tərəvəz məhsulları taxıl məhsulları və şəkər çuğunduru 
məhsullarının potensial göstəriciləri olduqca yüksək səviyyədədir. Üzüm istehsalı potensialı isə 
Qarabağ iqtisadi zonasında nəzərəçarpacaq səviyyədə yüksəkdir. Məhz bu ərazilərin qida sənayesi 
sektorundan səmərəli şəkildə istifadə edilməsi məqsədi ilə Azərbaycan Respublikası Prezidenti 
İlham Əliyev “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi 
tədbirlər haqqında Sərəncam vermişdir. Hazırda Dövlət Vergi Xidməti tərəfindən həmin ərazilərin 
iqtisadi diaqnostikası aparılır və bu dərin təhlil əsasında təkliflərin hazırlanması yönündə planlar 
hazırlanır. Sənədə əsasən, azad edilmiş ərazilərin inkişafı üçün bir sıra vergi güzəştləri və 
imtiyazları tətbiq olunacağı nəzərdə tutulur. Təkliflərə görə, əkinçilik fəaliyyəti ilə məşğul olacaq 
sahibkarlar üçün Qarabağ və Şərqi Zəngəzur torpaq vergisindən başqa bütün vergilərdən azad 
ediləcək. Bundan əlavə işğaldan azad edilmiş ərazilərində investisiya məbləğini artırmaq üçün 
sənaye zonalarının cəlbediciliyi üzrə vergi və gömrük sahələrində bir sıra güzəşt tədbirləri hal-
hazırda həyata keçirilir. Burada Sənaye Texnologiyaları Parklarında və Ələt Azad İqtisadi 
Zonasında təşviq edilmiş bu güzəştlər işğaldan azad edilmiş ərazilərdəki sənaye müəssisələrinə də 
şamil ediləcəkdir. Cəbrayılda yaradılacaq "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı böyük 
perspektivlər vəd edir. Yaxın günlərdə nəzərdə tutulan qeyd edilən parkın açılışı ölkə ərazisində 
bu sahədə ilk investisiya layihəsi olacaqdır. Həmin lahiyə Rusiyanın KamAZ şirkəti tərəfindən 
investisiyalaşdırılır (Bagirov M., 2022; s.10). 


124 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə