Of azerbaijan high technical educational institutions


PAHTEI  PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS



Yüklə 7,78 Mb.
Pdf görüntüsü
səhifə137/540
tarix22.06.2023
ölçüsü7,78 Mb.
#118428
1   ...   133   134   135   136   137   138   139   140   ...   540
PAHTEI-27.04.2023

PAHTEI 
PROCEEDINGS OF AZERBAIJAN HIGH TECHNICAL EDUCATIONAL INSTITUTIONS 
VOLUME 27 ISSUE 04 2023 
E-ISSN: 2674-5224 
Xarici investorlara regiona olan marağını artırmaq üçün vergi güzəşti tətbiq edilir. Hazırda 50-
dən çox xarici şirkət azad edilmiş ərazilərin bərpası layihələrində iştirak etmək üçün hökumətə 
müraciət etmişdir. Bunlar arasında Türkiyə, Rusiya, Pakistan, Macarıstan, Qazaxıstan, Çin, 
İtaliya, İsrail və Cənubi Koreya kimi ölkələri göstərə bilərik. Bundan əlavə yerli sahibkarların 
işğaldan azad edilmiş ərazilərdə müəssisə qurması ehtimalı da olduqca yüksəkdir. Belə ki indiyə 
qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə 980 sahibkar müraciət edərək Qarabağ və Şərqi 
Zəngəzur iqtisadi bölgələrində fəaliyyət göstərmək niyyətlərini ifadə etmişdirlər. Ət və süd 
məhsulları, üzümçülük, tütünçülük, baramaçılıq və arıçılıq müəssisələri rayonda bərpa və 
genişləndirilmişdir. Proqnozlara görə, dəstək nəticəsində bu torpaqlarda kənd təsərrüfatının 
inkişafının stimullaşdırılması tədbirləri real artımın 9 faizini təşkil edəcəyi gözlənilir. 
Önümüzdəki illərdə əkinçilikdə, buğda istehsalının 10-12%-nin Qarabağ və Şərqi Zəngəzur 
iqtisadi rayonlarının payına düşəcəyi də ehtimal olunur. İlkin mərhələdə ildə 1 milyard manatlıq 
kənd təsərrüfatı məhsulu yetişdirmək mümkün olacaqdır. Bu sahələrin bütövlükdə əhəmiyyətli 
hissəsinin 
buğda 
dolayısıyla 
taxılçılıq 
sektoru 
olması 
gözlənilir 
(https://ereforms.gov.az/az/media/xeberler/azerbaycanin-erzaq-tehlukesizliyi-isgaldan-azad-
olunan-erazilerin-hesabina-daha-da-guclenecek-443). 
Nəticə
Aqrar sahənin dövlət tənzimlənməsinin səmərəliliyi müvafiq normativ hüquqi bazanın 
formalaşdırılmasından asılıdır. Qanunvericilik bazasının təkmilləşdirilməsinin əsas məqsədləri 
tənzimləyici funksiyaların gücləndirilməsi, özəl sektorun təşəbbüslərinin dəstəklənməsi, daxili 
tələbatın rəqabətqabiliyyətli məhsullarla ödənilməsi və ixrac potensialının gücləndirilməsi 
olmalıdır. Bu əsas istiqamətlərin həyata keçirilməsi istiqamətində dövlət idarəetmə sistemində 
dövlət və özəl qurumların fəaliyyət istiqamətləri dəqiq müəyyən edilməli, onlar arasında 
əməkdaşlığın yeni hüquqi-normativ bazası və fəaliyyət mexanizmləri yaradılmalıdır. 
Hesab edirik ki, yeyinti sənayesinin davamlı inkişafının təmin edilməsi birbaşa dünya təcrübəsinə 
əsaslanan, büdcə vəsaitləri və investisiyalar hesabına həyata keçirilən səmərəli dövlət yardım 
proqramlarından asılıdır. Digər sahələrdə, məsələn, kənd təsərrüfatında birbaşa büdcə yardımı, 
ərzaq məhsulları istehsalçılarına subsidiyalar və kompensasiyalar, müəyyən xərclərin ödənilməsi 
üçün qısamüddətli kredit resurslarının ayrılması, lizinq yolu ilə texnologiya və avadanlıqların 
alınmasına köməklik, ixracyönümlü kənd təsərrüfatı məhsullarının istehsalının stimullaşdırılması 
və prioritet istiqamətlər üzrə ərzaq məhsulları, məqsədli proqramlar çərçivəsində investisiyaların 
maliyyələşdirilməsi sənayenin inkişafının təmin edilməsində həlledici rol oynaya bilər. 
İşğaldan azad edilmiş ərazilərin inkişafı üçün lazımi tədbirlər görmək lazımdır. İlk növbədə 
deqradasiya proseslərinin aradan qaldırılması ilə paralel olaraq uzun illər istifadə olunmayan 
faydalı torpaq sahələrinin yararlı vəziyyətə gətirilməsi, meliorasiya və irriqasiya sistemlərinin 
qurulması çox zəruridir. Növbəti mərhələdə torpaqların nəzərə alınması, onların kateqoriyalarının 
müəyyənləşdirilməsi lazımdır. 
Tədqiqatlar göstərir ki, mövcud nöqteyi-nəzərdən və reallıqlardan yanaşdıqda aydın olur ki, 
sahibkarlar öz daxili imkanları hesabına Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qida 
sənayesi üzrə müəyyən müəssisələrin yaradılmasına nail ola bilərlər. 

Yüklə 7,78 Mb.

Dostları ilə paylaş:
1   ...   133   134   135   136   137   138   139   140   ...   540




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə