|
Of azerbaijan high technical educational institutionsPAHTEI-27.04.2023
Mənbə:
ticaret.gov.tr;
https://ticaret.gov.tr/blog/ulkelerden-ticari-haberler/azerbaycan/azerbaycan-
hukumeti-tarafindan-aciklanan-ekonomik-destek-paketi
Pandemiyalar insanların qərar qəbul etmələrində, səyahət istiqamətlərində və davranışlarında qısa,
orta və uzunmüddətli dəyişikliklərə səbəb olur. Məsələn, 2008-ci ildə qlobal iqtisadi böhranı və
donuz qripi ən çox Böyük Britaniyaya təsir etmiş və həmin il ölkədə beynəlxalq turizmə tələbat
əhəmiyyətli dərəcədə azalmışdır Oxşar nəticələr Afrika qitəsində təsirli olan ebola virusu
epidemiyasının Qambiya turizmində də müşahidə edilmişdir.
Davam edən Covid-19 pandemiyası ilə beynəlxalq ticarət və səyahətlər dayandırıldı, məktəblər
bağlandı, bir çox irimiqyaslı təşkilatlar, konqreslər, festivallar ləğv edildi, bəzi iş yerləri bağlandı.
Covid 19 epidemiyasından təsirlənən sektorlar arasında xidmət sektoru ön sıralardadır. Çünki
səyahət məhdudiyyətləri ilə ən böyük tələbat azalma xüsusilə turizm sektoru üçün ev
təsərrüfatlarının xərclərində yaranıb. Nəqliyyat, otel və restoranlar, əyləncə, idman və mədəni
tədbirlər, xüsusilə hava nəqliyyatı kimi xidmət sektorları epidemiyadan ən çox təsirlənən sektorlar
arasındadır. Covid-19-dan sonra dünyanın bir çox ölkəsində və sektorlarında biznes modellərinin
dəyişəcəyi göz qabağındadır. Dünya Turizm Təşkilatı tərəfindən 21-ci əsrin ən mühüm sektoru
olaraq qəbul edilən və xidmət sektoru olan turizm ən çox təsirlənəcək sektordur. Bununla belə,
turizm sektoru birbaşa olaraq 54 sektora, dolayı yolla isə 185 sektora təsir göstərir (Aydogush O.,
2020: s.12).
Covid-19 virusundan başqa dünyada heç bir hadisə belə genişmiqyaslı səyahət məhdudiyyətinə
səbəb olmamışdır. 2020-ci ilin aprel ayına olan məlumata görə, bütün dünya istiqamətlərinin
96%-i Covid-19 epidemiyasının qarşısını almaq üçün səyahət məhdudiyyəti tədbirləri həyata
keçirib (UNWTO, 2020: p.3). Buna görə də səyahət məhdudiyyətləri ilə yanaşı uçuşlar, otel
rezervasiyaları, festivallar ləğv edildi və bu beynəlxalq turizmə böyülölçüdə mənfi təsir etdi.
|
|
|