FARUQ SÜMƏR
406
Kərim oğlu
1
2.500 çadır
40.000
4.000
20.000 2.000
Qarıntılu
100 çadır
4.000
4.000
2.000
150
Kozan oğlu
2
500 ev
7.000
5.500
2.500
50
Boz doğan
3
1400
40.000
40.000
20.000 3.000
Təcirlü
4
1.200 çadır
30.000
40.000
21.000 1.000
Farsaq
5
800 çadır
20.000
40.000
9.500
750
6. DR. ÇAKIROĞLUNUN QƏRBİ ANADOLUDAKI YÖRÜK
OYMAQLARINA DAİR SİYAHISI
6
(XIX əsrın II yarısı):
1.
Əhmədli: bir bölüyü Kulada, bir bölüyü də Bursaya bağlı Simavda
yaşayır.
2.
Altçı: Attalada; oturduqları yer At Alana qədər uzanır.
3.
Anamaslı
7
: Dəmirçi qəzasında. Bunlar 50 çadır və 70 evdir. 10.000
davarları var, 15.000 quruş vergi verirlər.
1
Kərim oğulları boz doğanların boy bəyi ailəsidir. Buradakı 2500 çadır bu ailənin idarəsin-
dəki boz doğanlara aiddır. Digər boz doğan qolundan ayırd etmək üçün bunlara kötük boz
doğan deyilir. Bunların çoxu və ya önəmli bir qismi yürəgil (yürəgir) ovasında yerləşmişlər.
2
Hələ də oxunan türkülərində "ünü böyük" deyilən dərəbəylərinə bağlı topluluğun əhalısi
və sərvəti (!). Göründüyü kimi, hər evə 14 qoyun, 11 keçi və 5 inək düşür. Bu adamların
çoxunun əkin yeri olmadığı, olsa da çox az və dağlıq ərazidə olduğu üçün bir dəyər daşıma-
dığı düşünülsə onların, digər qaynaqların da təsdiq etdiyi kimi, olduqca yoxsul insanlar ol-
duqları anlaşılar. Bundan 15-20 il öncə də durumları yaxşı deyil idi. Kozan oğullarının isə
nə dərəcədə zəngin bir ailə olduğu bu rəqəmlərdən görünür.
3
Bu boz doğanlar Kərim oğullarının idarəsi altında olmayan boz doğanlar olub çoxu Qədir-
li və Ceyhan qəzalarında yerləşmişlər. Daha öncə boz doğanların əski və qələbəlik bir oy-
maq olduğu, əsl yurdunun İç-el yörəsində olduğu söylənmişdi. Bunlar da bütün yörüklər ki-
mi, boy-buxunlu, iri cüssəli adamlardır. Çuxurovanın məşhur qızdırması belə onların sağ-
lam vücudlarına təsir edə bilməmişdir. Yenə bütün yörüklər kimi, sakit, gülərüz insanlardır.
Onların təqribən əlli il öncəki durumları haqqında Cənubda türkmən oymaqlarına bax (II
basqı, II, s. 389-393).
4
Mətndə: tacirin. Bir çox arxiv qaynaqlarında da belə yazılır. Ancaq yayğın şəkli təcirlidir.
5
Bugünkü çuxurovalılar da belə söyləyirlər. Əski qaynaqlarda onlar varsaq olaraq anılır.
Onların İrana öç edənlərinin şeir və ya türkülərinə varsağı adı verilmişdi. Ancaq Çuxurova-
da və dağlardakı farsaq kəndlərində bu söz (yani varsağı) bilinmir.
6
Yunan əslli izmirli Dr. Çakıroğlu XIX əsrın II yarısında Qərbi Anadolu'da yaşayan oy-
maqlardan bir çoxlarının adlarını və onların oturduqları yerləri göstərən bir siyahını Afina-
da çıxan bir dərgidə yayınlamışdır. İngilis etnoqraf və folklorçu F.Hasluck da türkmənlərə
dair digər siyahılar kimi, Çakıroğlunun siyahısını da “Cristianity and İslam under the
Sultans” (Oxford, 1922, I, s.475-477) adlı kitabına daxil etmişdir. Biz də bu siyahını onun
əsərindən alaraq burada veririk. Ancaq Hasluckun bu oymaqların hamısını sünni olmayan
oymaqlar şəklində göstərməsi kəsinliklə doğru deyildir.
7
Bu, dülqədir elinə bağlı Böyük Anamaslu (digər adı Qaraçalı) oymağının bir obası və ya
qolu ola bilər.
OĞUZLAR (TÜRKMƏNLƏR)
407
4.
Ərəbli
1
: Salihli civarında yaşayırlar, yaşadıqları yer Bursa vilayəti-
nədək uzanır.
5.
Çaqqal: Saru-xan sancağında otururlar.
6.
Çarıq: Kulada yaşayırlar.
7.
Farsaq
2
: Aydın vilayətinin hər tərəfinə yayılmışlar. Bu, 1.200 ailədən
ibarət olan çox zəngin və qələbəlik bir oymaqdır.
8.
Göy musalı: bunlar Dəmirçi qəzasında, İnciklər kəndi yaxınlığında
yaşayırlar. 50 çadır və 50 evdən ibarətdirlər.
9.
İvatlı: Qameit (?) civarında yaşayırlar. 22 çadırdır.
10.
Qacar
3
: Səlgədə və Alaşəhirdə yaşamaqla bərabər güneydə Nazilliyə
qədər uzanırlar. Qacarlar qələbəlik və önəmli bir oymaqdır. Bu oymaq kula
qacarı, kələş qacar və ova qacar qollarına (məhəllə) ayrılır. Vamberi səlgə
qacarı da bunlara əlavə edir.
11. Qara-təkkəli
4
: İzmir civarında qışlayırlar.
12. Xorzum
5
: Aydın və Bursa vilayətlərində yaşayırlar.
13.
Qızıl keçili
6
: Səlinti (Kula) nahiyəsində, Pınarköydə yaşayırlar. Bun-
lar 800 çadırdır, 60.000 davarları var, 6.000 quruş vergi verirlər.
14.
Manavlı: Alaşəhirlə Salihli və Bursa vilayətində yaşayırlar.
15.
Narincəlü: Kula qəzası ilə Dənizli yuxarısındakı Omur Bala dağ ya-
xınlarında yaşayırlar.
16.
Saraç: Uşaq ilə Eşmə arasında yaşayırlar.
17.
Sarı təkkəli
7
: Nazilli ilə Dənizli arasında və Bursa vilayətində yaşa-
yırlar.
18.
Şəbidli: Kula qəzasında yaşayan 60 evlik bir oymaqdır.
19.
Şeyxli: bunlar qışda Ulu Borluda, yazda Afyon Qara Hisarında yaşa-
yırlar. On obaya ayrılırlar: arpat şeybli, qısat şeybli, hacı şeyhli. Bunlar 70-
80 çadır və 200 evdir, 15.000 quruş vergiləri vardır.
20.
Yağcı bədirli: Somada və Bursa vilayətində otururlar.
Aydın vilayətinin cənub-qərbində və
digər yörələrində yaşayan oymaqlar
1
Ehtimal ki, bunlar da əslən XVII əsrdə və ya daha sonra qərbə gələn türkmənlərdəndir.
Daşıdıqları ad türk əslli bir şəxsdən gəlir.
2
Buraya Çuxurovadan gəlmişlər.
3
Bu qacarlar əslində Hələb türkmənlərinə mənsub bir oymaq idilər (Səfəvi dövlətinin quru-
luşunda Anadolu türklərinin rolu).
4
Doğrusu qara təkəli olacaq.
5
Xorzum (Xarəzmdən). Xorzumların bir qismi Çuxurovaya köçüb bundan əlli il əvvəl Ala-
dağ və Binboğada yaylaya çıxırdılar (Cənubda türkmən oymaqları, II, s.37, 39, 341, 342).
6
Əslən məntəşəli olan qızıl keçililərin mühim bir qismi son zamanlarda Bursanın Uludağ
çevrəsində yaşayırdı.
7
Doğrusu: sarı təkəli.