OĞUZLAR (TÜRKMƏNLƏR)
423
Qanlı-irinli oxa qan yürütdüm,
Vursa kəsər kəskin qılınca tuğ bağlatdım,
Qılıncımı sıyırıb Bel-Əkşəmdə quyu qazdım,
Dərədə qışlayıb, qırda yaylayıb Balxan aşdım,
Əysə yayını (?) Qaradağa uğrayıb gəldim,
Hangi topluluq toy tutmadı orada oldum,
Altın gözlü dovşanı gətirdi deyə
Qaz ayağı üç ayrı damğa verdim
1
.
Öyürcük Alpa izafə edilən bu şeir yalnız tarixi bir hadisəni anlatması ba-
xımından deyil, qədimliyi və ifadə baxımından təsirliliyi və gözəlliyi ilə də
diqqətə və ilgiyə layiqdir. Bu belə olmaqla bərabər Türkiyədə bu şeir üzərin-
də heç bir tədqiqat aparılmamışdır. Halbuki bu mənzumənin şərh və izah
edilməsi gərəkən bir çox yerləri vardır. Hər halda Öyürcük Alpın bu şeiri
Xəzərarxası türkmənləri ədəbiyyatının ən əski yadigarlarından biridir. Daha
öncə də qeyd edildği kimi, manqışlaqlılar və cəndlilər qanqlılar ilə savaşır-
dılar. Bundan dolayı onlar qazi ünvanı ilə vəsflənmişlər. Qanqlılara gəlincə,
açıqlandığı üzrə
2
, onlar qıpçaqların ən böyük qolu olmaqla bərabər adları
ancaq XII əsrdən etibarən keçir. Bu qıpçaq qolunun XI əsrdə yaşayan və
Kaşğari tərəfindən tanınan qıpçaq bəylərindən Qanqlının adını daşıdığı şüb-
həsizdir. Qanqlılar qısa bir zaman içində qüvvətli bir varlıq göstərərək müs-
təqil bir qövm kimi sayıldılar. Plano Carpini və Rubruck Yayıq çayı ilə Sey-
hun arasındaki bozqırları Qanqlı (Kangles, Kangle) ölkəsi olaraq anırlar
3.
Öyürcük Alpın “Şəcəreyi-tərakimə”də (yəni “Türkmənlərin soy kötü-
yü”) yer alması onun Salur Qazan Bəyin nəslindən sayılması və ya yuxarıda
nəql olunan macərası və bununla bağlı şeiri olmayıb, bir çox türkmən toplu-
luqlarının onun qardaş və oğullarından törədiklərinə inanılmış olması ilə
əlaqədardır. İrəlidə bu, bir sxem halında göstəriləcəkdir.
“Şəcəreyi-tərakimə”dəki Ərsarı bay XIV əsrdə Balxanda yaşamış tarixi
bir şəxsiyyətdir. Ərsarı bay orada Öyürcük Alpın nəvələrindən Qul Hacının
oğlu kimi göstərilir. Ərsarı bay qırx dəvə verərək ürgəncli Şeyx Şərəfə dini
1
Şeirin əsli üçün: Kononov, s. 68-69, türkcə tərcüməsi, M.Ərgin, s. 85-87.
2
The Mongol mission, London, 1955, s. 81, 125, 131, 132.
3
Monqol istilası və hakimiyyəti nəticəsində qanqlılar da parçalanmışlar və bəzi qanqlı qol-
ları özbək və çağatay ulusları arasında yer almışlar. Çağatay xanlarından Toğa-Timurun no-
yanlarından Bəkicik ilə Timurun komandanlarından Şeyx Nurəddinin qanqlıların ən
tanınmış bəyləri olduqlarını bilirik. Oğuz xan dastanlarında (təbii ki, doğru olmayaraq)
qanqlıların arabanı icad edən Qanqlı adlı bir bəydən törədikləri göstərilir. İndi də
Anadolunun bir çox yerində arabaya kanqlı (>qanqlı) deyilməkdədir.
FARUQ SÜMƏR
424
məsələlərə dair türkcə “Müin ül-mürid” adlı bir əsər yazdırmışdı. 713-cü
ildə (1314) yazılmış olan bu əsərin bir nüsxəsi Türkiyədə tapılmışdır
1
.
Ərsarı bayın eyni zamanda gözəl bir qızı vardı ki, bu gözəl qız Mama
adını daşıyırdı
2
. Koma adlı Xorasan valisi ağır başlıq verərək Mamanı ata-
sından istəsə də, rədd cəvabı ilə qarşılaşmışdı. Belə olunca Koma bəy Bal-
xana gəlib Dökər (Döyər ?) adlı quyunun başında Ərsarı bayı öldürüb oyma-
ğını yağmalamış və gözəl Mama ilə evlənmişdi. Fəqət Mama oğlan uşağı
doğmamışdı. Bu üzdən Koma çox mal və evli bir qul verib Mama bikəni
Balxandakı qardaşlarının yanına göndərir
3
.
Monqol hakimiyyətinin başlaması ilə Xarəzm türkmənləri Çingiz xanın
İtilin ağzında oturan nəvəsi Batuya tabe olmuşdular. Xarəzm türkmənlərinə
sayın xanlı türkmənləri deyilməsi də bu tabeçiliyi göstərir. Bu dövrdə türk-
mənlər haqqında qeydə dəyər bir bilgiyə rast gəlmirik. Anlaşıldığına görə,
onlar Altın Ordu xanlarına hər halda tam itaət göstərərək vergilərini hər il
gələn təhsildarlara ödəmişlər.
Qaynaqlarda Teymurun ordularında çoxlu türkmənin yer alması haq-
qında məlumata rast gəlinmir. Əksinə, qaynaqlar açıq bir şəkildə göstərir ki,
çağataylar türkmənlərə dəyər verən bir gözlə baxmırdılar. Teymurun ən ta-
nınmış müvərrixi Şərafəddin Əli Yəzdi türkmənlərin çox yerdə Teymura
müqavimət etmələrindən dolayı onları bilgisiz, ağılsız və məhdud görüşlü
insanlar sayaraq pisləyir. Hətta ona görə Teymur İldırım Bəyazidı qəsd edə-
rək şəxsən belə demişdir: "Türkmən olması onun doğru olan itaət və sülh
yoluna girməsinə mane olur"
4
. Gerçək bu idi ki, həm Teymur, həm də onun
çağatay ulusu özlərini Çingiz xan dövrü monqollarının nəvələri sayır və bu-
nunla öyünürdülər. Onların səthi bir müsəlmanlığı ilə türkcə danışmaların-
dan (hər halda hamısı deyil) başqa əsil monqollardan bir fərqləri yox idi.
Teymur dövründəki çağatay ulusunda da yalnız siyasi gələnəklərdə və əs-
gəri təşkilatda deyil, ictimai həyatın hər sahəsində monqol ənənələri və dav-
ranışları hakim idi. 1395-ci ildə Altın Ordu hökmdarı Toxtamışa qarşı qaza-
nılan ikinci zəfərə görə Teymurun əmirləri monqol adətncə mahnı oxumuş
və diz çöküb hökmdarlarına içki təqdim etmişdilər
5
. Vəziyyət belə ikən,
1
Z.Vəlidi (Toğan). Xarəzmdə yazılmış əski türkcə əsərlər, Türkiyyat məcmuəsi, 1928, II, s.
315-326. Buna daha öncə də işarət edilmişdi.
2
XI və XII əsrlərdə Ərzurum-Bayburd bölgələrinin hakimləri olan saltuqlulardan Mama
xatunu tanıyırıq ki, XII əsrın sonlarına doğru məlikə (yəni kıraliçə) sifəti ilə saltuqlu ölkəsi-
ni idarə etmiş, Tərcanda öz adını daşıyan bir karvansara tikdirmişdi (F.Sümər. Saltuqlular.
Səlcuqlu araşdırmaları, Ankara, 1971, III, s. 418-420).
3
Şəcəreyi-tərakimə, s. 73-74, türkcəsi, s. 91-92.
4
Zafərnamə, II, s. 287. Teymur Bəyazidə göndərdiyi bir məktubda: "Sənin gəmiçi bir türk-
mən nəslindən olduğun bizə məlumdur, bunu söyləmənə gərək yoxdur" deyərək (həmin
əsər, II, s. 187) onu və qövmünü həqir saydığını ifadə etmişdir.
5
“Üməra və ərkani-dövlət be rəsmi-təlmiyyət olcamış kərdə qoftənd... və be qaidə və adəti-
moğol surid miqoftənd və zanü zədə kasə midaştənd = bəylər və dövlət adamları təbrik