Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə200/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   196   197   198   199   200   201   202   203   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

421 



 

sözünə görə, xıtay ölkəsinə qonşu bir yerdə yaşayan xristian Kun (?=Kurı?) 

adlı bir qövmdən olan bəydir

1

. Ancaq həmin il Qoçqar oğlu Əkinçi Mərvdə 



əmirlərdən Qudan və Yaruq-Daş tərəfindən öldürüldü. Belə olduqda Xora-

san  valisi  Altun-Tak  oğlu  Dadbəy  Həbəşi  Xarəzmə  Anuş-Tigin  oğlu  Mə-

həmmədi vali təyin etdi. Xarəzmşah Məhəmmədin Xarəzmdən uzaqda oldu-

ğu əsnada bu ölkə Manqışlaqdaki türkmənlərin hökmdarı (? bəzü müluk it-

turk=türk məliklərindən biri) tərəfindən istila edildi. Sultan Səncərin yanın-

da olan Əkinçinin oğlu Tuğrul-Tigin bunu xəbər alınca Xarəzmə qaçdı

2

. Xa-


rəzmşah  Sultan  Səncəri  gözləmədən  düşmənlərinin  üzərinə  yürüyüb  onları 

məğlub etdi. Türklər Manqışlağa, Tuğrul-Tigin isə Cəndxanın yanına (yəni 

Cənd şəhərinin və bölgəsinin hökmdarı) qaçdı. 

İbn ül-Əsirin sözlərindən belə anlaşılır ki, Manqışlaqda türkmənlərin bir 

dövlətləri vardır. Bu dövləti idarə edən ailə də Alp Arslanın Manqışlaq sə-

fəri dolayısı ilə tandığımız Kavşutun nəsli ola bilər. Yenə həmin müvərrixin 

sözlərindən

3

 Manqışlaqda  eyni  adı  daşıyan  bir  şəhərin  olduğuna  inanmaq 



olar. Yakut Manqışlağı Mankaşla şəklində yazaraq bunun Xarəzmin ucunda 

(hüdudunda) möhkəmləndirilmiş bir qala olduğunu söyləyir

4

. Fəqət dastani 



əsərlərdə bütün bunlarla əlaqədar xəbərlərə rast gəlinməz. 

İbn ül-Əsirə görə, Atsız hələ babası Xarəzmşah Məhəmmədin sağlığın-

da, yəni 1128-ci ildən əvvəl Manqışlaq şəhərini (mədinətu Manqışlaq) zəbt 

etmişdir.  Bu  xəbər  doğru  ola  bilər.  Türkmənlər  yurdları  Manqışlağı  qoru-

maq üçün igidliklə savaşmışlar və bu xüsusta əllərindən gələn hər cür qeyrə-

ti göstərmişlər. Bu üzdən Atsız Manqışlaqda çox  qan tökmüş və bu ölkəni 

yaxıb  yıxmışdı. Bu olayı nəql edən ərəbcə bir şeir bizə qədər gəlib çatmış-

dır


5

Səlcuqlu  hökmdarı  Səncər,  təbii,  Atsızın  öz  qövmünün  yaşadığı  və  öz 



imperiyasına  bağlı  Manqışlağı  qan  və  alov  saçaraq  ələ  keçirməsinə  səs  çı-

xarmamışdı.  Ancaq  Atsız  sonra  doğrudan-doğruya  itaətsizlik  göstərməyə 

başlayınca, onu islamın iki ucu olan Manqışlaq  və Cənddə məsumların qa-

nını tökmək, qaziləri (qüzat) və mürabitləri (mürabitin - qazilər) yox etmək-

lə  suçlamış,  bu  iki  uçdaki  müsəlmanların  və  qazilərin  qanını  tökməyi  xa-

rəzmşahın bir adət halına gətirdiyini ifadə etmişdir

6

. Səncərin Xarəzm fəth-



naməsində  Manqışlaq  və  cəndliləri  qazilər  (qüzat,  qaziyan)  və  mürabitlər 

                                                           

1

 Təbayül-həyəvan, s. 18, ingiliscə tərcüməsi s. 30; izahlar qismi s. 95-96, 98-101. 



2

 İbn ül-Əsir, X., s. 110-111. Cənd şəhəri və bölgəsi hakiminin Alp Arslan dövründə olduğu 

kimi, Cəndxan ünvanını daşımaqda olduğunu bu ilə əlaqədar öyrənirik. Cənd hakimləri bö-

yük ehtimalla qıpçaqlardan idilər. 

3

 Göstərilən yer. 



4

 Mücəm ül-büldan, IV, s.670. 

5

 Yakut. Göstərilən yer; Barthold. A History of the Turkman people, s. 126. 



6

 "Fəthi-Xarəzm hər dəsti-sultani-əzəm şəhinşahi-müəzzəm Səncər b. Məlik şah rəhmət ül-

lahi ələyhi" (Barthold. Turkestan, mətnlər, 11, s. 44-45). 



FARUQ SÜMƏR 

 

422 



 

(mürabitin = qazilər) olaraq vəsfləndirməsi bu yerlərdəki müsəlman türklə-

rin qonşuları müsəlman olmayan qanlılar ilə sürəkli savaş halında olmaların-

dan  irəli  gəlir.  “Şəcəreyi-tərakimə”də  Salur  Öyürcük  Alpin  ata-babalarının 

da qazi ünvanını daşımalarının səbəbi bu olmalıdır

1



Atsızın  Manqışlağı  hakimiyəti  altına  alması  Manqışlaq  türkmənlərinin 

tarixində mühim bir dönüş nöqtəsi olmuşdur. Gerçəkdən, bu fəth nəticəsində 

Manqışlaq türkmənləri istiqlallarını itirmiş və rəiyyət, yəni sadəcə vergi ve-

rən xalq vəziyyətinə düşmüşlər. Xarəzmşahlarla bağlı qaynaqlarda bu dövlə-

tin xidmətində olan əmirlər arasında türkmən əsilli bəylərin görünməməsi də 

türkmənlərin rəiyyət durumuna düşmüş olmalarından irəli gəlir. “Şəcəreyi-

tərakimə”də bu önəmli hadisəyə dair bir xatirəyə rast gəlinməməsi bəlkə də 

heyrətlə qarşılana bilər. 

Monqol istilası üzərinə Xarəzm türkmənlərindən bir çoxlarının, Sır-Dər-

ya və Xorasanda yaşayan əldaşları kimi, Anadoluya gəlmiş olduqları söylə-

nə bilər. XIV əsrdə Sivas, Kayseri və digər bəzi yerlərin hakimi olan Qazı 

Bürhanəddinin dədələrindən Məhəmməd b. Rəsulun (salur boyundan) mon-

qol istilası üzündən Xarəzmdən Anadoluya gəldiyini bilirik. 

“Şəcəreyi-tərakimə”də salur Öyürcük Alpın keçirdği macəralara dair bir 

rəvayət vardır. Bu rəvayətə görə İraqda (Əcəm İraqı=Orta İran) yaşayan Sa-

lur  Qazan  bəy  soyundan  Öyürcük  Alp  bayındır  bəyi  ilə  keçinə  bilməyib 

doqquz  yüzü  salur,  yüzü  də  karkın  boylarından  olmaq  üzrə  min  evlik  bir 

topluluq  ilə  Qafqaz  yolundan  Krıma,  oradan  da  şərqə  yönəlib  Yayıq  irma-

ğına gəlir. Bu irmağın sahilində Alakənd və Qaraqaş deyilən yerdə yaşayan 

qanqlıların başında Kök Tonlu adlı bir xan vardı. Öyürcük bir neçə il qanqlı 

xanının yanında qaldıqdan sonra onunla da arası dəyir, qaçır. Kök Tonlu ar-

xadan  yetişib  topluluğun  yeddi  yüz evini əsir alır. Salur bəyi  üç  yüz ev ilə 

Manqışlağa  çatır,  Qaraxan  deyilən  yerdə  üç  il  oturur.  Ancaq  qanqlı  xanı 

Öyürcükü orada da rahat buraxmır və atlanıb Manqışlağa yola düşür. Bunu 

öyrənən Öyürcük Alp Balxan dağına qaçaraq Kök Tonlunun əlinə düşmək-

dən qurtulur. Öyürcük Alp həmin hadisəni bu şeirdə anladır: 

Döndüm qaçıb qanqlı xandan qiblə sordum,  

Qar, yel aşıb gələn ər önündən döndüm,  

Qarçılara, yerçilərə yol başlatdım,  

Yağışlı-qarlı iki qola yol yumuşatdım, 

Kürklə, kürklə qırlara döşək saldım, 

Ard önümə bizə (?) salıb köçümü çəkdim,  

Qar altında (?) dağ yolundan aşıb vardım,  

Qabaqlıdan Altaca yurt yurtlatdım. 

Guruldaşıb ardımdan yağı yetincə  

Qayğı başlı qatı yaya iş buyurdum.  

                                                           

1

 S. 64-65, türkcə tərcüməsi, s. 83. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   196   197   198   199   200   201   202   203   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə