Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə202/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   198   199   200   201   202   203   204   205   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

425 



 

Əmir Qazğan ilə digər əmirlərin öz xanlarına baş qaldırıb onlara təhəkküm 

etmələrinin  Mavəraünnəhrdə  iqtidarın  məhəlli  türk  əsilzadəsinin  əlinə  keç-

diyi  şəklində  şərh  olunması,  Teymurun  uğurunun  isə  həmin  ölkənin  mon-

qollardan qurtuluşu olaraq izah edilməsi heyrət vericidir

1



Timurun xidmətindəki türkmən əsilli əmirlər ancaq bir neçə adam idi ki, 

bunların  ən  tanınmışı  Arğun  şahdır.  Arğun  şah  Buxara  yörəsində  yaşayan 

bir  türkmən  topluluğuna  mənsub  idi.  Teymur  Çin  səfərinə  çıxarkən  Arğun 

şaha  Səmərqəndin  mühafizəsini  tapşırmışdı.  Yəzdli  Şərafəddin  Əli  Tey-

murun vəsiyyətinə riayət etmədiyini söyləyərək, türkmənliyini də vuğulayıb 

Arğun şahı ağır bir dillə tənqid etmişdir. Ancaq Arğun şahın oğulları Tey-

murun xələfi Şahruxun ən etibarli əmirləri arasında yer almışlar. Bunlardan 

Cəlaləddin Firuz şah hər kəs tərəfindən sevilən, sayılan və dövlət idarəsində 

sözü keçən böyük əmirlərdən biri idi. Yenə Teymur dövründə Əmir Sədr ilə 

bozqır yaşayışını yaxından bildiyi söylənən Şeyx Davudun da türkmən əsilli 

olduqları bildirilir

2



Qaraqoyunlu  dövlətinə  1469-cu  ildə  son  verən  ağqoyunlu  Uzun  Həsən 

bəy  Fatehə  göndərdiyi  bir  məktubda  "dağılma  və  zamanla  meydana  gələn 

qarışıqlıqlar yüzündən Xarəzm və Türküstanda yurd tutmuş olan bütün Ba-

yındır xan ulusu ilə bayatların və Oğuz Əlinin qatına gəldiklərini"  yazmış-

dır

3

.  Ağqoyunlu  hökmdarı  Həsən bəyin  mənsub olduğu qövm  ilə ilgili  mə-



sələlərə yaxın bir əlaqə duyduğu əsil kitabda göstərilmişdi. 

                                                                                                                                                    

üçün ona (Teymura) təzim etdilər və dedilər... və monqol adət və ənənəsincə mahnı oxudu-

lar və diz çöküb içki təqdim etdilər” (Zafərnamə, I, s. 437). Teymur monqolca da bilirdi ki 

bu, təbii qarşılanmalıdır. 

1

  R.Grousset. L’empire des steppes, s. 415, 416, 486. Həmin müəllif digər bir yerdə də (s. 



491) monqolların Teymur qövmünün (yəni türklərin) düşməni olduğunu söyləmişdir ki, bu 

iddianı təsdiq etmək çətindir. Teymur İli bölgəsindəki monqolları da doğru olaraq çağatay 

ulusunun  bir  parçası  sayırdı.  Ordusunda  onlardan  da  çoxlu  əsgər  vardı.  Hətta  Teymur  və 

çevrəsindəkilər monqollardan Əmir Həmidin oğlu Cəlalın ölümü gözə alaraq soyunu Çin-

giz xan soyundan və Çuçi qolundan İbaç-Oglana verməsini təqdirlə qarşılayıb onun bu hə-

rəkətini çağatay ulusunun şərəfini yüksəldən əsalətli bir davranış olaraq səciyyələndirmişdi 

(Zəfərnamə, I, s. 454, 455). 

2

 Zəfərnamə, I, s. 354, 372. Teymurun qələbəlik ordusunda digər əski türk qövmlərinə mən-



sub  əmirlərin  də  heyrət  ediləcək  dərəcədə  az  olduğu  görünür.  Bunlar  qıpçaqlardan  Abbas 

Bahadır ilə Qur-Qara (?), qanqlılardan Sarı Buğa ilə oğulları Şeyx Nurəddin (Ay Məlik) və 

Birdi bəy, Sarı Buğanın qardaşı oğlu Şeyx Həsən (ünvanı: Səxt Kəman «Qatı Yaylı?) idilər. 

Qanqlı Bikicikin oğlu Bayan Teymur (bu monqolca bir addır) da Teymurun əmirləri arasın-

da yer almışdı. Mülki dövlət təşkilatında da bəxşi ünvanlı uyğurlar görünür. Bu qısa izah-

lardan da anlaşılacağı üzrə Teymurun digər əmirlərinin böyük əksəriyyəti Çingiz xan döv-

ründəki monqol oymaqları ilə monqolca danışan topluluqlara mənsub idi. Bu oymaqların da 

başlıcaları bunlardı: barulas (Teymurun oymağı), bayağut (bayaut: xanlara qarşı ilk baş qal-

dıran və 1358-ci ildə ölən Əmir Qazğanın oymağı), arulat, sulduz, tayciut, bisuut, cəlayir, 

məkrit, nayman, urnaut (?). 

3

 Fatih dövrünə ait münşəat məcmuəsi, yay. N.Luqal - A.Ərzi, İstanbul, 1956, s. 90. 




FARUQ SÜMƏR 

 

426 



 

XVI  əsrın  əvvəllərində  mühüm  siyasi  olaylar  baş  verdi.  İranda  iqtidar 

səfəvilərin,  Türkistanda  və  Xarəzmdə  özbəklərin  əlinə  keçdi.  Xəzərarxası 

türkmənləri teymurilərdən sonra  yenidən özbəklərin rəiyyəti oldular. Anla-

şıldığına görə, bu əsrın ilk rübündə Xəzərarxası türkmənlərinin coğrafi ya-

yılışları  belə  idi:  Manqışlaqdakı  türkmənlərin  çoxu  salur  adıyla  anılır,  içki 

salur (iç-salur) və taşkı salur (dış salur) adları ilə iki qola ayrılırdı. Bunlar-

dan içki salurlar Manqışlağın sahil kəsimində, taşkı salurlar da şərqdə, Xa-

rəzmdən sahilə gidən uzun yol üzərində yaşayırdılar. İçki salurun daha çox 

salur adını daşıyan obalardan meydana gəldiyi görünür

1



XVI əsrın ilk rübündə Xorasanda, Durun yörəsində də salur adını daşı-



yan olduqca qələbəlik bir topluluq yaşıyor və Manqışlaq salurlarından ayırd 

etmək üçün bu topluluğa Xorasan saluru adı verilirdu. Taşkı-salura gəlincə, 

bu qol təkə, sarıq və yomut oymaqları tərəfindən təmsil edilirdi

2

. “Şəcəreyi-



tərakimə”yə  görə,  bunlardan  təkələr  və  sarıqlar  salurdan  Toy  Tutmaz  adlı 

bir  kişidən  törəmişlər.  Yomut  isə  yenə  orada  qaltaq  oymağı  ilə  birlikdə 

                                                           

1

 “Şəcəreyi-tərakimə”də  içki  salurların  yuxarıda  adı  keçən  salur  Öyürcük  Alpın  oğulların-



dan biri olan Вukаnın (Buğa) nəsli olduğu söylənir (s.  69, türkcəsi, s. 87). Digər bir yerdə 

isə içki salurun Arıqlıdan törəndiyinin söyləndiyi yazılır. Buna görə peçeneqlərin (bəçənə) 

Toymaduq adlı başbuğları Salur Qazanın atası Ənkişın ordasını basıb xatunu Çiçəklini əsir 

alır. Üç  il sonra  Ənkiş  mal  verib arvadını qurtarır. Çiçəkli xatun evinə  döndükdən altı ay 

sonra bir oğlan doğur. Bundan çox dilxor olan Salur Qazan bəy: "bu uşağı kimdən doğdun" 

deyərək bir dəynəklə vurub anasının başını yarır. Belə olunca Çiçəkli xatun bu cavabı verir:  

Yağı gəldi qararıb,  

Qaçıb getdin bozarıb, 

 Dəvəyə minib ardından  

Gedir idim qabarıb,  

İxtiyarımı aldı,  

Bu oğlanı içimə saldı"  

(s. 70, türkcə tərcüməsi, s. 88). Salur Qazanın anasının bu sözləri qarşısnda susmağı tərcih 

etdiyi  şübhəsizdir.  Bu  uşağa  köpəklərə  verilən  İrək  adını  qoyurlar.  İçki  salurun  törəndiyi 

söylənən Arıqlı bu İrəkın oğlu idi. Bu rəvayəti tükmənlərin əlində olan bir kitabdan (Oğuz-

namə ?) nəql edən Əbülqazi "O zamanlar biz yox idik. Doğrusunu-yalanını Tanrı bilir, əgər 

yalan isə günahı daha öncə söyləyənlərin boynuna" deyir (s. 70-71, türkcə tərcüməsi, s. 88-

89). Bu diqqətəşayan bir rəvayətdir. Bilindiyi kimi, Dədə Qorqud dastanlarında Salur Qa-

zan bəyin digər bəylərlə  ovda olduğu əsnada  düşməni  Şöklü Məlikin onun ordasını basıb 

arvadını, oğlunu və anasını əsir aldığı, Qazanın anasının bir dəvə üzərində götürüldüyü bil-

dirilir.  Şübhəsiz  ki,  bu,  həmin  hadisənin  bizim  dastanlardakı  inikasıdır.  Qazan  sonra  düş-

məndən bu basqının heyfini almışdır. Qazan bəyin bıı zəfəri bizdə həmin dastanda, “Şəcə-

reyi-tərakimə”də  isə  ayrı  bir  şeirdə  anladılır.  Bozqırlarda  bulə  olayların  baş  verdiyi  anla-

şılır.  Çingiz  xanın  həyatında  da  belə  bir  hadisənin  olduğunu  bilirik.  Əsirlikdən  qurtarılan 

Temüçinin arvadı Börtə evə döndükdən az bir müddət sonra Çuçini doğmuşdu. Çuçi Əbül-

qazinin də ulu babasıdır... 

2

 Şəcəreyi-türk,  yayınlayan  P.l.Desmaisons,  Amsterdam,  1970,  s.209;  qısaldılmış  türkcə 



tərcüməsi, Rza Nur, s. 219. 


Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   198   199   200   201   202   203   204   205   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə