Oğuzlar (TÜrkməNLƏR) faruq süMƏR



Yüklə 5,56 Mb.
Pdf görüntüsü
səhifə203/213
tarix23.08.2018
ölçüsü5,56 Mb.
#63995
1   ...   199   200   201   202   203   204   205   206   ...   213

OĞUZLAR (TÜRKMƏNLƏR) 

 

427 



 

Öyürcük Alpın nəvəsi Qulmıdan törənmiş kimi göstərilir

1

. Manqışlaqda sa-



lur  topluluğuna  daxil  edilməyən  həsənəli  adlı  başqa  bir  topluluq  da  vardı. 

XVI əsrın birinci yarısında Xarəzm xanlarına verdikləri vergi (16000 bərat 

qoyunu,  1600  qazan  qoyunu),  həsənəlinin  də  içki  salur  qədər  qələbəlik  bir 

topluluq olduğunu göstərir. Həsənəli başlıca çavuldur (>çavundur), iğdır və 

soynacılar  ilə  digər  bəzi  kiçik  oymaqlar  tərəfindən  meydana  gətirilmişdi

2



Bu verginin çoxunu iğdırlarla çavuldurlar ödəyirdilər. 

Balxana  gəlincə,  bu  dağın  yaxınında  ərsarılar  yaşayırdılar.  Bu  oymağa 

adını vermiş olan Ərsarı bayın XIV əsr başlarında yenə eyni bölgədə yaşa-

mış tarixi bir şəxsiyyət olduğunu görmüş və ürgəncli Şeyx Şərəfə “Müin ül-

mürid” adlı bir kitab yazdırmış olduğunu da söyləmişdik

3

. Yenə orada qeyd 



edildği  kimi,  Ərsarı  bay  “Şəcəreyi-tərakimə”də  Öğrüçık  Alpın  nəvəsi  Qul 

Hacının  oğlu  kimi  göstərilir.  Beləcə  ərsarı  oymağı  da  salura  bağlanmaqda-

dır. Ərsarılar və Xorasan saluru vergi almaq üçün gələn təhsildarları öldür-

düklərindən  Xarəzm  hökmdarı  Süfyan  xan  tərəfindən  yağmalanıb  yenidən 

vergiyə bağlandılar. Buna görə ərsarı 16.000, Xorasan saluru 16.000 qoyun, 

təkə, yomut və sarıq da bunun yarısı qədər, yəni 8.000 qoyun verəcəkdilər

4



Süfyan xan dövründə (1525-1535) göklənlərin harada yaşadıqlarına dair 



bilgi  olmamaqla  bərabər  onların  Ətrək  və  Gürgən  boylarında  oturduqları 

şübhəsizdir. Göklənlər adı keçən xana vergi olaraq 12.000 qoyun verməklə 

mükəlləf idilər

5

. Göklənlər, aşağıda göstərldiyi kimi, kayı, bəydili, bayındır 



kimi oğuz boylarının qollarından meydana gəlmiş bir topluluq idi. Barthold 

eyni əsrdə Astarabad sınırında səfəvilərə problemlər çıxaran oxlu oymağının 

da göklənlərə mənsub olduğu görüşündədir

6

. Əbülqazi arabaçı oymağına da 



4.000  bərat,  400  qazan  qoyunu  olmaq  üzrə  vergi  qoyulduğunu  yazır,  lakin 

bu oymaq haqqında onun əsərlərində başqa bilgiyə rast gəlinmir

7



                                                           



1

 Şəcəreyi-tərakimə, s. 69, 72, türkcə tərcüməsi, s. 87, 90. Fəqət əlimdəki qaynaqlarda qal-

taqlar haqqında bilgi verilmir. 

2

 Şəcəreyi-türk, s.210, türkcəsi s. 220. 



3

 Seyyid Əhməd əl-Mərginaniyə görə Ərsarı bay Şeyx Şərəfin müridi, Seyyid Atanın  müx-

lisi olmuşdur. Ərsarı bay adı keçən müəllifin əsərində Baba Ərsarı olaraq anılır və uşağı ol-

madığı bildirilir (bax: Ə.Z.Vəlidi, həmin  maqalə, s.  323-324). “Şəcəreyi-tərakimə”yə  görə 

(s. 69, türkcə tərcüməsi, s. 87), Ərsarı bayın İnal Qazi, Zeynal Qazi və Mustafa Qazi adlı üç 

oğlu ilə Mama adlı bir qızı vardı. Ərsarı zəngin bir bəy olduğundan ona "bay" ləqəbi veril-

mişdi. Dədə Qorqud dastanlarında da bəzi varlı bəylərin (Bay Bürə, Bay Biçən kimi) bu lə-

qəbi daşıdıqları görünür. 

4

 Şəcəreyi-türk, s. 209, türkcəsi, s.220; Barthold. A History of the Turkman people, s. 136-



138. 

5

 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137.  



6

 Həmin əsər, s. 139. 

7

 Şəcəreyi-türk, s.210, türkcəsi, s. 220; Barthold, həmin əsər, s. 137. Arabacılar XX əsrın ilk 



rübündə  Ceyhunun  sağ  sahilində  Turtkul  yörəsində  yaşayırdılar  (Barthold,  göstərilən  yer, 

haşiyə 4). 




FARUQ SÜMƏR 

 

428 



 

O zamanlar Ceyhun (Amu-Dərya) irmağı Xəzər dənizinə axırdı. İrmağın 

hər iki sahili boydan-boya əkin tarlaları, bağlar, bağçalarla dolu idi

1

. İrmaq 



boyunda  başlıca  üç  topluluq  otururdu:  adaxlı  Xızır  eli  (yurdu  Ton-Kırıdan 

Qarı Keçidə qədər uzanan yerdə), Əli eli (Qarı Keçiddən Balxan dağı yaxı-

nındakı Ağdama qədər olan yerdə) və dəvəçilər (Ağdamdan Oğurcaya, yəni 

irmağın töküldüyü yerə qədər olan yörədə). “Şəcəreyi-tərakimə”də bu üç el 

mənşələri baxımından xalis türkmən sayılmır. Rəvayətə görə, Xorasan haki-

mi Koma bəy Ərsarı bayın qızı Mama bikəni boşayıb qardaşlarının yanına 

göndərəndə ona evli bir qul, yəni kölə vermişdi. Bu qulun dörd oğlu və iki  

qızı vardı. Mama bikə yaşlanınca köləsinin uşaqlarının hürriyyətlərini verdi. 

Dörd qardaşın ən böyüyü Xızır Çura Ceyhun boyunda əkinçilik etməyə baş-

ladı;  ağlı  və  əməksevərliyi  sayəsində  qısa  zamanda  varli  bir  adam  oldu. 

Monqoldan, salurdan bir çoxları Xızırın xidmətinə girdilər. Nəticədə Xızırın 

adamlarının sayı çoxaldı və onlara Xızır eli deyildi. Xızır eli arasındakı küt-

lər obası Xızırdan törəmişdir

2

. Süfyan xan dövründə Xızır eli yığılan məh-



sulun onda birini (əşar) vergi olaraq həmin xana verirdi

3



Əli eli isə Xızırın qardaşı Əlinin adını daşıyır. Əli eli xalqı yalnız əkinçi-

liklə uğraşmır, davarcılıqla da məşğul olurdu. Əli elində moğolcıqlar deyi-

lən  oba  Əli  Çuranın  nəsli  sayılır

4

.  Dəvəçilərə  (təvəçilər)  gəlincə,  bunlar 



Altın Orda hökmdarı Canıbek xanın Balxan dağında dəvə yetişdirmək üçün 

göndərdiyi otuz dəvəçidən törəmişlər. Bu otuz dəvəçinin müxtəlif oymaqla-

ra mənsub olduğu da bildirilir. Dəvəçilər də həm əkinçilik edir, həm də qo-

yun  saxlayırdılar.  Adı  çəkilən  Süfyan  xana  Əli  eli  kimi  dəvəçilər  də  həm 

əkindən, həm də qoyundan vergi verirdilər. Hər iki eldən alınan qoyunun sa-

yı 12.000, qazan qoyunu isə 1.200 idi

5



Bunlar kimi əsil türkmən sayılmayan oymaqlardan biri də qara ivlilərdir. 



Bilindiyi kimi, Kaşğaridə qara bölük, Rəşidəddində qara ivli (qara evli) adlı 

bir oğuz boyu vardır. Türkiyədə də Qaraevli adında bir çox kənd var

6

. An-


caq Xəzərarxası türkmənləri arasında görünən qara evlilərin yuxarıda adları 

çəkilən Xızır və Əli Çoranın qardaşı olan Qaşqa Çoranın oğulları olduqları 

söylənir. Qaşqa Çora da Ceyhun yaxasında və Acı dənizin (Xəzər) yaxının-

da yurd tutsa da, qardaşları kimi varlı bir insan ola bilməmişdi. Çünki yurd 

tutduğu yörənin əkin əkiləcək torpağı və davar otarılacaq örüşü də azdı

7

.  



                                                           

1

 Ceyhunun  yataq  dəyişdirməsi  haqqında:  Şəcəreyi-türk,  s.207,  s.  210;  Barthold,  həmin 



əsər, s. 133-137; Z.V.Toğan. Amu-Dərya maddəsi, İA, I, s. 419 və davamı. 

2

 Şəcəreyi-tərakimə, s. 74-75; türkcə tərcüməsi, s. 92-93. 



3

 Şəcəreyi-türk, s..210-211, türkcəsi, s. 221. Barthold, həmin əsər, s. 135. 

4

 Şəcəreyi-tərakimə, s. 75, türkcə tərcüməsi, s. 93; Şəcəreyi-türk, s. 221; Barthold, s. 135. 



5

 Səcəreyi-türk, s.207-211, türkcəsi, s. 220-221 Əbülqazi başqa bir yerdə (s. 253) dəvəçilə-

rin 5.000-6.000 çadırlıq bir topluluq olduğunu yazır. 

6

 Qara evli bəhsinə bax. 



7

 Şəcəreyi-tərakimə, s. 76, türkcə tərcüməsi, s. 76; Barthold, həmin əsər, s. 134. 




Yüklə 5,56 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   213




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə