OĞUZLAR (TÜRKMƏNLƏR)
57
(məfazət-ül-ğuzziyyə) adlandırmışlar. XIII əsrdə türklər bu çölə Karakum
(Qaraqum) demişlər.
Oğuz elinin toplu və kompakt yaşadığı yer Sır-Dəryanın mənbəyindən
orta yatağına qədər olan sahə ilə çayın hər iki sahilindəki ərazi, xüsusilə şi-
mala doğru uzanan torpaqlardır. Oğuz yabğusunun (kralının) qışlağı olan şə-
hər çayın mənbəyindən iki günlük mənzildə və çaya bir fərsəxlik məsafədə
yerləşirdi. Bu şəhər ərəbcə əsərlərdə əl-Mədinət-ül-cədidə və ya əl-Qəryət-
ül-hadisə
1
, fars dilindəki «Hüdud-ül-aləm»də
2
Dihi-nou adlanır.
XIII əsrə aid əsərlərdə şəhərin Yengi kənt (Yeni kənd) şəklində türkcə
adı çəkilir
3
. Bununla bərabər, şəhər, şübhəsiz ki, X əsrdə də türkcə belə ad-
lana bilərdi. Həmən çayın sahilindəki Cənd və Xuvarə şəhərləri də yabğu-
nun hakimiyyətində idi, burada müsəlmanlar da yaşayırdılar.
İsficabın şimalından başlayaraq Sır-Dəryaya paralel olaraq uzanan Kara-
çuk sıra dağları bölgəsi də oğuzların çox mühüm bir hissəsinin yaşadığı yer
idi. Mahmud Kaşğari
4
Karaçukun oğuz ölkəsinin adı olduğunu söylədiyi ki-
mi, öz xəritəsində də Karaçuk dağını oğuz yurdu olaraq göstərmişdir
5
.
Əbülqazinin «Şəcəreyi-tərakimə»sində türkmən rəvayətləri arasında oğuz-
ların yurdu kimi Kazğurd ilə birlikdə Karaçukdan da bəhs edilir
6
. Teymurun
zəfərnamələrində də bu dağın adı çəkilir
7
.
1
Məsudi. Mürüc üz-zəhəb, s. 212; İbn Hövkəl, s. 512. ondan nəqlən: İdrisi. Nüzhət ül-müş-
taq, Köprülü kitabxanası, № 95, vərəq 419 b.
2
S. 123, Minorski, s. 122.
3
V.Rubrukun qeydləri, ingiliscə tərcüməsi, London, 1900, s. 14; Cüveynidə (Tarixi-cahan-
güşa. M.Qəzvini nəşri, I, s. 69, 72) Şəhri-Kənt kimi gedir, ancaq «Cami ət-təvarix»in təsdiq
etdiyi kimi (haşiyələrə bax), bu söz Şəhri-Yengi olmalıdır.
4
«Karaçuk-ism ül-Fərab və hiyə ismu-bilad ül-ğuziyyə» «Karaçuk-Fərabın və oğuz ölkəsi-
nin adıdır» (Kilisli, I, s. 404). Bəsim Atalay bu cümlədəki «və hiyə ismu-bilad ül-ğuziyyə»
ibarəsini yanlış sanaraq cümləni «bu, oğuz
şəhərlərindən birinin adıdır» şəklində dəyişdir-
mişdir. Halbuki Kaşğari Karaçukun həm Fərab şəhərinin, həm də oğuz ölkəsinin adı oldu-
ğunu bildirir.
5
Bu xəritə Kilisli nəşrində I cilddə, Atalay [və Ramiz Əskər] nəşrində II cilddədir.
6
«Oğuz ilininq yurtlarınıq gün doğuşu İssığ köl və Almalık və kıbləsi Sayram və Kazğurt
Tağı və təmur kazığı Uluğ Tağ və Kiçik Tağ ki, misninq kani bolur və kün batışı Sır suyu-
nunq ayağı Yanqı Kənt və Karakum-işbu ayıtılğan yerlərininq içində ornıda tört min və beş
min yıl olturdılar» (N.Kononov. M.-L., 1958, s. 40). Göründüyü kimi, Əbülqazini oğuzların
vətəni ilə əlaqədar rəvayəti gerçəyə çox yaxındır. Yalnızca oğuz yurdunun şərqinin İssık
kul və Almalık olduğu barədə ifadə X əsr üçün doğru deyildir.
7
Şərafəddin Əli Yəzdi. Zəfərnamə. Kəlküttə, 1887, I, s. 272-273. Bu qeyd eyni zamanda
Karaçuk dağının ucsuz-bucaqsız bozqıra nəzərən hakim bir mövqedə bulunduğunu və boz-
qırın oradan müşahidə edildiyini də göstərir. Teymur ikinci dəfə Toxtamış üzərinə gedəndə
buradan keçmişdi (həmən əsər, I, s. 503); Nizam Şami. Zəfərnamə. Feliks Tauer nəşri, Pra-
qa, 1937, I, s. 118. Burada verilən qısaca bir məlumatda Karaçuk adı çəkilir. Bu qeydlərdən
Kaşğari və Əbülqazinin oğuz məntəqələri arasında göstərdikləri Karaçuk dağının yeri
açıqca bilinir. Bu gün bu sıra dağlar Karatau adlanır (Z.V.Toğan. Türk eli xəritəsi və ona
aid izahlar, İstanbul, 1945).
FARUQ SÜMƏR
58
Oğuzlar bu yurdda lap qədimlərdən yaşayırdılar. İbn-Xordadbeh
1
Xora-
san valisi Abdulla ibn Tahirin zamanında (828-814) oğuzlardan 1.000 dus-
tağın 60.000 dirhəm qiymətinə alındığını bildirir. Bəlazurinin bir qeydindən
anlaşılır ki,
2
bu dustaqlar Abdulla ibn Tahirin oğlu Tahirin sərkərdəliyi al-
tında oğuzlara qarşı göndərdiyi ordu tərəfindən alınmışdır. Ancaq hər iki
qeyddə oğuzların yurdu haqqında heç bir izahat verilmir.
İstər Orxon bölgəsindəki doqquz-oğuzlar, istərsə də on-oxlara mənsub
oğuzlar buralara şərqdən gəlmişdilər. Əgər oğuzlar on-oxların qohumlarıdır-
sa (qüvvətli ehtimala görə, bu belədir), onların aşağı Sır-Dərya sahillərinə
gəlmələri karluqların on-oxların ölkəsini fəth etmələrilə bağlı ola bilər. Aşa-
ğı Sır-Dərya ətrafının və Aral sahillərinin oğuzlardan əvvəlki sahilləri isə
peçeneqlər olmuşlar. Daha əvvəl də dediyimiz kimi, peçeneqlərin üç əsas
boyunun müştərək adı kəngər idi. Bunun göytürklərin 701-ci ildə Suğdak
səfəri nəticəsində ələ keçən və Karaçuk dağları ilə onların şimalındakı boz-
qırlarda yaşadığı bilinən kəngəras təşəkkülünün adı ilə eyni olduğu qəbul
edilmişdir
3
. Bundan əlavə, Biruninin bir qeydində peçeneqlərin Aral gölü ət-
rafında Xarəzmə qonşu olaraq yaşadıqları göstərilir
4
. Digər tərəfdən peçe-
neqlərin bir zamanlar karluqların qonşuluğunda yaşadıqlarını göstərən hə-
min müəllifin başqa bir əsərində bir qeyd də vardır
5
. Bu qonşuluq hər halda
İsficab ilə Talas tərəflərdə olmalıdır
6
.
Peçeneqlər Sır-Dərya boyunda və Aral gölü ətrafında yaşayarkən oğuz-
lar harada məskun idilər? Bu xüsusda qəti bir söz söyləmək mümkün deyil,
Rəşidəddin türklərin dastani tarixində Talas bölgəsindən başqa şərqdəki Al-
malık bölgəsini də oğuzların yurdları hesab edir
7
. Əgər oğuzlar on-oxlara
mənsubdurlarsa, onların Çu və Talas vadilərində yaşayan, çinlilərin nu-şe-
pu dedikləri qoldan olmaları ən qüvvətli ehtimaldır. Belə anlaşılır ki, oğuz-
lar peçeneqlərə şərqdən hücum etmişlər. Hər halda iki qonşu qövm arasında
ağır vuruşmalar baş vermiş və ən sonda oğuzlar peçeneqləri Əmba çayının
arxasına qovmuşlar. Oğuzların peçeneq yurdunu nə vaxt ələ keçirdikləri də
bilinmir.
1
s. 37, 39.
2
Fütuh ül-büldan, Qahirə, 1350, s. 420.
3
Bax: Belleten, № 69, 89-104.
4
Təhdidi-nihayət il-əmakin. Fateh kitabxanası, № 3386, s.205-206; bu mətn üçün ayrıca
bax: Biruniyə ərməğan cildi, Kəlküttə, 1951, s. 250 və davamı.
5
Kitab ül-cümahir. Heydərabad, 1355, s. 218.
6
Məsud (Kitab ül-tənbih vəl-işraf. De Qoj nəşri. Leyden, 1894, s. 180-181) Aral gölü ətra-
fında peçeneq, bəcni, baçgərd və nukərdə qövmləri ilə oğuz, karluk və kiməklər arasında
vuruşmalar olduğunu və bu dörd qövmün vuruşmalar nəticəsində yurdlarını tərk edərək Şi-
mali Qafqaza köçdüklərini yazır.
7
Oğuzlara aid dastani mahiyyətdə əsərlər. Dil və Tarix-Coğrafiya Fakültəsi jurnalı, V-VII,
№ 3-4, s. 360-361.