OĞUZLAR (TÜRKMƏNLƏR)
55
tarxanlar
1
vermişdi. Kiməklərin başbularının da türk ünvanı daşıdığını bi-
lirik
2
. Çiklərin adına daha heç harada təsadüf olunmur.
Kiməklər Yuxarı İrtiş boyunda yaşayırdılar. Markver hesab edir ki, ki-
mək adı iki imək sözlərindən yaranmışdır (çox mümkündür). Bu türk eli 7
boydan ibarət idi: imi, imək, tatar, bayandur, kıfçaq, nilhaz (?) və əcləd (?)
3
.
Buradakı tatar adı diqqəti cəlb edir. Digər tərəfdən yimək (buradakı imək)
boyunun bayaud adlı mühüm oymağı da vardı
4
. Eyni adda bir monqol boyu
olduğunu bilirik
5
.
Bunlar kiməklərin bir qövmi birlikdən ziyadə bir siyasi birlik olduqları
ehtimalını yada salır. Kiməklərin IX əsrdə tənəzzül etməyə başladıqları mü-
şahidə edilir. Bu əsərdə qıpçaqlar belə müstəqil bir türk qövmü kimi zikr
olunmuşlar
6
. XI əsrdə isə kimək adı ortadan qalxmış və bu el başlıca olaraq
qıpçaqlar və yiməklər (imək) tərəfindən təmsil edilmişlər. Yiməklər həmin
əsrdə də İrtış boyunda yaşayırdılar.
Qıpçaqlara gəlincə, IX əsrdə eldən ayrılmış bu boy qərbə doğru köçmüş,
şimaldan oğuzlara qonşu olmuşdur. Hələ «Hüdud ül-aləm»də (mənbə: Cey-
hani, X əsrin birinci rübü) qıpçaqların bəzi adətlərdə oğuzlara bənzədiyi
göstərilir. Kaşğari də qıpçaqların ləhcəsinin bir çox baxımdan oğuzlarınkına
uyğun olduğunu yazır
7
.
Bu hal kiməklərin əsil qolunun da on-oxlara mənsub olması ilə bağlıdır-
mı? Qıpçaqlar bir tərəfdən əhali artımı, digər tərəfdən bəlkə də kiməklərə
mənsub digər bəzi təşəkküllərin onlara qatılması ilə qüvvətlənərək X əsrin
ikinci yarısından etibarən oğuzları sıxışdırmağa başlamış və onların köçmə-
sində mühüm bir amilə çevrilmişlər ki, bu barədə aşağıda ayrıca danışıla-
caqdır. Qıpçaqların Kaşğarinin müasiri olan Kanlı (Qanlı) adlı bir bəyləri
vardı
8
. Onun tabeliyindəki qıpçaqlar o biri əsrdə də bu adla (kanlı) tanındılar.
Qıpçaqlar kiməklərdən necə ayrılıb müstəqil bir el olmuş, hətta qardaş yi-
mək boyu ilə qohumluğu rədd etmişlərsə
9
, kanlılar da daha sonralar müstə-
qil bir qövm sayılmış, «Oğuz» dastanında belə göstərilmişlər.
X əsrin birinci rübünə doğru Səm (Emba) ilə Yayık (Ural) çayları ara-
sında peçeneqlər yaşayırdı. Bəhs edilən dövrdə onların əsil ana qolu Qara
dənizin şimalındakı torpaqların hakimi idi. Qüvvətli ehtimala görə, peçeneq-
1
ƏTY, Şine-Usu kitabəsi, I, s. 170-172, 174.
2
Mücməl üt-təvarix, s.420.
3
Gərdizi, s. 83-84; Minorski, «Hüdud ül-aləm», izahlar qismi, s. 304-305.
4
Nəsəvi. Sıryet üs-sultan Cəlaləddin Mənquberti. O.Udanın fransızcaya tərcüməsi. Paris,
1891, 1895 s.44.
5
Rəişdəddin. Berezin nəşri, s. 11.
6
İbn Xordadbeh, s. 31.
7
Atalay, I, s. 31, 33, 154; [Ramiz Əskər, I, 105, 107, 208].
8
Kaşğari. Kilisli, III, s. 28; Atalay, III, s. 29; [Ramiz Əskər, III, s. 32].
9
Kaşğari. Kilisli, III, s. 280; Atalay, III, s. 379; [Ramiz Əskər, III, s. 328].
FARUQ SÜMƏR
56
lər on-oxlara mənsub boydurlar və onların oğuzlarla heç bir qövmi münasi-
bətləri yoxdur. Yəni onlar 24 oğuz boyundan biri olan peçeneqlər ilə eyni
təşəkkül deyildir
1
. XI əsrdəki türk qövmləri haqqındakı bu qısa xülasədən
sonra
2
artıq əsil mövzumuza keçə bilərik.
1. OĞUZLARIN VƏTƏNİ
X əsrin birinci yarısında oğuzlar Xəzər dənizindən Sır-Dərya (Ceyhun,
İnci) çayının orta yatağındakı Fərab (XI əsrdə türkcə adı Karaçuk idi) və
İsficab yörələrinə qədər olan ərazi ilə bu irmağın şimalındakı bozqırlarda
yaşayırdılar
3
. İstəxri və digər coğrafiyaşünasların əsərlərindən oğuz ölkəsi-
nin qərb, cənub və şərq sərhədləri haqqında qəti bir fikir əldə etmək müm-
kündür. Həmin fikrə görə, oğuz ölkəsi qərbdə Xəzər dənizi ilə həmsərhəd
idi. X əsrin əvvəllərində o vaxtadək qeyri-məskun olan və Xəzərin şərqində
yerləşən Siyah Kuh (Qara dağ) yarımadası onlar tərəfindən işğal edilmiş,
məskunlaşdırılmış, yarımada bundan dolayı türkcə Manqışlaq adını almışdı
4
.
Cənubda islam ölkələrilə olan sərhədə gəlincə, qərbdə, yəni Xarəzm ölkə-
sində sərhəd Cürcaniyə (Gürgənc) və xüsusən bu şəhərin şimal-qərbindəki
Cit (Jit) qəsəbəsindən başlanırdı. Aral gölünün cənubundakı Baratəkin də
sərhəd qəsəbələrindən idi
5
.
Mavəraünnəhrdə sərhəd Buxaranın şimalındakı çöldən başlayaraq İsfi-
cab bölgəsinə qədər uzanırdı. Sır-Dəryanın sol sahilində Karaçuk dağlarının
ətəyində və Yeniseyə bir günlük mənzildə yerləşən möhkəmləndirilmiş Sav-
ran (Sabran) müsəlmanların oğuzlara qarşı sərhəd şəhəri idi. Sır-Dərya Sar-
vandan sonra oğuzlara aid bozqır bölgəsinə daxil olurdu. Ancaq oğuz ölkə-
sinin şimal sərhədləri haqqında əlimizdə dəqiq məlumat yoxdur. İstəxriyə
görə, oğuz ölkəsinin hüdudları bu yöndə İdil çayına qədər uzanırdı
6
. Lakin
ibn Fədlan 912-921-ci ildə Bulğara səyahət edərkən Embadan sonra oğuzları
görməmiş, əvəzində Yayıkın qərbində peçeneqlərə rast gəlmişdir. Bu üzdən,
bizcə, İstəxrinin məlumatı olduqca şübhəlidir. Xəzərin şərqindən Karaçuk
dağlarına qədər uzanan çölü Bəlxiyə istinad edən müəlliflər
7
«Oğuz bozqırı»
1
Oğuzların peçeneq boyu haqda bax: II hissə.
2
Bu türk qövmləri haqda daha geniş məlumat üçün bax: «Hüdud ül-aləm». Minorski nəşri,
s. 263-315 və Mərvəzi. İzahlar qismi, s. 92-110.
3
İstəxri, s. 9, ayrıca s. 290.
4
İstəxri, s. 219, ondan nəqlən: İbn Hövkəl, s. 389; «Hüdud ül-aləm», s 24, Minorski nəşri,
s. 60. Oğuzların burada quruda və dənizdə yolkəsənlik etdiyi söylənir. «Hüdud ül-aləm» bu
bəhsdə də İstəxri kimi Bəlxiyə əsaslanır (920).
5
İstəxri, s. 303; Müqəddəsi, s. 289.
6
İstəxri, s. 10, 222; «Hüdud ül-aləm», s. 86, Minorski nəşri, s. 100.
7
İstəxri, s. 217-218; «Hüdud ül-aləm», s. 55, 86.