55
deyə buyurmuşdu.
Müaviyə dedi:–Allaha and olsun, əgər Əli Süməyyənin oğlu Əmmarı
mənim ixtiyarımda qoysa, onu Osmanın qulamı Nailin əvəzində öldürərəm!
Şibs dedi:–Yerin-göyün Allahına and olsun ki, ədalətli yol seçməmisən!
Tək olan Allaha and olsun ki, heç vaxt Süməyyənin oğlunu öldürə
bilməzsən! Əgər bu işi görmək istəsən, onda gərək başlar bədəndən ayrılsın
və yer özünün bu qədər genişliyi ilə sənə dar gəlsin.
Müaviyə dedi:–Yer
mənə dar gəlsə, sənə məndən də çox dar gələr!
Bu yerdə danışıqlar sona çatdı və nümayəndələr heç bir müsbət nəticə
əldə edilmədən, Müaviyənin təfəkküründə azacıq belə dəyişiklik hasil
olmadan geri qayıtdılar. Müaviyə Ziyad ibni Həfsəni çağırdı və onun
əqidəsinə təsir edə biləcəyini fikirləşdiyi üçün təklikdə söhbət etmək
istədiyini bildirdi.
Müaviyə dedi:–Əli qohumluq əlaqələrini kəsmiş, bizim imamımızı
(Osmanı) öldürmüş, onun qatillərini gizlətmişdir. Sən gəl öz qəbilə və
qohum-əqrəbanla birlikdə bizə kömək et. Söz verirəm ki, qələbədən sonra
iki böyük şəhərin (Kufə və Bəsrənin) hansının hakimliyini istəsən sənə
verim.
Ziyad ibni Həfsə dedi:–Pərvərdigarım tərəfindən olan dəlil və Onun
mənə verdiyi nemətlərə görə heç vaxt cinayətkarlara arxa durmaram!
1
Bu sözləri deyib Müaviyənin yanından çıxdı. Əmr As da bu
müzakirələrdə iştirak edirdi. Müaviyə ona dedi: Biz onların hansı biri ilə
danışırıqsa, çox yaxşı cavab verir. Hamısının ürəyi bir ürək kimidir,
məntiqləri də birdir.
2
MÜAVIYƏNIN NÜMAYƏNDƏLƏRI IMAM (Ə)-IN
HÜZURUNDA
Nüfuzlu şəxsiyyətləri göndərməkdə Imam (ə)-ın məqsədi bu idi ki,
Müaviyənin tutduğu mövqeyi dəyişdirsin və bu məsələ müzakirə yolu ilə
həll edilsin. Halbuki Müaviyənin bu işdə məqsədi müharibənin gedişini
təxirə salmaqla Imam (ə)-ın qoşununda ixtilaf yaratmaq idi. O bilirdi ki, Əli
(ə) onun kimilərin qarşısında tutduğu mövqeyi heç vaxt dəyişməz. Müaviyə
Həbib, Şərhbil və Müəni Əli (ə)-ın hüzuruna göndərdi. Onların məntiqi elə
Müaviyənin məntiqi idi. Əslində onlar Müaviyənin sözlərini artırıb-
əskiltmədən təkrar edən carçılar idilər.
Indi onların Imam (ə)-la apardıqları müzakirəni qeyd edirik. Həbib
dedi:–Osman hidayət olunmuş bir xəlifə idi, siz onun haqqını tapdalayaraq
onu öldürdünüz. Onun qatillərini təhvil verin, onlardan qisas alaq. Əgər sən
onu öldürmədiyini desən, onda hakimiyyətdən geri çəkil və onu şuraya
tapşır.
Camaat hər kəsi seçsə, o da xəlifə olsun.
Həbibin sözləri çox süst və əsassız idi. Əvvəlcə Imam (ə)-ı dəlilsiz-
1
Burada həmçinin bir Quran ayəsinə də istind olunmuşdur ("Qəsəs" surəsi,
ayə:17)
2
"Vəqətu-Siffeyn", səh.199; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.148; "Tarixi-
Təbəri", 3-cü cild, səh.3; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 4-cü cild, səh.2
56
sübutsuz olaraq xəlifənin qətlində günahlandırıb özünü
xəlifənin müdafiəçisi
hesab edir. Sonra isə Imam (ə)-ın bu işi görmədiyini qəbul edir və ona deyir
ki, xilafətdən kənara çəkilsin. Sanki onun sözlərinin hamısı son sözü üçün
bir müqəddimə imiş. Buna görə də Imam (ə) qətiyyətlə bildirdi:–Sus! Sənin
hökumətə aid olan işlərə müdaxilə etməyə, bizim işdən götürülməyimizi
tələb etməyə haqqın yoxdur! Sənin belə bir səlahiyyətin yoxdur və ona da
layiq deyilsən.
Həbib dedi:–Allaha and olsun ki, özünü xoşlamadığın bir vəziyyətdə
görəcəksən!
Imam (ə) buyurdu:–Sən heç nəsən! Get öz süvari və piyadalarını bir yerə
yığ! Sənin əlindən heç bir iş gəlməz!
Şərhbil dedi:–Mən də elə Həbib deyənləri deyirəm. Ona verdiyin
cavabdan başqa bir sözün də varmı?
Imam (ə) buyurdu:–Bəli! Sənə və sənin dostuna başqa bir cavab da
varımdır. Allah Öz Peyğəmbərini seçib onun vasitəsi ilə insanları zəlalətdən
xilas etdi. Nəhayət, o öz risalətini yerinə yetirdikdən sonra Allah onu layiq
bildiyi yerə (cənnətə) göndərdi. Sonra camaat Əbu Bəkri onun canişini kimi
qəbul etdilər. Əbu Bəkr də Öməri özünə canişin seçdi... Sonra Osman
hakimiyyəti ələ aldı. Camaat onun gördüyü (yaramaz) işlərə etiraz edib,
hücum edərək onu öldürdülər. Sonra onların işlərindən kənarda olduğum
halda mənə pənah gətirdilər. Onlar çox israrla mənə beyət etdilər. Əvvəlcə
bunu qəbul etmədim, yenə də israr edərək dedilər: "Ümmət səndən
başqasının xilafətinə razı deyildir. Biz bundan qorxuruq ki, səninlə beyət
etməsək, ikitirəlik yarana bilər." Buna görə də mən onların beyətini qəbul
etdim. Təlhə və Zübeyr də mənimlə beyət etdilər, lakin sonradan beyəti
pozdular. Sonra Müaviyə mənimlə müxalifətə qalxdı. Onun nə dində bir
xidməti var, nə də islamda yaxşı bir keçmişi. O, (Məkkənin fəthində
əsirlikdən) azad edilmişdir, özü də azad edilmişin oğludur. O, əməvi
hizbindəndir. Onun atası həmişə Allah və Onun Peyğəmbəri ilə düşmən
olmuşdur. Onların hamısı islamı məcburiyyət üzündən, çıxılmaz vəziyyətdə
qaldığı üçün qəbul etmişlər. Sizin bu işinizə təəccüb edirik ki, nə üçün onun
üçün qüvvə yığmısınız, nə üçün ona itaət edir və Peyğəmbər ailəsini tərk
edirsiniz. Siz nə üçün Peyğəmbərin Əhli-beytini qoyub başqalarına
qoşulmusunuz?! Mən sizi Allahın Kitabına, Peyğəmbərin sünnəsinə, batili
məhv edib din nişanələrini dirçəltməyə dəvət edirəm. Bunu deyir və hər bir
mömin kişi və qadın üçün Allahdan bağışlanmaq istəyirəm.
1
Əgər tamah Təmim qəbiləsinin zahidi Şərhbilə qələbə çalmasaydı və
onun islam tarixindən müəyyən qədər xəbəri olsaydı, Imam (ə)-ın sözlərini
qəbul edərdi. Lakin o, Imam (ə)-ın haqq sözləri qarşısında aciz qaldığına
görə sözü dəyişib dedi: Osmanın qətli barəsində nə deyirsən?! Onun
məzlumcasına öldürülməsinə şəhadət verirsənmi?
Bu cür suallar bir peyğam gətirənin vəzifəsi deyildi. Onun məqsədi
1
"Vəqətu-Siffeyn", səh.200-202; "Kamil" (Ibni Əsir), 3-cü cild, səh.148; "Tarixi-
Təbəri", -ci cild, səh.4; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 4-cü cild,
səh.23-24