47
vaxt məqsədə qurban verilməməli, hətta ən çətin anlarda belə, əxlaqi
normalara riayət edilməlidir.
Müaviyənin qoşun başçılarının çayın əldən verilməsindən çox da narahat
olmadıqlarının səbəbini iki hiyləgər siyasətçinin–Müaviyə ilə Əmr Asın fikir
mübadiləsindən başa düşmək olar. Əmr As Müaviyənin insanlığa zidd olan
əməlləri ilə tam əks mövqe tutmuşdu, lakin Müaviyə özünün "ayrı düşmüş
ağlı"nın təsdiq etdiyinin əksinə hərəkət etdi. Nəhayət vəziyyət dəyişdi, Fərat
çayı Imam (ə)-ın əsgərlərinin əlinə keçdi və Müaviyənin ordusu bir neçə
kilometr geri çəkilmək məcburiyyətində qaldı. Bu vaxt bu iki qoca siyasətçi
öz şeytani danışıqlarına başladılar. Onların söhbətlərinin məzmununu qeyd
edirik:
Əmr As:–Necə fikirləşirsən?! Əgər iraqlılar suyu sənin üzünə bağlasalar,
onu açmaq üçün müharibə edəcəksənmi?
Müaviyə:–Keçənləri unut. Əli barəsində necə fikirləşirsən?
Əmr As:–Məncə, sənin ona rəva gördüyün şeyləri o sənə rəva görməz.
Çünki o bu çayı ələ keçirmək üçün gəlməmişdir.
Müaviyə bir söz dedi ki, qoca siyasətçi Əmr As narahat oldu. O da
cavabında bir şer oxudu və qeyd etdi ki, vəziyyət xarabdır. Mümkündür,
Təlhə və Zübeyrin başına gələnlər onların da başına gəlsin. Lakin Əmr Asın
verdiyi ehtimal tamamilə düz çıxdı. Imam (ə) Fəratı ələ keçirdikdən sonra
düşmənin sudan istifadə etməsinə mane olmadı və sübut etdi ki, o, ən qatı
düşmənlə müharibədə belə, əxlaqi qaydalara riayət edir və Müaviyənin
əksinə olaraq heç vaxt bir məqsədə çatmaq üçün əxlaqi üsulları qurban
vermir.
FƏRATI AZAD EDƏNDƏN SONRA
Hər iki qoşun bir-birindən aralı dayanıb öz başçılarının əmrini
gözləyirdi. Lakin Imam (ə) müharibə istəmir və dəfələrlə nümayəndə
göndərib məktub yazmaqla məsələni sülh yolu ilə həll etməyə çalışırdı. 36-cı
ilin rəbiüs-sani ayının son günlərində gözlənilmədən günahsız Hürmüzanın
qatili Übeydullah ibni Ömər Imam (ə)-ın yanına gəldi.
Hürmüzan iranlı idi. Ikinci xəlifə onun müsəlmançılığını qəbul etmiş,
onun məişətinin təmin olunması üçün müəyyən məbləğ ayırmışdı. Ömər,
Əbu Lölö adlı bir nəfərin bıçaq zərbəsi ilə öldürülmüşdü və məmurların
qatili tutmaq üçün göstərdiyi səylər nəticəsiz qalmışdı.
1
Xəlifənin
Übeydullah adlı oğlu insani qanunların əksinə olaraq qatilin yerinə
Hürmüzanı öldürmüşdü.
2
Übeydullahdan xəlifənin (Osmanın) vasitəsi ilə
qisas almaq üçün Imam (ə)-ın göstərdiyi səylər nəticəsiz qalmışdı. Imam (ə)
elə o vaxt Allahla əhd bağladı ki, əgər nə vaxtsa əlinə imkan düşərsə, onun
1
"Tarixi Fəxr", səh.131; "Murucuz-zəhəb", 2-ci cild, səh.329; "Həbibus-seyr", 1-ci
cild, səh.489
2
"Təcaribus-sələf", səh.23; "Futuhul-bildan", səh.583; "Tarixi-Yəqubi", 2-ci cild,
səh.161
48
barəsində Allah hökmünü icra edəcək.
1
Osmanın qətlindən və Imam (ə)-ın hakimiyyətə gəlməsindən sonra
Übeydullah ondan qisas alınacağından qorxub Mədinədən Şama qaçmışdı.
2
Belə bir ləkəli və qara keçmişə malik olan Übeydullah Siffeyn müharibəsi
günlərində Imam (ə)-ın yanına gəlib tənə ilə deyir: Allaha şükür olsun ki,
səni Hürmüzanın, məni isə Osmanın intiqamını almaq istəyənlərdən etdi!
Imam (ə) buyurdu: –vAllah mənimlə səni döyüş meydanında
qarşılaşdıracaq.
3
Təsadüfən Übeydullah döyüşün qızğın yerində Imam (ə)-ın əsgərləri
tərəfindən öldürüldü.
4
ON ALTINCI FƏSİL
HÖCCƏTIN AXIRINCI DƏFƏ OLARAQ TAMAM
EDILMƏSI
Otuz altıncı il Rəbiüs-sani ayının axır günlərində Imam (ə) islamın
böyük şəxsiyyətlərindən olan üç nəfəri–biri ənsardan, digəri Həmdan
qəbiləsindən, üçüncüsü isə Təmim qəbiləsindən–hüzuruna çağırıb onlara
buyurdu ki, Müaviyənin yanına gedib onu haqqa itaət etməyə, islam
ümmətinə qoşulmağa, Allahın əmrlərinə tabe olmağa dəvət etsinlər.
Təmimdən olan kişi Imam (ə)-a dedi: Əgər o beyət etməyə razı olsa, ona bir
imtiyazın (məsələn, bir yerin hakimiyyətinin) ona verilməsini məsləhət
görürsünüzmü?
Imam (ə) heç bir şəraitdə qanunu pozmazdı. Buna görə də buyurdu: Elə
indi onun yanına gedin və onunla açıq-aşkar söhbət edin, görün onun fikri
nədir.
Onlar Müaviyənin yanına gedib müzakirə apardılar. Onların
söhbətlərinin məzmunu aşağıdakı kimi idi:
Ənsardan olan kişi:–Ey Müaviyə! Dünya müvəqqətidir, sən başqa bir
dünyaya gedəcəksən, Allah əməllərinə görə sənə cəza verəcək. Özün üçün
əvvəlcədən göndərdiyin əməllərə görə hesab çəkməlisən. Səni and verirəm
Allaha, ümmətin arasında ikitirəlik salıb onların qanını axıtma!
Müaviyə onun sözünü kəsib dedi:–Nə üçün öz başçınıza belə məsləhətlər
vermirsən?!
Ənsardan olan kişi:–Sübhanəllah! Mənim başçım sənin kimi deyil! O,
fəzilət, dindarlıq, islama xidmət və Peyğəmbərlə olan qohumluğuna görə
camaatın ən ləyaqətlisidir.
Müaviyə:–Sözün nədir, nə istəyirsən?
Ənsardan olan kişi:–Səni öz əmoğlunun dəvətini qəbul etməyə
çağırıram. Bu işi qəbul edəcəyin təqdirdə dinin salamat qalar və axır-
1
"Ənsabul-əşraf", 3-cü cild, səh.24; "Murucuz-zəhəb", 2-ci cild, səh.395;
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-hədid), 3-cü cild, səh.61
2
"Murucuz-zəhəb", 2-ci cild, səh.388
3
"Vəqətu-Siffeyn", səh.186 (Qahirə çapı); "Əl-əxbarut-tival", səh.169
4
"Murucuz-zəhəb", 2-ci cild, səh.395
Dostları ilə paylaş: |