39
Atımı Hüseynin xeymələrinə tərəf çapdım və onun hüzuruna gəlib hadisəni
ona dedim. Hüseyn (ə) buyurdu: "... Bizimləsən, yoxsa bizim əleyhimizə?"
Dedim: "Heç birindən. Mən öz ailəmi Kufədə qoymuşam, ibni Ziyaddan da
qorxuram." Buyurdu: "Elə isə tez ol bu çölü tərk et! Mühəmməd (s)-in canı
əlində olan Allaha and olsun, hər kəs bizim kömək dilədiyimiz
fəryadlarımızı eşidib kömək etməsə, Allah onu cəhənnəmə atacaq." Buna
görə də dərhal oranı
tərk etdim ki, şəhadət gününü görməyəm."
1
IMAM (Ə) SABAT VƏ MƏDAINDƏ
Imam (ə) Kərbəladan Sabata yola düşdü, yol üstündə Bəhr-Seyr şəhərinə
çatdı. Orada Kəsradan heç bir əsər-əlamət qalmamışdı. Bu vaxt Hürr ibni
Səhm, Əbu Cəfərin şerini oxudu:
"Xəzan yeli onların vətəninə əsdi,
Sanki öz vədəgahlarında qərar tutmuşlar."
2
Imam (ə) buyurdu: Nə üçün bu ayələri tilavət etmirsən:
"Onlar nə qədər bağları, çeşmələri, əkin sahələrini, bəhrələndikləri
vəzifə və nemətləri tərk edib getdilər, beləliklə də başqalarını onların
varisləri etdik. Nə səma onlara göz yaşı axıtdı, nə də ki, yer; onlara möhlət
də verilmədi."
Sonra Imam (ə) buyurdu: Ikincilər də varis idilər, lakin onlar da getdilər
və başqaları onların varisləri oldular. Bunlar da əgər nemətlərin şükrünü
yerinə yetirməsələr, buyurulana əməl etmədiklərinə görə ilahi nemətlər
onlardan da alınacaqdır. Küfrani-nemətdən (naşükürlükdən) uzaq olun ki,
bədbəxtlik sizi tutmasın.
Sonra göstəriş verdi ki, ordu uca bir yerdə düşərgə salsın. (Imamın
düşərgə saldığı yer Mədainə yaxın idi.) Imam (ə) Haris Əvərə buyurdu ki,
şəhərdə car çəkib belə desin: "Hər kəsin döyüşmək qüdrəti varsa, əsr namazı
vaxtı Əmirəl-mömininin hüzuruna gəlsin." Əsr namazının vaxtı çatanda
oranın cəngavərlərindən bir dəstəsi Imam (ə)-ın hüzuruna gəldi. Imam
Allaha həmd-səna edəndən sonra onlara dedi: Mən sizin cihadda iştirak
etməkdən boyun qaçırmağınızdan, yerli camaatdan ayrılıb, sitəmkar və
məhv olmuş bir camaatla birgə yaşamağınızdan heyrətlənirəm. Nə insanları
yaxşılıqlara dəvət edirsiniz, nə də pisliklərdən çəkindirirsiniz.
3
Onlar dedilər: Biz sizin əmrinizi gözləyirik. Nə istəyirsən əmr et.
Imam (ə) Ədi ibni Hatəmə göstəriş verdi ki, orada qalsın və onlarla
birlikdə Siffeynə tərəf hərəkət etsin. Ədi orada üç gün qaldıqdan sonra üç
yüz nəfərlə birlikdə Mədaindən çıxdı, öz oğlu Yəzidə də dedi ki, orada
qalsın və ikinci dəstə ilə birlikdə Imam (ə)-a tərəf hərəkət etsin. Yəzid də
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.169; "Vəqətu-
Siffeyn", səh.140-141
2
"Vəqətu-Siffeyn", səh.142
3
"Vəqətu-Siffeyn", səh.142; "Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü
cild, səh.202-203
40
dörd yüz nəfərlə birlikdə gəlib Imam (ə)-a çatdı.
1
ƏNBAR ƏKINÇILƏRININ IMAM (Ə)-I QARŞILAMASI
Imam (ə) Mədaindən Ənbara doğru yola düşdü. Ənbar əhalisi Imam (ə)-
ın oradan keçəcəyindən xəbər tutduqda onu qarşılamağa çıxdılar. Onlar
Imam (ə)-a yaxınlaşdıqda atlarından düşdülər və o həzrətin qarşısında atılıb-
düşməyə, baş əyməyə başladılar. Imam (ə) buyurdu:–Bu nə hərəkətdir? Bu
heyvanları nə üçün gətirmisiniz?
Dedilər:–Bu bizim böyüklərə təzim etmək üçün adətimizdir (Iran şahları
dövründən qalma bir adətdir). Bu heyvanları da sizə hədiyyə gətirmişik.
Əsgərləriniz üçün yemək, atlarınız üçün də ot-ələf gətirmişik.
Imam (ə) buyurdu:–Allaha and olsun, böyüklərə qarşı belə adət-ənənəniz
onların xeyrinə deyil. Siz də bu işinizlə özünüzü məşəqqətə salırsınız. Bu işi
bir daha təkrar etməyin. Özünüzlə gətirdiyiniz heyvanları bu şərtlə qəbul
edərəm ki, onlar (şəri) vergiyə aid edilsin. Bizim üçün gətirdiyiniz yeməyi
də bu
şərtlə qəbul edərəm ki, pulunu ödəyəm.
Camaat dedi:–Siz qəbul edin. Biz qiymət qoyarıq, sonradan pulunu
alarıq.
Imam (ə) buyurdu:–Belə olduqda həqiqi dəyərindən aşağı qiymətlə
hesablayarsınız.
Camaat dedi:–Ey Imam, bizim ərəb qəbilələri arasında dost-tanışımız
vardır. Bizim onlara hədiyyə verməyimizi, onları da bizim hədiyyələrimizi
qəbul etməsini qadağan edirsinizmi?!
Imam (ə) buyurdu:–Bütün ərəblər sizin dostlarınızdır, lakin hər kəs sizin
böyük hədiyyələrinizi qəbul etməyə layiq deyil. Əgər ərəblərdən bir şəxs
sizə qəzəblənsə, bizə xəbər verin.
Camaat dedi:–Ey Imam, bizim hədiyyələrimizi qəbul et. Biz çox istəyirik
ki, hədiyyələrimizi qəbul edəsən.
Imam (ə) buyurdu:–Vay olsun sizə! Elə təsəvvür edirsiniz ki, biz onlara
ehtiyaclıyıq?!
Bilin ki, bizim sizə ehtiyacımız yoxdur.
Bunu deyib yola düşdü, uzun illər əcəm şahlarının zülmü altında inləyən,
əməklərinin bəhrəsi hakimlər tərəfindən mənimsənilən şəxslərə ilahi ədaləti
göstərdi.
2
Imam (ə) yol üstü Əl-Cəzirəyə çatanda "Təğlib" və "Nəmir" qəbilələri
onu qarşılamağa çıxdılar. Imam (ə) öz sərkərdələrindən yalnız Yəzid Qeysə
onların duz-çörəyindən və suyundan istifadə etmək icazəsi verdi. Çünki o
həmin qəbilədən idi. Sonra Imam (ə) Riqqəyə çatdı, Fəratın sahilində atdan
endi. Orada bir məbəd var idi və onun içində bir rahib ibadət edirdi. Rahib
Imam (ə)-ın oraya gəlməsindən xəbər tutduqda o həzrətin hüzuruna gəlib
dedi: Bizə ata-babalarımızdan bir səhifə irs çatmışdır. Onu həzrət Məsihin
dostları yazmışlar və mən
də onu gətirmişəm ki, sizin üçün oxuyam.
O səhifədə belə yazılıb:
"Bağışlayan və mehriban Allahın adı ilə. O
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.203; "Vəqətu-
Siffeyn", səh.143
2
"Nəhcül-bəlağə"nin şərhi 3-cü cild, səh.203; "Vəqətu-Siffeyn", səh.144