33
olmağınızı istəmirəm, söyüş söyməyin və bezarlıq elan etməyin. Əgər bu
işin yerinə onların pis əməllərini açıb desəniz, daha təsirli və daha yaxşı
olar. Lənətləmək və bezarlıq elan etmək yerinə onlara dua edib belə deyin:
"Ilahi, bizim də, onların da qanını qoru, bizimlə onların arasında sülh
bərqərar et. Onları bu zəlalətdən düz yola hidayət et ki, bizim haqqımızı
tanımayanlar haqqımızı tanısın." Belə desəniz, mənim üçün daha xoş, sizin
üçün daha yaxşı olacaq.
1
Onlar Imam (ə)-ın nəsihətini qəbul etdilər. Əmr ibni Həmiq Imam (ə)-a
qarşı olan məhəbbətinin səbəbini belə izah etdi: Mən səninlə qohum
olduğuma görə, yaxud mal-dövlətə və vəzifəyə olan tamah üzündən beyət
etməmişəm. Mən sənə ona görə beyət etişəm ki, səndə beş gözəl sifət vardır
və bunlar sənin məhəbbətini mənim qəlbimə salmışdır: Sən Peyğəmbərin
əmioğlusu, ona iman gətirən ilk şəxs, bu ümmətin ən fəzilətli qadınının əri,
Allah Rəsulunun sülaləsinin atasısan və cihadda mühacirlər içərisində ən
böyük pay səninkidir. Allaha and olsun, əgər nə vaxtsa sənin dostlarına
kömək, düşmənlərini məhv etmək üçün uca dağları yerindən qoparmaq,
tufanlı dənizlərin suyunu çəkib kənara tökmək mənə əmr olunsa və mən bu
işləri görsəm, yenə də sənin mənim üzərimdə olan haqqını əda edə
bilmərəm.
Əmirəl-möminin Əli (ə) onun ixlas və sədaqətini gördükdə onun
barəsində belə dua etdi:
"Ilahi, onun qəlbini nurla doldur, onu düz yola
hidayət et; kaş mənim qoşunumda sənin kimi yüz nəfər olaydı."
2
IMAM (Ə)-IN SON QƏRARI
Imam (ə) müxalif və müvafiq sözləri eşidəndən sonra "və iza əzəmtə
fətəvəkkəl ələllah" (qəti qərara gəldikdə Allaha təvəkkül et) ayəsinin
hökmünə görə şəxsən qərar çıxarmağı qərara aldı. Hər şeydən əvvəl əmr etdi
ki, hakimlərin yanında olan əlavə ehtiyatları və sərvəti yığsınlar, ordunun
təşkil olunub, Şama tərəf hərəkət etməsi üçün lazım olan şeyləri tədarük
görsünlər.
ILAHI CIHADDA ÜÇ ƏSAS ÜSUL
Müharibədə və ya Quranın ifadəsi ilə desək, "cihad" və "qital"da
müəyyən müqəddimə işlərinin görülməsi lazımdır. Onlar əsas etibarı ilə üç
şeydən ibarətdir:
1- Hərbi (canlı) qüvvə, bacarıqlı və şücaətli əsgərlər;
2- Layiqli
sərkərdələr;
3- Kifayət qədər büdcə.
Camaatın vaxtaşırı dəvət olunması və Iraqda məskunlaşan qəbilələrin
çoxunun müsbət cavab verməsi cihadın üç əslindən birincisini təmin etdi. Bu
baxımdan Imam (ə)-ın heç bir nigarançılığı yox idi. Mövcud olan ruhiyyəni
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 197-ci xütbə; "Vəqətu-Siffeyn",
səh.103; "Əxbaruttival", səh.115; "Təzkirətul-xəvass" (Ibni Cövzi), səh.154.
2
"Vəqətu-Siffeyn", səh.103-104