37
hər vaxt ki, gecə gəlir və dünya qaranlıqlaşır; Allaha həmd olsun hər vaxt ki,
bir ulduz çıxır, yaxud batır; Allaha şükür olsun ki, Onun nemətlərinin sonu,
Onun bəxşiş və mükafatlarının bərabəri yoxdur. Camaat! Ön cəbhənin
qoşununu əvvəlcə göndərmişəm və onlara fərman vermişəm ki, mənim
növbəti fərmanım çatana qədər Fəratın sahilində gözləsinlər. Indi çaydan
keçib sizdən olan və Dəclə çayının ətrafında yaşayan bir dəstə müsəlmana
tərəf hərəkət etməliyik. Onları da sizinlə birlikdə düşmənə tərəf hərəkət
etdirəcəyik ki, sizə köməkçi olsunlar.
1
Əqəbə ibni Xalidi Kufəyə sərkərdə
təyin etmişəm. Nə özümü, nə də sizi tərk etməmişəm (özümlə sizin aranızda
heç bir fərq qoymuram).
2
Ehtiyatlı olun, bir nəfər belə, hərəkətdən geri
qalmasın. Malik ibni Həbib Yərbuiyə əmr etmişəm ki, geri qalanları və
qanunu pozanları nəzərdən qaçırmasın və hamını sizə qoşsun.
3
Bu vaxt Müəqqəl ibni Qeys Riyahi ayağa durub dedi: Allaha and olsun,
qanunu yalnız şübhəli adamlar pozar, geridə yalnız münafiqlər qalar! Yaxşı
olardı ki, Malik ibni Həbibə əmr edəsiniz, qanunu pozanların boynunu
vursun.
Imam buyurdu:–Mən ona lazım olan əmrləri vermişəm. O da Allahın
köməyi ilə mənim əmrimdən çıxmaz.
Başqaları da danışmaq istədi, lakin Imam (ə) icazə vermədi və atının
gətirilməsini istədi. Ayağını üzəngiyə qoyanda "Bismillah" dedi və yəhərin
üstündə oturduqdan sonra "Zuxruf" surəsinin 13-14-cü ayələrini tilavət etdi:
"Pak və münəzzəhdir o Allah ki, bu miniyi (atı) bizim üçün ram etdi,
halbuki bizim ona gücümüz çatmazdı. Hamımız Allaha tərəf
qayıdacağıq." Sonra belə dua etdi: Pərvərdigara, mən səfərin
məşəqqətindən, qayıtmağın qəm-qüssəsindən, yəqinə yetişəndən sonra
sərgərdançılıqdan, əhli-əyal və mal-dövlətdə xoşagəlməz hallardan Sənə
pənah aparıram. Ilahi, Sən səfərdə yoldaş və müsahib, ailədə canişinsən və
bu iki şey Səndən başqasında bir yerə yığışmaz, çünki, canişin olan şəxs yol
yoldaşı olmaz, müsahib olan şəxs isə canişin olmaz."
Sonra öz atını sürdü, Hürr ibni Səhm Rəbii də onun qabağınca hərəkət
edib rəcəz oxuyurdu. Imam (ə)-ın keşikçi dəstələrinin rəisi Malik ibni Həbib
o həzrətin atının yüyəyindən tutub təəssüflə dedi: Ey Imam, heç rəvadırmı
ki, müsəlmanlarla birlikdə cihada gedəsən, onlarla birlikdə Allah yolunda
cihad savabına nail olasan, amma mənə qanun pozanları tutmaq barədə (belə
bir sadə) iş tapşırasan?
Imam (ə) buyurdu: Bunlar hər nə qədər savab qazansalar, sən də onlarla
şəriksən. Sənin burada qalmağın bizimlə getməkdən daha faydalıdır.
Ibni Həbib dedi:
Sizin əmrinizə itaət edirəm, ey Əmirəl-möminin!
4
Imam (ə) öz ordusu ilə birlikdə Kufəni tərk etdi. Kufə körpüsünü
keçəndən sonra üzünü camaata tutub dedi: Müşayiət edənlər və burada
qalanlar namazlarını tamam qılacaqlar. Lakin biz müsafirik.
Hər kim bizimlə
1
"Vəqətu-Siffeyn" səh.131; "Nəhcül-bəlağə" (Ibni Əbil-Hədid), 48-ci xütbə
2
"Murucuz-zəhəb", 2-ci cild, səh.384
3
"Vəqətu-Siffeyn", səh.132
4
"Vəqətu-Siffeyn", səh.132-134
38
olsa, vacib oruclarını tutmamalıdır, namazı da qəsrdir.
Bunu deyib günorta namazını iki rəkət qıldı, sonra öz yoluna davam etdi.
Kufənin iki ağaclığında olan Əbu Musa mənzilinə çatıb əsr namazını da iki
rəkət qıldı. Namazdan sonra dua oxuyub dedi:
"Qüdrət və kərəm sahibi
olan Allahdan istəyirəm ki, məni Öz qəza-qədərinə razı, Öz itaətinə
müvəffəq və (diqqətimi) Öz fərmanına cəlb etsin. O, duaları eşidəndir."
Sonra yola düşdü və axşam namazını qılmaq üçün, Fəratın böyük bir
qolu olan Sərs çayının kənarında dayandı, axşam namazını qıldıqdan sonra
dua edib dedi:
"Həmd-səna yalnız o Allaha məxsusdur ki, gecəni gündüzə
və gündüzü gecəyə çevirir. Allaha şükür olsun, gecə qaranlığının hər yeri
tutduğu vaxt. Həmd olsun Allaha, hər bir ulduz çıxanda, yaxud batanda."
Sonra gecəni sübhə kimi orada dincəldi, sübh namazını qılandan sonra
yoluna davam etdi. "Qübbətü-qübbəyn" adlı bir məntəqəyə çatdı, gözü çayın
sahilindəki uca xurma ağaclarına sataşdıqda "Qaf" surəsinin 10-cu ayəsini
oxudu:
"Göydən nazil etdiyimiz suyun vasitəsi ilə münəzzəm və bir-birinə
qarışmış çiçəkləri olan uca xurma ağaclarını göyərtdik." Öz atı ilə çaydan
keçdi və yəhudilərə məxsus olan məbədin yanında dincəldi.
1
IMAM (Ə) KƏRBƏLA ÇÖLÜNDƏN KEÇIR
Imam (ə) Kufə-Siffeyn yolu üstündə Kərbəla çölündən keçdi. Hərsəmə
ibni Səlim belə nəql edir: "Imam (ə) Kərbəla çölündə atdan yerə endi,
bizimlə namaz qıldı. Namazdan sonra oranın torpağından bir az götürüb
iylədi və dedi: "Xoş sənin halına, ey Kərbəla torpağı! Bir dəstə insan səndən
dirilib qalxacaq və sonsuz behiştə daxil olacaqlar." Sonra əli ilə o tərəfə bu
tərəfə işarə edib dedi: "Burada və orada..."
Səid ibni Vəhəb soruşdu:–Məqsədiniz nədir?
Buyurdu:–Çox əziz bir ailə buraya gələcəkdir. Vay olsun sizə onlar
barəsində!
Səid dedi:–Məqsədiniz nədir?
Dedi:–Onlar barəsində vay olsun sizə ki, onları öldürəcəksiniz və onları
öldürdüyünüzə görə də cəhənnəmə gedəcəksiniz.
2
Həsən öz atasından nəql edir ki, Imam (ə) Kərbəla çölündə dayanıb
buyurdu: "Bura qəm və bəla çölüdür." Sonra əli ilə bir yeri göstərib dedi:
"Bura onların yüklərini yığdıqları yer və atlarının yataq yeridir." Sonra
başqa bir yerə işarə edib dedi: "Bura onların qətlgahıdır."
Hərsəmə (ilk rəvayətçi) deyir: "Siffeyn müharibəsi sona çatdı, mən öz
vətənimə qayıtdım. Imam (ə)-ın Kərbəla çölündə verdiyi xəbəri arvadıma
dedim. (O, Imam (ə)-ın şiəsi idi.) Ondan soruşdum: "Imam qeyb xəbərlərini
haradan bilir?" O dedi: "Imam (ə) haqdan başqa bir şey deməz!"
Dövran keçdi, Übeydullah ibni Ziyad böyük bir qoşunla Hüseynlə
vuruşmaq üçün hərəkət etdi. Mən də onun qoşununda idim. Kərbəlaya
çatanda Imamın sözləri yadıma düşdü və bu hadisədən çox narahat oldum.
1
"Vəqətu-Siffeyn", səh.135
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.169-170; "Vəqətu-
Siffeyn", səh.140-142