35
onun oğlu həzrət Muctəba (ə) və Hüseyn (ə) Nüxeylə düşərgəsindən hərəkət
edən bir vaxta qədər ordu arasında çıxış edir, əsgərlərin ruhiyyələrini
gücləndirdilər.
Bəzən də Haşim ibni Ütbə ibni Vəqqas (Səd Vəqqasın qardaşıoğlu) kimi
tanınmış və şəhadət arzusunda olan şəxslər camaatın toplaşdığı ümumi
yerlərdə nitq söyləyib israr edirdilər ki, Imam (ə) tez bir zamanda onları
Qurana və onların hökmlərinə arxa çevirən, Allahın haramını halal, halalını
haram edənlərlə müharibəyə göndərsin. O, elə hərarətlə və ürək yanğısı ilə
danışdı ki, Imam (ə) ona dua edib buyurdu:
"Ilahi, şəhadəti ona ruzi et və
onu Öz Peyğəmbərinlə müsahib et."
1
Haşim Imam (ə)-ın Siffeyndə bayraqdarı idi. O, müharibənin axır
günlərində yüksək şəhadət məqamına nail oldu.
YOL SEÇMƏKDƏ AZADLIQ
Əbdüllah ibni Məsudun dostlarından bir dəstəsi Imam (ə)-ın hüzuruna
gəlib dedilər: Biz sizinlə hərəkət edirik. Sizdən bir qədər aralıda düşərgə
salacağıq ki, həm sizin, həm də müxaliflərinizin işlərinə nəzarət edək. Hər
vaxt tərəflərdən birinin qanunsuz işlərə əl atdığını, yaxud öz həddini aşdığını
görsək, onun əleyhinə vuruşacağıq.
Imam (ə)-ın həyat tərzi və hakimiyyət üslubu onları şübhəyə salacaq bir
şəkildə deyildi, lakin casuslar onların qəlblərinə vəsvəsə toxumu səpmiş,
əməlisaleh insanları Müaviyəyə qarşı vuruşub-vuruşmamaqda tərəddüdə
salmışdı. Buna görə də Imam (ə) onlara buyurdu:–Əhsən sizlərə! Bu söz elə
dini başa düşmək, həqiqəti öyrənmək, Peyğəmbər sünnəsindən agah olmaq
deməkdir. Hər kəs bu işə razı olmasa, zülmkar və xaindir.
2
Əbdüllah ibni Məsudun dostlarından başqa bir dəstəsi də gəlib Imam (ə)-
a dedilər:–Biz sənin fəzilətlərini etiraf etməklə yanaşı, bu müharibənin
qanuni olub-olmamasında şəkk edirik. Indi ki, düşmənlə müharibə edəcəyik,
onda bizi
uzaq bir yerə göndər, orada din düşmənləri ilə vuruşaq.
Imam (ə) bu cür bəhanələrdən narahat olmadan onların dörd yüz nəfərlik
dəstəsini Rəbi ibni Xəsimin başçılığı ilə Reyə göndərdi ki, orada öz
vəzifələrini yerinə yetirib Xorasan ətraflarında gedən islami cihada kömək
etsinlər.
3
Bunların özləri müəyyən səbəblərə görə cihadda iştirak etməyə meyl
göstərmirdilər, bunun müqabilində Imam (ə) da onunla əlaqələrini kəsmiş
Bahilə qəbiləsini bu cihadda iştirak etməyə qoymadı, onların maaşını verdi
və əmr etdi ki, Deyləm məntəqəsinə getsinlər və öz müsəlman qardaşları ilə
birlikdə sərhədləri qorusunlar.
4
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.184
2
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 3-cü cild, səh.186; "Vəqətu-
Siffeyn", səh.115
3
"Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.186
4
"Vəqətu-Siffeyn", səh.116
36
IMAM (Ə)-IN ORDUSUNUN YÜKSƏK RÜTBƏLI
SƏRKƏRDƏLƏRI
Imam (ə)-ın köməkçilərinin çoxunu Kufə-Bəsrə əhalisi və bu iki böyük
şəhərin ətrafında məskunlaşan yəmənli qəbilələr təşkil edirdi. Imam (ə) Ibni
Abbasla birlikdə Bəsrədən Nüxeyləyə (Kufə düşərgəsinə) gələn beş qəbiləyə
beş böyük sərkərdə təyin etdi:
1- Bəkr ibni Vailin qəbiləsi üçün Xalid ibni Müəmmər Sədusu.
2- Əbdül-Qeys qəbiləsi üçün Əmr ibni Mərcum Əbdini.
3- Əzd qəbiləsi üçün Səbrət ibni Şeyman Əzdini.
4- Təmim, Zəbbə və Rübab qəbilələrinə Əhnəf ibni Qeysi.
5- Əhli-Aliyə qəbiləsinə Şərik ibni Əvəri.
Bu sərkərdələrin hamısı Ibni Abbasla birlikdə Bəsrədən Kufəyə
gəlmişdilər. O, Əbül-Əsvəd Düəlini öz yerinə seçmişdi və səfərdə Imam (ə)-
ı müşayət edirdi.
1
Imam (ə) yeddi kufəli qəbiləyə də yeddi sərkərdə təyin
etdi. (Bu yeddi qəbilə Nüxeyləni lərzəyə gətirmişdi.)
2
ÖN CƏBHƏNIN TƏŞKIL OLUNMASI
Sərkərdələrin təyin olunması sona çatdı. Imam (ə) Ütbə ibni Əmr
Ənsarini özünə canişin təyin etdi. (Ütbə ibni Əmr islamı qəbul etməkdə
qabaqcıllardan idi va Peyğəmbər (s)-lə "Əqəbə"də beyət etmişdi.)
Kufə düşərgəsi islam ordusunun əzəmətindən həyəcana gəlib titrədiyi bir
vaxt
Osmanın
hökuməti
dövründə
hökumətə
etiraz
etməklə
günahlandırılaraq Kufəyə sürgün edilənlər bir yerə yığışıb: "Artıq öz
evlərindən qovulanların düşmənlə döyüşə hazırlaşmalarının vaxtı gəlib
çatmışdır" - deyə şüar verdilər.
3
Əvvəlcə Imam (ə) hər biri on iki min nəfərdən ibarət olan iki ordu
bölməsini ön cəbhəyə–Şam yoluna göndərdi. Səkkiz min nəfərlik bir
qoşunun rəhbərliyini Ziyadın ixtiyarına verdi, dörd min nəfərlik bir qoşunu
da Haniyə tapşırdı, hər ikisinə də tövsiyə etdi ki, bir-birindən ayrılmadan
Şama yola düşsünlər və hər yerdə düşmənlə qarşılaşsalar, elə oradaca
düşərgə salsınlar.
4
ON BEŞİNCİ FƏSİL
IMAM (Ə)-IN SIFFEYNƏ TƏRƏF HƏRƏKƏTI
Kufənin Nüxeylə düşərgəsi könüllü mücahidlərlə dolub, oranı lərzəyə
gətirmişdi. Hamısı şəhid olmağa hazır vəziyyətdə hərəkət əmrini
gözləyirdilər. Nəhayət Imam (ə) 36-cı il şəvval ayının beşində, çərşənbə
günü düşərgəyə daxil oldu, üzünü qoşuna tutub dedi: "Allaha həmd olsun,
1
"Nəhcül-bəlağə"nin şərhi, (Ibni Əbil-Hədid), 3-cü cild, səh.194; "Vəqətu-
Siffeyn", səh.117
2
"Murucuz-zəhəb", 2-ci cild, səh.382; "Vəqətu-Siffeyn", səh.121
3
"Vəqətu-Siffeyn", səh.121
4
"Kamil" (Ibni Əsir), 3-cü cild, səh.144; "Tairixi Təbəri", 3-cü cild, səh.237