27
deməzdi. Bu sözün ağızdan-ağıza yayılması da Əbu Müslümün sadəliyi
üzündən olmuşdu, çünki o öz məmuriyyətini camaat içərisində demişdi.
Onun bu işi üçüncü xəlifənin təyin etdiyi valilərin zülmlərindən cana doyan
və elə həmin səbəbə görə də onu qətlə yetirən qiyamçıları bir-biri ilə
birləşdirib daha da müttəfiq etdi.
Imam (ə)-ın bu məsələni yoxladıqdan sonra "onları təhvil vermək
məsləhət deyildir" - deməsinin səbəbi də bu idi ki, onların hər birinin
barəsində hər hansı qərara gəlmək onların hamısını hərəkətə gətirəcəkdi.
Bundan da əlavə, qisas hökmünün icra olunmasını tələb etmək Quran
ayələrinə əsasən ölən adamın qəyyumuna (vəliyyid-dəmə) aiddir və o da
Müaviyə deyil, Osmanın övladları idi. Müaviyə onunla çox uzaq qohum idi
və Osmanın qətlini öz fitnəkarlıq məqsədləri üçün bəhanə etmişdi.
ON DÖRDÜNCÜ FƏSİL
IMAM (Ə)-IN ORDUSUNUN SIFFEYN MÜHARIBƏSINƏ
HAZIRLIĞI
NÜXEYLƏ
DÜŞƏRGƏSINDƏ
IMAM
(Ə)-IN
ORDUSUNUN ÖN CƏBHƏSININ TƏŞKIL OLUNMASI
Müaviyənin "vaxt öldürmə" siyasəti sona çatdı. O, tanınmış şəxsiyyətlərə
məktub göndərməkdə istədiyi nəticəni əldə edə bildi. Bu müddət ərzində
hərbi qüdrətini artırdı və ətraf məntəqələrə casuslar göndərdi ki, Imam (ə)-ın
təyin etdiyi valilərin bəzilərini aldadıb, o həzrətin ordu başçıları və
sərkərdələri arasında ixtilaf və fikir ayrılığı yaratsın.
Peyğəmbər (s)-in özündən sonra Əli (ə)-ı aşkar şəkildə xəlifəliyə təyin
etdiyinə
baxmayaraq, Imam (ə) 35-ci hicri ilinin Zilhəccə ayının 25-də zahiri
xilafətə çatdı.
1
Mühacir və ənsarın hamısı onunla müsəlmanların rəhbəri ünvanı ilə
beyət etdilər. O, öz xilafətinin ilk günlərindən etibarən Səbrə Cəhmi adlı bir
qasid göndərməklə Müaviyəni mərkəzi hökumətə itaət etməyə dəvət etdi.
Lakin ondan xudpəsəndlik, özbaşınalıq, hədə-qorxu gəlməkdən başqa bir
əksül-əməl görmədi.
Imam (ə) Əbu Müslüm Xovlaninin vasitəsi ilə Müaviyənin məktubuna
cavab verdikdən sonra, tam qətiyyətlə işə girişərək bu xəbis şəcərənin
kökünü kəsməli idi. Bu məqsədlə 36-cı ilin şəvval ayının əvvəllərində oraya
ordu göndərməyi qərara aldı. Əvvəlcə mühacir və ənsarı dəvət etdi və
Quranın
"işlərində onlarla məşvərət et" ayəsinin hökmünə görə onunla
birlikdə Mədinədən köçüb, ondan ayrılmayan mühacir və ənsarın
böyüklərinə belə buyurdu:–Siz bizim cəmiyyətimizdə mübarək rəyə malik
olanlar, səbir edənlər, haqq söyləyənlər, düz əməl sahiblərisiniz. Biz həm
sizin, həm də bizim düşmənlərimiz olan adamlara tərəf hərəkət etmək
1
"Tarixi-Yəqubi", 2-ci cild, səh.178 (Beyrut çapı); "Tarixi-Təbəri", 4-ci cild,
səh.457
28
istəyirik. Bu barədə öz fikirlərinizi deyin.
1
Mühacirlərdən Haşim ibni Ütbə ayağa durub dedi:–Ey Əmirəl-möminin!
Biz Əbu Süfyan övladlarını çox yaxşı tanıyırıq. Onlar sənin və sənin
şiələrinin düşmənləri, dünyapərəstlərin dostlarıdır. Dünya malı və əldə
etdikləri qüdrətə görə səninlə vuruşur və bu yolda heç nəyi əsirgəmirlər.
Onların bundan başqa məqsədləri yoxdur. Sadəlövh adamları aldatmaq üçün
Osmanın intiqamını bəhanə etmişlər, amma yalan deyirlər. Onlar Osmanın
intiqamını almaq üçün deyil, dünyəvi məqsədlərə çatmaq üçün çalışırlar.
Bizi onlara tərəf göndər. Əgər onlar haqqı qəbul etsələr, lap yaxşı; amma
əgər qəbul etməyib, təfriqə və müharibə yolunu seçsələr, onlarla vuruşaq.
Mənim fikrimcə elə belə də olacaqdır.
Sonra mühacirdən olan Əmmar
2
ayağa qalxıb dedi:–Ey Əmirəl-
möminin! Hətta bir gün belə yubanmadan fasid və yaramaz adamların
müharibəni başlamalarından və haqdan ayrılıb müqavimət göstərmək
qərarına gəlmələrindən əvvəl bizi döyüşə göndər, bizim vasitəmizlə onları
səadətləri olan şeylərə dəvət et. Əgər qəbul etsələr, lap yaxşı. Amma əgər
müqavimət göstərsələr, onlarla vuruşarıq. Allaha and olsun, onlarla cihad
etmək Allah dərgahına yaxınlıq və Onun tərəfindən rəhmət səbəbidir.
Sonra isə ənsarın böyük və nüfuzlu şəxsiyyətləri öz fikirlərini bildirdilər.
Qeys ibni Səd ayağa durub dedi: Bizi dayanmadan düşmənə sarı göndər!
Allaha and olsun, bizim üçün onlarla cihad etmək Roma imperiyası ilə cihad
etməkdən daha xoşdur. Çünki, onlar öz dinlərində hiyləgərlik etmişlər, indi
də Allah övliyalarını (mühacir və ənsarı) və yaxşılıq ardınca gedənləri zəlil
və xar hesab edirlər. Onlar bizim mal-dövlətimizi özlərinə halal, özümüzü
isə qul hesab edirlər.
Qeysin sözü sona çatdıqda Xüzeymə ibni Sabit və Əbu Əyyub Ənsari
onun öz fikrini hamıdan əvvəl bildirməsini irad tutub dedilər: Yaxşı olardı
ki,
bir az səbir edərdin, böyüklər danışardılar.
Sonra ənsarın böyüklərinə dedilər: Ayağa qalxıb Imam (ə)-ın irəli
sürdüyü məsələ barəsində nəzərinizi bildirin.
Ənsarın görkəmli şəxsiyyətlərindən olan Səhl ibni Hənif ayağa durub
dedi: Ey Əmirəl-möminin,
biz sənin dostun, dostlarının dostu,
düşmənlərinin
düşməniyik. Bizim fikrimiz elə sənin fikrindir. Biz sənin sağ əlinik. Amma
gərək bu məsələni Kufə əhalisinə də təklif edib onları cihada çağırasan və
onları əldə edəcəkləri səadətdən agah edəsən, çünki onlar bu yerin
sakinləridir. Əgər onlar sənin çağırışına müsbət cavab versələr, sənin
məqsədin əməli olaraq həyata keçər. Bizim səninlə heç bir fikir ayrılığımız
yoxdur. Nə vaxt çağırsan cavab verərik, nə vaxt əmr etsən yerinə yetirərik.
3
Səhlin sözləri onun dərrakəli bir adam olduğunu göstərirdi. Çünki, Imam
(ə)-ın ətrafında mühacir və ənsardan olanlar islam ümmətinin özəyi hesab
olunurdular, onların bu işə tərəfdar olmaları camaatın hərəkət etməsində
1
"Vəqətu-Siffeyn", səh.92
2
Peyğəmbər (s.ə.v.v) onun barəsində belə buyurmuşdur:
"Əmmar haqq ilə, haqq
da Əmmar ilədir."
3
"Vəqətu-Siffeyn", səh.92-93