25
əhli olanlar Şam əhalisini idarə edirdi. Lakin Imam (ə)-ın şəxsiyyəti elə
böyük
və əzəmətli idi ki, hətta düşmən də onu inkar edə bilmirdi.
Imam (ə)-ın ədalətindən qaçan Übeydullah Müaviyəyə dedi:–Əlini söyüb
ona nalayiq söz deməyə mənim qüdrətim çatmaz. O, Əsəd ibni Haşimin qızı
olan Fatimənin oğludur. Onun əsil-nəsəbi barəsində nə deyirsən?! Onun ruhi
və cismi qüdrətini göstərməkdə bunu demək kifayətdir ki, o, islam yolunda
sarsılmaz bir igiddir. Mən yalnız Osmanın qətlini onun boynuna ata bilərəm.
Əmr As yerindən qalxıb dedi:–Allaha and olsun! Əgər sən bunu
minbərdə desən, camaat öz qəlblərində gizlətdikləri kin-küdurəti aşkar
edəcəklər!
Übeydullah minbərə tərəf getdikdən sonra Müaviyə Əmr Asa dedi:–Əgər
o Hürmüzanı öldürməsəydi, Əlinin qisas alacağından qorxmaz və bizə tərəf
gəlməzdi. Əlini necə təriflədiyini görmədinmi?!
Nəhayət Übeydullah söhbətə başladı. Söz Əli (ə)-a çatanda sözünü kəsdi
və onun barəsində bir söz belə demədi. Sonra minbərdən endi. Müaviyə ona
dedi:–Qardaşoğlu, sənin Əli barəsində sükut etməyinin iki səbəbi ola bilər:
ya bacarıqsızlıq, ya da xəyanət.
Übeydullah dedi:–Osmanın qətlində əli olmayan bir şəxs haqqında belə
bir söz demərəm, halbuki, əgər bir söz desəydim, şübhəsiz camaat qəbul
edəcəkdi.
Müaviyə onun sözündən narahat olub onu özündən uzaqlaşdırdı, heç bir
vəzifəyə qoymamağı qərara aldı. Nəhayət Übeydullah öz sözlərini bir təhər
dəyişdirib dedi:–Hərçənd Əli Osmanın qətlində bir rol ifa etməmişdi, lakin
qatillər onun ətrafına yığışmışlar. Əli də onların işlərini pis yox, yaxşı hesab
edir. Şahidlik edirəm ki, Osman öz əməllərindən tövbə etdiyi bir halda
öldürüldü.
1
Übeydullahın əvvəlki sözündən dönməsi Müaviyə üçün kifayət idi.
Buna görə də onu öz sirdaşlarından biri kimi qəbul etdi.
OSMANIN QATILLƏRININ TƏHVIL VERILMƏSI
IDDIASI
Müaviyənin Əli (ə)-la müxalifət edərək müharibə üçün qoşun yığmaqda
ən böyük bəhanəsi Imam (ə)-ın Osmanın qatillərini himayə etməsi iddiası
idi. Əvvəldə Osmanın qətlinin səbəbləri haqqında ətraflı şəkildə söhbət
olundu. Burada araşdırılası məsələ budur ki, Osmanın evinə hücum
edənlərin cəmiyyətdə malik olduqları mövqeyinə görə hətta Əli (ə) belə
onları təhvil verməyə qadir deyildi. Düzdür ki, bir dəstə adam onun evini
mühasirəyə aldı və başqa bir dəstə isə onu qətlə yetirdi, lakin xəlifənin
əməvi valilərinin xalqa etdikləri zülmlər müqabilində sükut etməsi xalqı bu
zülmlərdən xilas etmək məqsədilə xəlifəni öldürən bu dəstənin hörmətinin
xalq içində daha da artmasına səbəb oldu. Buna görə də belə şəxslərin
tutulub kiməsə təhvil verilməsi çox böyük çətinliklər yaradardı.
Çünki Əli (ə)-la döyüşmək çox da asan bir iş deyildi. Hətta Şamda
1
"Vəqətu-Siffeyn", səh. 82-84
26
yaşayan yəmənli zahid Əbu Müslüm Xovlani Müaviyənin Əli (ə)-la
vuruşmaq üçün hazırlaşmasından agah olduqda Quran qarilərindən bir
neçəsi ilə birlikdə onun yanına gedib soruşdu:–Nə üçün Əli ilə müharibə
etmək istəyirsən, halbuki sən heç bir cəhətdən ona tay ola bilməzsən?!
Səndə nə onun Peyğəmbər (s)-lə olan dostluğu var, nə onun islam yolunda
göstərdiyi fədakarlıqlar və xidmətlər, nə onun hicrətdəki rolu, nə də onun
Peyğəmbər (s)-lə olan qohumluğu yoxdur.
Müaviyə dedi:–Mən heç vaxt özümdə Əlinin fəzilətləri kimi bir fəzilətin
olduğunu iddia etməmişəm, lakin sizdən soruşuram: Osmanın məzlumcasına
öldürülməsini bilirsinizmi?
Dedilər:–Bəli.
Müaviyə dedi:–Əli gərək onların qatillərini bizə təhvil versin, biz də
onlardan qisas alaq. Yalnız bu halda biz onunla müharibə etmərik.
Əbu Müslüm və onun həmfikirləri Müaviyədən Əli (ə)-a bir məktub
yazmasını istədilər. Müaviyə bir məktub yazdı və Əbu Müslümə verdi ki,
onu Imam (ə)-a çatdırsın. (Bu məktubun məzmununu və onun cavabını qeyd
edəcəyik.) Əbu Müslüm Kufəyə gəldi və məktubu Əli (ə)-a verdi, sonra
dedi:–Allaha and olsun! Sən elə bir işi öhdənə almısan ki, bu işin səndən
başqasının əlində olmasını heç vaxt istəmərəm. Lakin Osman möhtərəm
(toxunulmaz) bir müsəlman olduğu halda məzlumcasına öldürüldü. Gərək
onun qatillərini bizə təhvil verəsən. Sən isə bizim əmir və rəhbərimizsən.
Əgər bir kəs səninlə müxalifət etsə, onda əllərimiz sənə kömək, dillərimiz
sənə şahiddir. Bu təqdirdə üzürlü olacaqsan.
Imam (ə) bir şey demədi, yalnız bu sözləri buyurdu:–Sabah gəl və
məktubun cavabını al.
Sabahı gün Əbu Müslüm məktubun cavabını almaq üçün Imam (ə)-ın
hüzuruna getdikdə gördü ki, başdan-ayağa silahlanmış böyük bir dəstə Kufə
məscidinə yığışıb. Onların hamısı birlikdə belə şüar verirdilər: "Biz
Osmanın qatilləriyik!"
Əbu Müslüm bu mənzərəni gördü, məktubun cavabını almaq üçün Imam
(ə)-ın hüzuruna gedib dedi:–Bir dəstə silahlı adam gördüm. Onlar kimdirlər?
Imam (ə) buyurdu:–Nə gördün?
Dedi:–Bizə xəbər çatmışdı ki, sən Osmanın qatillərini bizə təhvil vermək
istəyirsən. Halbuki bu gün bir dəstə silahlı adam bir yerə yığışıb
şüar verərək
deyirlər ki, "bizim hamımızın Osmanın qətlində əlimiz olub."
Əli (ə) buyurdu: "Allaha and olsun, bir an belə, onları təhvil vermək
barədə qərara gəlməmişəm. Mən bu işi diqqətlə araşdırdıqda gördüm ki,
onları sənə, yaxud səndən başqasına təhvil vermək əsla düzgün iş deyildir.
1
Bu hadisə göstərirdi ki, Osmanın qatilləri o vaxt cəmiyyətdə yüksək bir
məqama malik idilər və onların kiməsə təhlil verilməsi böyük qırğına səbəb
olacaqdı.
Bu bir təbii iş idi və heç vaxt Imam (ə)-ın əmri ilə olmamışdı. Əks halda
Imam (ə) Əbu Müslümə verdiyi cavabda bu işdən xəbərsiz olduğunu
1
"Nəhcül-bəlağə"nin şərhi (Ibni Əbil-Hədid), 15-ci cild, səh.74-75; "Vəqətu-
Siffeyn", səh.85-86